aksiyon

43 2 0
                                    

Gəncəm və hər şeyi bildiyimi zənn edirəm, sonsuza qədər yaşayacağımı düşünürəm. Bəzən bir qəhrəman zənn edirəm özümü dünyaya, bəzən isə azılı qatil. İnsanların mənə ehtiyacı var deyə yaşamağı seçmişəm, halbuki özümə bir köməyim dəyməz. Nədən axı beynimdəki şeylər məni dar küçədə sıxışdırır deyirəm bəzən özümə, sonra seçilmiş olduğumu zənn edirəm. Axmaqlıqdır bu, dünyanın ən gözəl axmaqı olmaq insanların sənə olan rəftarını dəyişməz bunu anlamıram. Min söz işlədim, min yola əl atım, özümü dəyişdirə bilmərəm, ancaq önəmsəmədiyim biri gələr bir söz deyər və mən dəyişərəm. Nədən insanlığ yaradarkən kainat qədər zəngin düşüncə verilib ki, anlamıram. Axı heyvanca yaşayış yaşayan insanlığa kainatı belə tapdıran, tanrı dedizdirən o üstün varlıq nədir? Sizə bir sirr verim? Yad planetlilər var və onlar bizdən 3də 2,9 qat zəif inkişaf ediblər. Ancaq bizdə təqribən iki yüz min il sonra kəşf edilə biləcək texnologiyalar onlarda bizdən yüz minillər öncədən var. Səbəb bilirsiniz nədir? İnsanlıq o qədər zəngin düşüncəyə malikdir ki, yaratdığı texnologiyalar onun məhvinə gətirib çıxarır. Ancaq yadplanetlilər o qədər axmaqdırki, bizim deyimdə, onlar bizim bundan öncəki yaradılışımızda oğurladıqları vəyaxud birşəkildə aldıqları texnologiyaları istifadə edə bilmirlər. Və bundan ötrü onların dünyası yox olmur. Mənbəmi soracaq olsanız, boş verin. Xəritədə belə görünməyən 51-ci bölgəyə Amerikaya, pine GAP - Avstraliya da yerləşən Amerikaya aid laboratoriyaya yaxud RAF Menwith hill- İngiltərəyə, daxil olmağı yoxlayın.
Həyatda etdiyin hər şeyin, bütün seçimlərin nəticəsi vardır. Bir şeyi düşünmədən edərsən, sən birşeyi seçə bilməzsən, birşey səni seçər. Maratonçular kimi.
Tanrı insanlara çox şans verər. Mənədə verdi. Bütün şanslarımı istifadə etdim, tək bir şansım qaldı. Onu da istifadə etmək üçün çox gəncəm. Bitsə, tək şansım birdaha şans istəmək olacaq.

99+Where stories live. Discover now