Birinci fəsil - Xoşbəxtlik

490 61 37
                                    

Ən kədərli anlar ən xoşbəxt dəqiqələrdən sonra başlayır. Nə olursa olsun xoşbəxt olmağı bacarmaq lazımdır. Çünki şərtlərin tam olaraq sizi təmin edəcəyi anlar çox azdır. Xoşbəxtliyin düsturu lazım olduğunda əhəmiyyətsiz şeylərlə məşğul olmaqdı. Və sizə tövsiyəm xoşbəxt olmaq istəyirsinizsə səbəbini, niyəsini düşünmədən qabağınızdakı dondurmanı yeməyinizdir.

- İlyas nə fikirləşirsən? - həyat yoldaşı onu səslədi - dondurman əridi.
İlyas daldığı xəyallardan ayrılaraq gülümsədi.
- Bu günki pasiyentimi düşünürdüm - dedi peşəkar psixoloq ədasıyla - həqiqətən hər gün insanlar və həyat haqqında nəsə öyrənirəm. İnsanları qınamaq asandır, əgər başa düşmək üçün əziyyət çəkmək istəmirsənsə.
- Əlbəttə, hər şey göründüyü kimi deyil - xanımı digər masalarda oturanları işarə edib dedi - əgər biz bu insanlara çöldən baxsaydıq onların milyoner olduğunu düşünərdik. Çünki normal büdcəyə malik insan bu restorana gələ bilməz. Lakin biz də burdayıq. Milyoner olmasaq da bura gəlmişik.
- Düşünürəm Aysel. Həmişə homoseksualları qınamışıq. Lakin bu bir psixoloji pozğunluqdu. Bu gün yanıma gələn pasiyent 22 yaşlı oğlandı. Özündə homoseksual meyllər hiss edir və bundan çox utanır.

Homoseksuallıq öz həmcinsinə qarşı seksual duyğular bəsləməklə müşahidə olunan bir psixoloji pozğunluqdu. Bu ilk əvvəl doğulma prosesində yaranan hər hansı bir problem üzündən gələn bir sinir soysuzlaşması yəni degenerasiya əlaməti olaraq qəbul edilib. Çünki əksər hallarda homoseksuallarda nevropatik simptomlar görünür. Bu fikir hər nə qədər mübahisə və müzakirəyə açıq olsa da ortaya çıxardığı iki tezis danılmazdır. Birincisi homoseksuallığın doğum zamanı yaranmış bir travmanın əlaməti olma ehtimalı böyükdür. İkincisi bu soysuzlaşma əlamətidir. Təbii ki, burda istisnalar nəzərə alınmalıdır. Məsələn cinsi təcavüzə uğrayan hər hansı bir imsanda çox vaxt sonradan homoseksuallıq yaranır. Xüsusilə də əgər təcavüzə uğrayan insan yeniyetmə və ya uşaqdırsa. Növbəti istisna olacaq vəziyyət qadınların psixologiyasıdı. Beləki  kişilər kimi qadınlar da adətən başqa qadınların gözəlliyinə və seksi görünüşlərinə incələyici nəzərlərlə baxırlar. Bunu bəzən qadınlar özləri ilə müqayisə etdikləri bəhanəsi ilə izah etsələr də əslində bu onların şüuraltılarında yatan lesbiankalıq xüsusiyyəti ilə bağlıdır. Kişi bədəni homoseksual olmayan bir kişini daha az ehtiraslandırsa da, qadınlarda bu hal daha yüksəkdir. Amma bu cümlələr qadın oxucuları özləri ilə bağlı hər hansı bir şübhəyə salmasın. Eynidir cinsin nümayəndələri ilə açıqdan - açığa sevişmək istəyi olmadıqca heç bir qorxusu yoxdur.
Bəzən soysuzlaşma və normal cinsi fəaliyyətdən həzz almama da homoseksuallığa gətirib çıxara bilər. Bu çox yayılmış və yetərincə maraqlı bir haldır. Bir oğlan qadınlara baxıb seksual duyğu yaşasa da bəzən konkret cinsi situativ şəraitdə zəiflik göstərərək həm qadını həm də özünü tətmin edı bilmir. Bu halda çox vaxt o gələcək cinsi həyatını homoseksuallıq üzərinə qurur.

