gedirəm

27 0 0
                                    

Vaxtım yaman azalıb, limitim dolubdur artıq. Qocalmadan köçürəm sizlərin sıranızdan. Bəziləriniz üçün sevinc qaynağıdır mənim ölümüm; ki, mənim atdığım addım digərinizdən birinə bardaş olmayacaq deyə. Yaxud kiminsə həyatına son qoymayacam deyə. Bəzilərinizin isə hətta heç doğulmamış olan körpələrinizin böyüməsində edə biləcəyim müsbət köməklər edə bilmədən.  Misal çəkim ki, böyük qardaşımın oğlu olacaq. O hələ evlənməyib. Hələ rüşeymi belə olmayan oğlanın gəncliyini görürəm indidən. Qorxaq olmamalı ikən qorxaq olacaq. Halbuki mən yaşasaydım ona məşqlər keçər, yaşamağı üçün məsləhətlər verər, yıxılanda yarasını sevməyi öyrədə bilərdim. Artıq gecdir. Mən gedirəm. Tanrının düşünmədiklərini düşündüm, onun mənə ölməli olduğum xəbərini göndərdiyi an yazdım bunları. Atamı da özümlə aparacam. Mənsiz tək qala bilməz o, mənlə nəfəs alır. Anam isə sağ qalsa yaxşıdır, o güclü qadındır. Digər dörd övladına atalıq edə bilər. Mən isə kimsəsiz ölə bilmərəm.
Bu məktub ölüm anı bir şəhidin düşündükləri idi. Qələmə aldığım. Şəhidlər də ölər, lakin heç bir ölü yalnız ölməz.

99+Où les histoires vivent. Découvrez maintenant