övlad

23 1 0
                                    

Dövr edir zaman, biz əsarətdən ləzzət almaqda davam edərkən. Yadıma bir şey gəldi. Çox evdə qonaq olarkən rast gəldiyim, ailələr televiziya proqramları yaxud serialları izləyərkən övladı dəcəllik etsə yaxud ağlasa döyürlər, üstünə qışqırırlar. Mən indi qapının çölündə bağlı qalan köpəyə it deyim yoxsa övladı ağlayır deyə döyən valideynə? Onsuzda; övladın ağlayır ay zalım övladı. Birdə niyə döyürsən? Şirin dilinə lənət, acı olsa da soruş bir dərdin nədir oğlum,qızım. Niyə ağlayırsan, niyə dəcəllik edirsən axı? Acsan? Təbii ehtiyacın var? Yıxılmısan? Kimi suallar versəniz o köpəyə qoyulan it adı sizə qoyulmazdı əziz valideyn. Sabah övladım niyə hissiz, qəddar, alçaq, əsəbi oldu deyirsiniz. Sizə oxşamağa çalışıb da. Sizin qədər it olmayıb orası düzdü. Lakin azda olsa sizə oxşayıb. Uşağına əl qaldıran əllər qurumalı məncə, onca övlad həsrəti ilə yanan insanlar varkən. Ayıb olsun bu kimi bənzər şeylər edən hər valideynə, ayıb olsun bunlara göz yuman hər qonaq yaxud qohuma. Yaddan çıxarmayınki övladlarınız diqqət istəyir, televiziya isə reyting.

99+Tempat cerita menjadi hidup. Temukan sekarang