Hər nə qədər ortaya başqa amillər qatılsa da bir insanın xoşbəxtliyinin böyük hissəsi onun cinsi həyatındakı uğurunun payına düşür. Xoşbəxtlik isə o qədər qəribə məfhumdur ki, bəziləri getdikləri hər yerdə xoşbəxt olmalarına rəğmən, bəziləri hər getdiklərində xoşbəxt olurlar. Laroşfuka deyərdi ki, insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxt görünməyə çalışırlar. Buna görə insanların bahalı maşınlara və brend məmulatlara ehtiyacları var. Bir insan həyatının məhvedicilərinə. Ona görə xoşbəxt görünməyə çalışan bir insan heç vaxt xoşbəxt ola bilmir. Halbuki o istəyinə çataraq həqiqətən xoşbəxt görünür. Halbuki xoşbəxt insan yolu azmağına baxmayaraq mənzərədən zövq alan insandır.
- Sən nə dedin? - Aysel həmişə İlyasın söhbətlərinə və işinə maraq göstərib. Bəlkə də buna görə o İlyas üçün əvəzolunmaz həyat yoldaşı idi. Çünki bir kişiyə sevdiyi işlə məşğul olmaq şansı versən o bütün gün xoşbəxt olar. Bir qadın versən o bütün gecə xoşbəxt olar. Onun işinə maraq göstərən qadın versən isə o bütün ömrü boyu xoşbəxt olar.
- Psixoloq - pasiyent gizliliyi deyilən bir şey var - İlyas gülümsədi.
- Bəsdir də - bu gülüş Ayselin də simasına sirayət elədi. - Mən sənin həyat yoldaşınam.
- Zarafat edirəm. Sadəcə sıxıcı terapiya söhbətləridi. Neynirsən ki?!
- Bilirsən ki, sənin işin mənə həmişə maraqlı olub.
- Bilirəm. -  bu qısa cavab İlyasın bu söhbəti davam etdirmək istəməməsinin əlaməti idi. Aysel bunu başa düşdüyündən gülümsədi. Çünki sevimli əri hər nə qədər də söhbətindən doyulmayacaq insan olsa da həmişə seksuallıqla bağlı söhbətləri etmək onu utandırırdı. Hətta müsahibi öz məhrəmi olsa da.
- Cavidan nə edir? - Aysel söhbəti dəyişərək soruşdu.
- Bu gün işə heç gəlməmişdi. Telefonu da bağlıdır.
- O da özünü lap uşaq kimi aparır.

Cavidan İlyasın ortağı idi . 10 il əvvəl onlar psixologiya fakültəsinin məzunu olanda qərar verdilər ki, dostluqlarını pozmasınlar. Beləcə bir neçə il sonra Psixoloji Terapiya Mərkəzini yaratdılar. İllər ərzində birgə yol getsələr də lakin son zamanlar aralarında anlaşılmazlıq baş almışdır. İşdə, hər kəsin ortasında etdikləri mübahisədən sonrakı gün Cavidan işdə görünmədi. O gün İlyas gəlib Cavidanı soruşanda ona tutarlı cavab verən olmadı. Adətən deyirlər 9 ildən çox davam edən dostluqlar davamlı olur. Amma deyəsən onların münasibəti getdikcə pozulurdu.
- Mən görəsən niyə görə gözəl bir xanımla restoranda oturub iş barədə söhbət edirəm.
- Yeniyetmə sevgililər deyilik İlyas - Aysel 30 yaşa məxsus bir qadın yetkinliyi ilə cavab verdi.
- Görünüşümüzə görə yeniyetmə sevgililərdən heç də fərqlənmirik - bu ikitərəfli və xüsusilə də Aysel üçün uğurlu bir kompliment idi. Çünki bir qadına deyiləcək ən gözəl söz onun yaşından gənc görünməyini bildirməkdi. Deyirlər ki, bir qadını sevən sevgini anlayar. Amma çox qadınla yatan qadınları anlayar. İlyas baxmayaraq ki, çox qadınla yatmamışdı amma qadın psixologiyasında bəzi şeylərdən başı çıxırdı. " Bəzi şeylər " sözü sizi İlyasın zəif psixoloq olması ilə bağlı bir qənaətə gətirməsin. Çünki hətta dahi Ziqmund Freydin özü 20 illik psixologiya sahəsindəki araşdırmalarım qadın nə istəyir sualına cavab tapmağıma kömək etmədi demişdir.

