1.2.3

40 1 0
                                    

Bəzən qoruyucu mələklərin olduğunun fərqinə varırsan. Sonra onları da unudursan, zamanla.. Birdən yenə xatırlayırsan, o vaxt isə iş işdən keçmiş olur. Üsyankar ruh və sorğulayan beyin səni çox utandırır. Çoxdandır əlimə qələm ala bilmirdim. İndi isə əlimdən qələm düşmür. Ağlamaq üçün bir dizə ehtiyac duyuram, amma tapmıram. Əslində yenədə qoruyucu mələyimə ehtiyacım var. Amma o yoxdur artıq. O məndən gedib. Çoxdandır özüdə..
Bir gün əgər geri dönmək istəsən birinə,  geri dönmə. Bir kitabda oxumuşdum; Bir qadınla arandakı əlaqədən azacıqda olsa soyuqluq duysan, uzaqlaş ondan. Çünki qadın çoxdan səndən uzaqlaşmışdır. Darıxsan axtarma, aylar, illər keçsə ölsən həsrətindən etmə heç nə. Sadəcə boş ver. Çünki bir qadından getdinsə nə etsən gözündə ən zəif varlıq olacaqsan, nə qədər əsləhəli cəngavər olsanda.

99+Where stories live. Discover now