ağrılı ayrılıq

105 0 0
                                    

Bu qədər zaman içində çox oldu içimdə üsyan. Mənə demişdilər sevgi üçün tələsmə o gələcək və tam da budur deyəcəksən. Haqlı idilər, o gəldi.. Tamda budur dedim. Amma olmadı. Tamda bu olmadı. Həyatın mənə verdiyi bir imtahan idi yəqin. Özümlə çəlişkilər keçirdim. Özümü intihara apardım. Birinə təslim oldum. Mən onun gözlərinə baxdıqda həyatı görürdüm.. O mənim heç birşeyim oldu. Məni xoşbəxt etdi. Və gün keçdikcə bununla razılaşmadım, istədim o mənə aid olsun. Mövzu seks deyil təbiiki. Bəzən hər şeyə sahib olarsan, bir şeyi əldə etmədikdə özünü öldürməyə belə cəhd edirsən. Bu çox qorxunc şeydir. Onun üçün titrəmək, həyəcandan yerində dura bilməmək. Bir uşaqdan fərqin olmaması, və ölmən. Həyat çox qısadı pis bir kitaba rast gəlməyəcək qədər demişdi şair. Həyat çox uzundu şair. Bir qızdan bitirə bilməyəcəyin qədər kitab olması qədər çox uzun. Bu gün çox pis başladı. Üzümdə güllər açmışdı. İnsanlar hər səhər işə gedərkən mənimlə qarşılaşdığı kimi bu gün də eyni idi hər şey. Çöp tənəkəsinə bənzətdiyim insanlar məni bu gün çox sarsmışdı. Onları niyə çöp tənəkəsinə bənzətdiyimi soruşmuşdular. Mən bənzətmirdim əslində. Bir kitabdan oxumuşdum. Zibil maşınlarının içləri zibillə dolduqca onu boşaltmalı olurlar, və boş dayanacaqda boşaldırdılar. Eyni insanlar kimi. Mənfi enerjilərini birilərinə boşaltmasalar ölərdilər. Yaxud zibilləri daşarkən ətrafa iy saçmasalar. Mən iki ay idi bəlkədə çox. Onların varlığını belə unutmuşdum. İlk dəfə idi ömrümdə, yaşamağı, acı çəkməyi unutmuşdum. Bu günə kimi.. Sevdiyin birindən əl çəkmək çox acı olmalı. Onun varlığı sənə fəlsəfəni, düşüncəni, fikri, zikri, ehtirası unutdurur. Onun yoxluğu isə vulkan tək partladır bütün hissləri. Nə ağlamasını bilirsən, nə dinməsini. Utanırsan. Unutmursan. Ölürsən...
İtirmək istəyirəm bu gün onu itirdiyim kimi hər şeyi.. Sonu eyni olacaq hər şeyin. yuxular hər gün eyni olmayacaq. Getdi o. Bilmirəm. Heç nə bilmirəm. Yoxluğundan acı çəkmək, rəsm çəkmək qədər asan deyil.

99+Tempat cerita menjadi hidup. Temukan sekarang