ada

25 1 0
                                    

Hər kəs heç nəyi bilməməlidir bəzən. İnsanlardan qaçmaq, uzaqlaşmaq üçün göl sahili meşə olan bir bölgədən ev almışdım, daha doğrusu desək icazəylə ev tikmişdim, bir otağlı, balaca bir ev. Taxtadan düzəltdiyim üçün soyuq olsada içərisi, mənə ilham verən tək yer idi. Bura girdiyim zaman yalnız ağ vərəqlər, rəflər və karandaşlarla dolu bir həyata qərq olur insanlardan uzaqlaşırdım. Çox pulum yox idi mənim. Ona görə yüzillik şərablar almağ yerinə bir kənddəki qocadan mənim üçün üzüm şərabı düzəltməsini istəyirdim, bu evə yığacaqdım, əgər ki bir gün qonağım gəlsə 90lı yaşlarımda, verə biləcək bir lütfüm olsun deyə. Yazdığım yazılar mənə 18ci əsri xatırladırdı. Texnologiyaların əsiri olmadan az öncəni. İçəcək bir içkim belə yox idi deyə çox da yazı yaza bilmirdim. Səbəb isə çox sadədir. Düşüncələrim, onlar məni tək buraxmayan yeganə zillətdir. Vəsf edən sözlərim dilimin ucuna çatakən qələmim düşüncələrimdə boğulurdu. Və mən qocalmaq, içmək istəyirdim. İndi güləklidi hava, yerdəki xəzanlar uçuşur pəncərəmin dibində, yaz ayıdır, bahar artıq girib. Amma xəzanlar məni hələdə tərk etməyib. Bəlkə də onlar da sevdiklərindən ayrıla bilməyin imkansız olduğuna inanırlar. Səhər oyanarkən ağacdələnlərin işini və hop hop quşunun o gözəl səsini duymaq və görmək mənə xüsusi gözəllik verir. Bəzən düzəltdiyim o təknəfərlik qayıqa bənzəməyən lakin batmayan ardıcıldüzülüşlü taxtalarla gölə yelkən açıram, suyun ən təmiz yerinə qədər gedib orada saatlarca üzü üstə uzanıb dənizin daxilini seyr edirəm, bəzən də çıxıb şəhərə qayıdıram. Müasirlik ölkəsinə.. Maşına minərkən telefonuma gələn mesaj və zənglərdən  ölmüş telefon məni təngə gətirir.

99+Where stories live. Discover now