bir qaşıq

27 1 1
                                    

Güzgülərə diqqətlə baxdıqda gəlıcək sifət cizgilərimizi görərək onu dəyişdirə biliriksə, niyə estetika gözəlliyə sahib olmaq istəmirikki bu yolla. Düşüncələr insanı dəyişdirir, güzgü dəyişdirir, sən özünü gözəl gördükdə hər kəs gözəl görür. Bu kimi şeylər.  Fizikanı nağıl kitabına çevirməkdən başqa birşey deyil.  Elm dirçəlib deyib son nöqtəni qoyanda hər kəs anlayacaq ki, bu elm dedikləri sadəcə bir nağıl imiş. Çünki, hər şey sonsuzadək sürür və sonsuzdur. Artıq bir aydır ki yeni şeylər öyrənməyə başlamışam, əslində isə yeni şeylər deyil, hər kəsin bunu uşaq da bilir sözünü işlətməli şeyləri bilirəm, lakin bunu sadəcə 10a 4nəfər bilir. Keçən dəfə bir yazı oxumuşdum, fəlsəfə bir elm deyil, özünü dərkdir. Fəlsəfəylə məşğul olan biri, öyrəndiklərini digərlərinə öyrətməli idi. Necədə axmaqca bir yazı idi.. Fəlsəfə bir elm budağı deyil və fəlsəfə demək düşünmək, sorğu etmək, o hərfinin mərkəzindəki nöqtədən qurtulub o hərfinə çöldən baxmaq deməkdi sadəcə.. Yəni bu çox çətindir? Heç kəs artıq nəyisə düşünmür? Əlimin içi qaşınır sən qaşı da məndə əhval yoxdur deməyə bənzəyir lap..
Bir az misal çəkmək istəyərdim. O gün tələsirdim deyə evdən tez çıxmalı oldum, dostumun taksisin görüb mindim ki xeyri buna verim, yarı yolda maşın xarab oldu, heç bir maşın getməyən bir yol və piyada mən işimin dalıyca getməli oldum, və getdimki, hələ ən tez mən gəlmişəm, gecikməsəydim lap tez gələcəkdim.
Daha bir neçə həftə sonra işə gecikirdim, qaçdım maşrutun arxasıyca, yetişdim, mindimki yarıya qədər gedəcəkmiş. Dedim dərd yarı şəhərdir də birşey taparam. Gəldim 20dəqiqədən çox orda gözlədim. İşə getməli olduğum vaxtdan yarım saat sonra getdim, eşitdim ki, mənim işə getməli olduğum vaxt hadisə baş veribmiş. Yəni gecikməklərim mənə çox xeyir etdi. Bu hər kəsin başına gələr əslində. Gecikmələr hər zaman xeyrimizə işləyir və çox vaxt bundan xəbərsiz oluruq nahaq yerə. Birdə düşüncələr var təbii ki.. Bir dostum var idi. 80li yaşlarında xanım, universitetə qəbul olmuşdu,bu rəvayəti danışmışdım keçən il. və bitirdikdə aylarla notlar qeyd etdi ki söz veriləcək motivasiya, aşılama xarakter daşıdığı üçün. Gecələr yuxusuz qalır yazılar yazırdı. Nəhayət çıxış etdiyi an həyəcandan suyu kağızların üzərinə tökdü və deməyə sözü olmadığda hər şeyi kənara atdı və başladı o an üçün sözlər danışmağa. Bu an auditoriyadan hər kəs ağlayaraq ayaqda alqış etdi. Hər bitimizin başına gəlib, aylarla bir şey üçün düşünərik və həmin gün başqa şeylər dedikdə düşüncəmizdəkindən də uğurlu olar. Deməkki nələrisə yalnış deyirdik yaxud yalnış öyrədibdirlər, birdə bir şey vardı. Bayaq işə gələrkən, dostumla söhbət edirdim, işə çatma vaxtımı və minəcəyim maşını bildiyim üçün gecikmə olmayacaqdı. Bir maşrut dayandı və dostum təkidlə bu da gedirda min get dedi. Mindim və yarım saat işə gec gəldim. Başqalarının dedikləri heçdə bizim üçün uğurlu alınmaz. Birşey ki, sanki bizim atacağımız bütün addımlar missiya zamanı başqaları tərəfindən deyilərsə heç zaman düzgün alınmaz. Çünki kainat bilirki biz bunu atacıq və bunu seçir. O düşünmür ki filankəslə söhbət edəndə o sənin düşüncəni dəyişəcək və sən missiyada zəifləyəcəksən. Tariximiz doğulmamışdan yazıla bilər, amma beynimiz doğulmamışdan formalaşmayıb.

99+Where stories live. Discover now