yağan yağış ya göz yaşı?

37 0 0
                                    

Səhər 7olardı saat. İşə getməli idim. Pəncərəmi yağış döyürdü. 'Oyan mən gəlmişəm ruhunu islat' deyirdi sanki. Əynimi geyindim və çölə çıxdım. Yağış gözəl yağırdı, narın və tələskən. İnsanlar gözümə sataşdı milyonlarla yağış dənəciyi arasından. Qaçırdılar. Bu utanc verici birşey. Yağışdan qaçırdılar. Bəlkə də mənə elə gəlirdi. Sistemdən qaçırdılar. Sonu nə olsada utanc vericidir qaçmaq. Türklərin koreya savaşları yadıma düşdü. Natoya girmək üçün savaşmalı idilər. Və başqasının məkanında pusquya düşdülər. Amerikalı, yunan və digər ölkələrin əsgərləri qaçdılar. Türklər xarici dildə bilmirdi deyə qaç komandasını anlamayıb qaçmadılar. Bəlkə də bilirdilər, qaçmağı özlərinə sığdırmadılar. Yüzlərlə ordunu məhv etdilər və 30-50 itgi verdilər. Tarix yazdılar. Səhvən ya qəsdən. Qaçmadılar. İndi isə insanlar ölüm təhlükəsi olmadan qorxub qaçırlar. Dövr dəyişdi ya ağrı acı? Bəlkə də haqlı idilər qaçmaqda. Müharibə bitdikdən sonra onlarca yaxud yüzlərcə əlil ölkəsinə qayıtdı. Nə yardım edən oldu, nə müalicə edən. Kimin vecinə idi ki. Müharibə demişkən. Savaşlar çox pis şeydi. Buna inanın. Qorxuram? Yəni düşünürsünüz ki mən qorxuram deyə belə deyirəm? Hə haqlısınız. Qorxuram. İllər öncə bir ailə övladını savaşlarda itirdi. Atanın nə vecinədi oğlunun ölümü, iki ilə ürəyi dözməyəcək partlayacaq öləcək. Bəs ana? Ömrü boyu sol yanını tutacaq, bilməyəcək yoldaş acısı mı çəksin, övlad acısı mı. Savaşlarda tək qalib kapitalistlərdir bunu unutmayın, birdə kərtənkələ başlılar. İnsanlar azalmalıdı, onlar rahatlıqla istədiklərini etməli, təhsillə istədikləri kimi insanları yönəltməlidirlər. Başqa seçim şansı yoxdur, azı 3milyard insan ölməlidir 2050-ci ilədək. Bu mövzudan danışmasam yaxşıdır. Uzandıqca uzanacaq, ömür bitəcək heç kəs heç nə anlamayacaq.
İnsanlar yağışdan qaçmamalı, çətir geyməməli, savaşdan qaçmalı, çətiri savaşlarda taxmalı. Ağlıma bir əhvalat gəldi. Yazıçının adını unutdum. Deyəsən shaw id. Hə bernard shaw. Bir nəfər yazıçı ilə görüşmək üçün evinə gedir, bağçasındakı güllər onu valeh edir. Evinə girərkən çiçəklərin olmadığını, yazıçının otağına girərkən boş otağdan dəftər kitabdan ibarət olduğunu görür. Soruşur ki bağçanda bu qədər gözəl gül varkən, nədən evində, otağında birdənə belə yoxdu. Yazıçı deyir, mən evimdə cəsəd saxlamıram. Ardını burda kəsək. Xəyal gücünüzü və məntiqinizi yorun. Bir şeyi də özünüz tapın.

99+Où les histoires vivent. Découvrez maintenant