sevdiyimiz zaman

60 2 0
                                    

Sevərkən gözümüz dönür, sevərkən insan olmaq yerinə. Bir hekayə eşitmişdim, babam dülgər idi. Bayaq yadıma düşdü. Əyalətlərin birində çox əla bir dülgərçi varmış. Yaşı yaş üstünə qoyaraq təqaüdə çıxmağ vaxtı yetişir. Artıq ömrünün son gözəl çağlarını ailələrinə, sevdiklərinə ayırmağı qərar alır. Bundan öz müdürünə bəhs edir. Müdür təəssüf içində qalır ki belə gözəl ustasını itirir. Şərt kəsir dülgərlə. Sən son bir evi tik bitir təhvil ver mənə, mən də icazə verim sənə. Dülgər məcbur razı qalır. Çox həvəssiz işləyərək ən külüş taxtalarla bir ev tikir. Bitirdikdə müdürünü çağırır. Müdürü evin açarını dülgərə təhvil verir ki al bu ev sənə məndən hədiyyə..
Ouuu... Demək gəlir içimdən. Dülgər çox pis vurmuşdu nala. Bilsəydiki öz evidir belə tikərdimi? Tanrım, bu dülgər bütün insanlığı nümunə edir. Daş üstünə daş qoyaraq hər il öz evimizi tikirik əməllərimizlə. Nədən bu qədər saçma həyat yaşayırıq?
Bəşəriyyətin ən gözəl varlığı idi insan. Zəncir şəklində yaradılmış kainatı zənginləşdirmək üçün ortaya atılmış ən gözəl varlıq idi. Sevgini verdilər bizə, sevgi? Bu ehtirasdır deyir beynimiz.
-Səbəb?
Göz görür, beyin isə görmür, gözlə əlaqəsi yoxdur beynin. Qulaq ötürür ona hər şeyi. Film izləyirik, film bitdikdə özümüzü hansısa obraza qoyuruq. Göz görür hissiyat orqanları işləyir, beyin elə düşünürki sənsən bu.
-Axı niyə anlamırıq?
Bəlkə biz anlamaq istəmirik. Kor koranə yaşayışı seçirik. İnsan söykənməyi xoşlayır. Və biz nəyəsə söykənmədən yaşamağı bilmirik. Bizə öyrətmədilər, biz öyrənmək istəmədik. Uşaqlıqdan bu günə kimi çox səhvlər etdik, soruşmadıq, öyrətmədilər, çox təcrübələr gördük.
-Təcrübə nə deməkdir?
Qəlbimizlə Etdiyimiz səvləri ikinci dəfə etməmək üçün qəlblə əlaqəsini kəsdiyimiz bir düşüncə şəklidir. Hər dəfə səhv edərkən bilmirdik dedik. Hayqırdıq ki niyə öyrətmədilər. Öyrətməli deyildilər. Axı bizə demişdilər kitab oxuyun hər şeyi orda yazmışıq. Bəs bunu niyə yazmadılar? Yazsaydılar bu səhvləri etməzdik. Başqalarında günah axtardım görürsünüz? Bob marleyin bir sözü var. Deyirki güclü olmaq tək seçimin olana qədər nə qədər güclü olduğunu bilə bilməzsən. Adam haqlıdır.
-Nə edək bəs? Seçim şansımızı gözləyək?
Buna məcburuq.

99+Où les histoires vivent. Découvrez maintenant