çamır

23 1 0
                                    

Öncəki səhifəni bitirərkən çox şey düşündüm, axı mən əvvəllər heç mahnı, simfoniya dinləmədən yazı yazmazdım, qaralama etməzdim. Yeni bir şey yazmalıyam dedim, ölülər üçün. Ölənlərin eşqinə. Və bir hekayə düşdü ağlıma. Fermer bir kişinin, yoldaşına mən astronom olmaq istəyirəm deməsi, yoldaşının durub durub qəhqəhə atması. Daha sonra akrobat olmaq istəyib;  yoldaşına deməsi. Daha sonra həkim, daha sonra cinayətkar. Və nələr, nələr. Hər dəfəsində gülən bir yoldaş. Alay edərcəsinə gülən bir yoldaş. Bir İtaliyan filmi düşdü yadıma. Yaxud amerikan filmi idi. Unutmuşam. Bir gənc alim, onunla evlənmək istəyən xanıma demişdi. 'Evlilik sonsuz sevgi deməkdir. Mən şərəfli bir kişiyəm. Səni sonsuz sevəcəyimə dair söz verə bilmərəm. Bağışla evlənə bilmərəm səninlə.' Demişdi. Sonra bir hekayə düşdü ağlıma. Gənc bir qız vardı. Müxtəlif xəyallar qurardı. Qurduğu xəyalları dostlarına danışdı.  Rəfiqələrinə. Ailəsinə.. Hər kəsə danışdı. Sosial medyaya belə danışdı. Az keçmədi. Şərhlər, tənqidlər gəldi. Bu xülyadır kimi sözlər, qəhqəhələr. Dayanın. Axı gənc qızın atası ona demişdi, əgər sən bir şey etmək istəsən, qorxma. Bacarmayacağın şey yoxdur. Atası yalan demişdi? Güvəndiyi dağ, xəyallarının kişisi, gözünü açdığı zaman onu öpən ilk kişi. O yalan demişdi?
-Yox, dayanın. Bu belə olmamalı idi. Cəfəngiyyatdır bu.
-Bir dəqiqə! - qızın halına baxın. 'Atasından qaçır deyəsən.'
Qara rəngi sevməyə başlayır yavaş-yavaş. Ailəsindən qaçdı, sevdiklərindən qaçdı. Ən gözəl rəngləri qara rənglə boyadı. Lənət olsun,  qız atasından qaçıb qaranlığa sığındı. Atası ona yalan demişdi, qızını, göz bəbəyini aldatmışdı. Nə istəsə real edə bilməzdi gənc qız. Lənət olsun. Bu nə biçim hekayə?!  Bu nə biçim sonluq?! Dayanın. Bu hekayə deyildi. Bu bir gənc qızın həyatı idi.. Kimə vacibdir axı? Boş verin. Yarğı etməyi çox gözəl bacarır insanoğlu. O gün vərəqlərin arasında görmüşdüm bir yazı. Müəllifi kimdir bilmirəm, bəlkə unutmuşam. Bir şair yazmışdı deyək. İnsan, hər şeyi unudar, rəftarını, əməlini, dediklərini, ətrini belə unudar. Bir tək sənin ona onu necə hiss etdirdiyini unutmaz.
Gözəl yazı alınıb məncə. Bəlkə həqiqətdir, bəlkə rəvayət. Bildiyim odur cənab, yaxud xanım..
           ______     Yarğılar..

Yarğılar tanrının işidir, insanlar tanrının işinə göz dikib.

99+Onde histórias criam vida. Descubra agora