yuxular cənab!

25 0 0
                                    

Yuxular bir yağışın yağmasından sonra torpağdan gələn qoxu tək gözəldir. Bu nədir axı bilmirəm, niyə bu qədər yuxu görməyə həvəs edirəm. Yuxumda kimi görürəm axı? Hər gecəmi görürəm? Bu sualları deyəsən özümə verməli idim, sizə yox. Bir dostum var, deyir insan hər gün yuxu görür, yuxularda istədiyi yerə gedə bilir. Bu barədə haqlı olub olmamağı maraqlı deyil; əsas odurki kimsə nəsə deyir. Uşaq vaxtı klublara gələn hind filmlərindəki fantastikanı xatırladım. İnanırdım mən. Fantastikadakı o uçuşlar gerçəkdir, o texnologiyalar var idi ki fantastik quruluşda, hamısı real idi. Ağıla gələn nə varsa ixtira oluna bilər yaxud kəşf edilə bilərdi. Sadəcə inanmaq gərək idi. Mən hər zaman inanmışdım. İndiki kimi yuxuma belə inanmışdım. Yuxular məni məndən alıb xoşbəxt edirsə, demək ki məndə xoşbəxtliyə layiqəm və xoşbəxt olduğum anlar olub, yuxuda belə olsa..

99+Where stories live. Discover now