ordan burdan

22 2 0
                                    

İnsan; dostum. Heyvan dilində söyüş deməkdir. İki ayaqlı zəhrimar məxluqlar. Onlara yazığım gəlir. Bir gün tanışlarımdan biri, mənə yeni bir əlaqəyə başlamaq istədiyi üçün məsləhət alırdı. Evli idi. Nədən evli ikən yeni bir münasibət qurmaq istəyirdi? Onun şəxsi həyatı idi. Beynimdəki Düşüncəmlə belə qarışmağım düzgün olmazdı. Soruşdum özündən, nədən bunu edirsən? Yaxşı şey deyil axı dedim mehribancasına. Axı başqaları edir dedi. Buradan bir nəticə almamışdım, ta ki bayaq camaatın oğlu sözünü işlədənə qədər. Uşaqlıqdan valideynlər başqalarına baxıb örnək almağımızı istəyərdilər. Aldıq. Kimisi başqaları oldu, Kimisi başqa. Mən bilmirəm kim haqlıdı. İllər sonra bu sözümə görə utana da bilərəm
Beş nəfər bir yerdə yığışarkən əvvəl zamanlarda müxtəlif mütailələr edərdik. İndi isə telefon əldə wifi nın damarın tutub başımızı salmışdıq sistemin içinə. Xəbərlərə baxan Bir nəfərin səsi çıxdı. Qardaş bacını öldürüb. Mentalitetimiz var axı. Hamı eyni anda soruşdu. "Nə üstündə?"
Axı nə üstündə insan cana qıya bilərki? Allahı yoxdur insanlığın? Bir qadına qıymaq? Gələcəyin anasına. Susmalıdır məncə insanlar. Yüz illər boyu susmalı, susmağı vərdiş etməli.

99+Où les histoires vivent. Découvrez maintenant