sehirbaz

34 0 0
                                    

Bu gün hava çox gözəldi. Dostlarla görüşüb gəzinti etmək, dağlara ekskursiyaya çıxmaq.. Kim istəməzdiki? Yayın son isti çağları, sən qarda sürüşürsən. Bu bir xəyalmı? Deyəsən. İnsanların işi çoxdu. Özünə vaxt ayıra bilmir. Gəzə bilmir, əylənə bilmir. Hər şeyi sistemə calamaq da olmaz təbiiki. Yalnız və yalnış zamanda olmaq çox pisdi. Savaşırıq. Özümüz üçün, özümüzü qaytarmaq üçün. Ölənlər dirilmir görmədən. Saat 23:40. Pəncərəmdən qarlar tökülür, qurdların səsi, ayın bədirlənməsi, lənət olsun uğultu səsi gəldi. Bütün meditasiyam məhv oldu. Havada təyyarələr var və onlar mənim ömrümü alır. Lənət olsun, Çaxırım bitir. Gözümü iki yüz il öncələrdən qalma bir çaxıra dikmişəm, onu saxlamağa çalışıram. Özümə bir dost seçəcəm və onunla içəcəm. Çox içkiliyəm bu an. Yatsam günlərlə ayıla bilməyəcək qədər. Bayaq bir dostumla telefonla danışdıq. Kobudladım və Onu incitdim. Bu mənə xoş oldu. Təmənnasız dostluq bu olsa gərək. Sən ona bir söz deyirsən və o incinir. Unutdum nə dediyimi. Ağlımda sadəcə yazımda bundan bəhs etməliyəm sözləri keçirdi. Və şirin bir gülümsəmə. Çox soyuqdu. Fikrim dağılır. Külək fitləyir çöldə. Bacadan çıxan tüstü az məsafədə yoxa çıxır. Necədə gözəl mənzərədir.
Bir siqaret çəkməliyəm. Tüstülərlə oynayıb uşaq vaxtı çəkdiyimiz qamışları yada salıb gülməliyəm. Türümdən sonuncu insanam bəlkədə texnologiyaları sevməyən. İspaniyada yaşayan bir dostumla məktublaşırdım keçən gün. Günlük həyatından danış dedim, kitablar, kirabxana və universitet dedi. Məni soruşdu. Çəlişkidə idim o günlər. Danışdım. O mənə önyarğıları ilə danışaraq eqon var dedi. Haqlı idi. Kənardan elə görsənirdim. Çox çirkin bir görünüş şəkli bu. Təhsilə necədə qarşı biri idim. Məni dəvət etdi. Gəl burda oxu, fərqi gör dedi. Haqlı idi. Məndə öz düşüncəmdə haqlı idim. Müzakirələr etdik. Ona nəyisə başa salmağa çalışırdım. O da mənə. Sonra mən susdum. Haqlısan dedim. Haqlı idi. Mən axmaqlıq edirdim, ona nəyi izzah etməyə çalışırdım axı? Susmalı idim. Hər kəs özünə olmalı idi. Sevdiyim bir reklamda, siz dəyişin başqalarının da dəyişdiyini görəcəksiniz demişdi. Mən dəyişdim. Sizdə dəyişin deyib hayqırıram. Yox. Bunu etməməliyəm. Susmalı və öz zamanımı gözləməliyəm. 18ci əsrə aid bir beynimlə 21ci əsrə nə başa sala bilərəmki? Çox gülünc bir sistem yaratmışlar, özləri idarə edə biləcək şəkildə. Kim inkar etməyə qalxsa başını əzirdilər. Onlara bu xoş idi bəlkədə. Çünki gördükləri bu idi. Avropasayağı bir qan var idi içimdə. Avropalılara nifrət etmək üçün yetərincə səbəbim var idi. Mədəniyyəti şərqdən öyrənib mədəniyyət öyrətməyə çalışırdılar. Kuklalar oynadıb arxalarında gizlənirdilər. Sehirbazlar kimi.. İllüziyalar həyatı xilas etməyəcək. Qızıldərililərin dedikləri kimi.. Siz ağdərililər; pulun yeməli bir şey olmadığını , dünyada tükənən son yeməklə anlayacaqsınız.

99+Where stories live. Discover now