eyniləşən yenilik

35 0 0
                                    

Bu gün dünənin eynisi idi, hər kəs eyni idi. Mindiyim tramvay, düşdüyüm oba. Hər kəs harasa qaçışırdı. Buralarda gəzişərkən gözəl bir park gördüm, kafkanın yaşadığı bir xatirə yadıma düşdü. Bir gün kafka parkların birində gəzirmiş. Burada oyuncağını itirən və ağlayan uşaq görür. Yaxınlaşıb onun adına oyuncağını axtaracağına söz vermiş, sabahı gün eyni yerdə görüşməyi təklif etmişdir. Oyuncağı tapmayan kafka, oyuncağın adından bir məktub yazmış və qıza gətirmiş. 'uzun bir səyyahətə çıxmışam mənim üçün darıxma, tez tez məktub yazacam demiş. Kafka hər gün bir məktub yazmış və səfərdən danışaraq uşağı avundurmuşdur. Vaxt gəlib kafkanın son görüşünə. Balaca bir oyuncaq alıb aparmış. Və qıza demiş. Oyuncaq uzun səfərdən sonra dəyişdi, yetişkin oldu. Oyuncağın içində balaca bir məktub da qoymuş kafka. 'sevdiyiniz hər şeyi əvvəl axır itirəcəksiniz, amma sonunda sevgi başqa bir sürətdə geri dönəcəkdir.'

Bəzən ehtiyacımız olan tək şey sevgidir, bəzən isə ehtiyacımız olan tək şey oyuncaqlar və qum topasıdır. Bəzi insanlar çox şanslı, düşünə bilir, bəzi insanlar isə heç şanslı deyil. Görə bilmir. Görmək düşünməyin yarıdan çoxudur demişdim bir dəfə, bəlkə də haqlı deyildim. Bilmirəm. Amma məncə düşünsək, meditasiya edərik gördüklərimizi. Heç vaxt etməyəcəyik ölülər, bu yazılar siz məhv olduqdan sonra sizə gəlib çatdı anlayıram. Siz dəyişmədiniz, heç kim dəyişməyəcək. Və heç kim fərqli olmayacaq. Səhər sübh çağı bir şeir yazmışdım. Adını siz qoyun, sonunu siz tamamlayın. Mən sonluq verməyi də vəda etməyi bacarmadığım kimi bacarmıram. Sağlıqla qalın. Növbəti səhifədə görüşmək diləyi ilə.

-Neçə ildi büdrəyirsən,
Yaman qocalmısan şair.
Nə qocalmaq, nə deyirsən?
Hər büdrəyən qocalarmı?
-Sordum, yaşın iyirmi beş,
Sorağladım qırx dedilər.
Nədən yaşım vacib sənə?
Sən qocalar bəyənməzkən.
Keyfi-əhval önəmsədin
Dərdli birin dindirmədən.
Şərikəm mən tüm dərdlərə,
Axar çaya, lal qayaya.
Balaca qayığı sürüb göllərə
Düşmüşəm çöllərə tüm El obaya.
İnsanlar danışır mən dinləyirəm.
Heyvanlar susurlar mən dərdlənirəm.
Hisslər danışanda dilə gəlsəydi
Heyvannan kamil bir nitq eşidərdim.

99+Donde viven las historias. Descúbrelo ahora