çaxnaşma

27 0 0
                                    

Burulğan səsi.. Uşaqlıqdan maraq duyardım, gecələri tez yatar, səhərləri tez oyanıb o səsə doğru qaçardım. Heç zaman tapmazdım. Artıq o səs yuxularıma belə girər olmuşdu. Və birdən, unutdum. Lənət olsun, mən arzularımı unutmağa başladım. Uşaqlıqdan.. İlk arzularımı unutmağa başladım.
Mən artıq böyümüşəm. Yaşım çox gəncdi ağlıma nisbət. Təcrübələrimlə baş başa qaldığım vaxtlardayam. Birisi demişdi, təcrübəli insan ürəyi ilə əlaqəsini kəsmiş insandı. Əslində bu yalnış düşüncədir. Ürəyini itirmiş insandı təcrübəli insan. Mən təcrübəliyəm. Çünki ürəyimin yerini itirmişəm. Uşaqlıqda ürəyin hardadı dediklərində göbəyini görsədən bir uşaq, böyüdükdə yuxarı qalxması, everesti qalxması qədər asan deyil. Hə, bir alpinist tanışım yadıma düşdü lap. Bir gün hörmət əlaməti olaraq çantasına kömək etmək istəmişdim. Yox, sadəcə istəmişdim. Çantadan qabağ yerə yapışmağı saymasaq. Bax mənim düşüncə artıqlarım o çanta qədər yüngül deyil cənab, yaxud xanım. Bəzən düşünürəm; İnsanın beyni 100faiz işləkdirsə, yalandan cəmi 5,6,9,12faiz işləyir kimi gic mövzuları kim yayır. Ən çox isə düşünürəm. Ölü hüceyrələri olan beynimi bu artıqlardan necə təmizləyib yeni hüceyrələr yaradaraq maksimum səviyyəyə yetişdirə bilərəm? Bu an qulaqcıqdakı mahnı mənim düşüncəmi məhv edir. İldırım çaxması, dənizdəki burulğan, fırtına gücü. Təbii təbiət hadisələri. Onlar bəlkə də axtardıqlarımı tapmaqda köməyimdə olarlar. Baba Vanqa ağlıma gəldi. Burulğan, qatili idi onun. Yaxud xilaskarı. Bəs mənim? Mən ki sıradan deyiləm. Mənki hiyləgər odisseydən fərqli deyiləm? Zeusun məndən də zəhləsi gedir axı. Yox, Zərdüştün oğlu haqlı deyildi. Yaxud odissey, yaxud tarix.

99+Wo Geschichten leben. Entdecke jetzt