İlyas ayağa qalxaraq Ayselin yanında dik dayandı. Centlmen tərzi ayaqlarını cütlədi və əlini xanımına uzatdı.
- Mənimlə rəqs edərsinizmi lady?

Onlar səhnənin ortasında böyük bir nəşə ilə rəqs edirdilər.  Onlar o gün xoşbəxt idilər. Bir insanın gözlədiyi xoşbəxtlik daddığı xoşbəxtlikdən daha çox həzz verir. Xoşbəxtlik heç nəyin dəyişməsini istəmədiyin andır. Əgər fəsillərin və zamanın sənin üçün fərqi yoxdursa deməli sən xoşbəxtsən. Və insanlar xoşbəxt olduqları üçün gülümsəməzlər. Gülümsədikləri üçün xoşbəxt olarlar.

Çalınan telefon zəngi anın həzzini pozdu.
- Üzr istəyirəm - İlyas xanımını masaya əyləşdirərək telefonu açdı. Xəttin o biri başında tanımadığı bir oğlanın səsi gəlirdi.
- Tez ordan uzaqlaş. Ortağın Cavidan öldürülüb. Səndən şübhələnirlər.
- Nə?
- Polis gəlir. Qaç
- Sən kimsən?

Artıq xəttin o biri başında sadəcə uzun çağrılar eşidilirdi.

İlyas saxta bir gülümsəmə ilə Ayselin üzünə baxıb əliylə işarə etdi ki, bir dəqiqə gözlə gəlirəm. Ərinə məxsus bütün jestləri və xüsusiyyətləri bilən Aysel təbəssümə qarşılıq verərək, razılıq əlamətinin nişanı olaraq başını tərpətdi.
Dəqiqələr keçirdi. İlyas getdiyi yerdən dönmürdü. Birdən eşidilən polis sirenaları bütün ərazini zəbt etdi. Zərif qadın intuisiyası Ayselə xoşagəlməyəcək bir şey baş verdiyi siqnalını ötürdü.
" İlyasa nəsə olub "
Aysel yerindən qalxaraq artıq maşınlarından düşmüş polislərin arxasıyla qaçdı.
- Xanım, hesabı ödəmədiniz - ofisiantın səsinə hay verəcək vəziyyətdə deyildi Aysel. Bir dəqiqə sonra düşüncələrinin həqiqətə necə yaxın olduğunu gözləri ilə görəndə onu dəhşət bürüdü. İlyas yerə uzanmış kişi cəsədinin üstündə əllərini yuxarı qaldıraraq qışqırırdı :
- Mən öldürməmişəm. Mən günahsızam.
Polislər onu mühasirəyə almışdılar.
- Mən gələndə artıq o ölmüşdü.

- Sizi şübhəli şəxs kimi saxlamalıyıq.

Əlbəttə, hər xoşbəxt günün bir gecəsi olmalıdır. Xoşbəxtlik nədir ki? Bizi aldatdıqları yalan . İllərlə var olduğunu düşündük. Amma artıq bilirik. Xoşbəxtlik sadəcə böyük bir yalanın tərkib hissəsidir.

Obsesiya Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