Yeddinci fəsil

135 21 10
                                    

Siz heç səmaya baxıb bu dünyaya niyə gəldiyinizi düşündünüzmü?  Göylərdə bir yerdə başqa bir fövqəladə aləmin olmağına inanmağınız əsas deyil. Amma hər birimizin bu dünyada bir missiyası var. Çünki hər birimiz bir- birimizlə və kainatla əlaqəliyik. Böyük partlayışdan bir saniyə əvvəl bütün atomlar birlikdə idilər. Sonra atomlar səpələndilər. Bəzilərindən ən uzaq qalaktikalar, bəzilərindən günəş, bəzilərindən Sezar, bəzilərindən siz və bəzilərindən mən yarandım. Bundan əvvəl isə bizim bütün atomlarımız birlikdə idilər.  Bizim təməl parçacıqlarımız qardaşdırlar.

- Xəyalə indi İlyasın yanındadır?  Deməli İlyasın hər kəsdən xəbərsiz bir ovçusu da var. - Mehmanovun köməkçisi ayağa qalxdı.
- Hə amma Xəyalə ilə necə əlaqə saxlaya bilərik bilmirəm.
- İllər əvvəl Seyidov cinayətkar dəstənin içinə yerləşdirdiyi Xəyalə Qurbanovanın şəhid olduğunu elan etmişdi.
- Dosyalara baxıb bu agent haqqında məlumat əldə edək deyərdim, amma...
- Amma nə? - Fuad həkim soruşdu.
- Əsl adının nə olduğunu bilmirik. Seyidov yəni bu əməliyyatın rəhbəri bu işi gizli aparırdı.
- Bəlkə komissarla danışaq. Bu işi araşdırmaq üçün bütün komandasını işə salsın. - Köməkçi təklif etdi - bu dəqiqə gücləndirilmiş iş rejiminə ehtiyacımız var.
- İstintaq rəisi mənəm Fazil. - Mehmanov sərt şəkildə dedi - Seyidov indi təqaüdə çıxıb elə deyil? 
- Aha.
- Mənə onun ünvanını ver.

Yuxudan ayılandan sonra yenidən mətbəxə keçdim. Xəyalə oturub yemək yeyirdi. Daha doğrusu evdə olan tərəvəzlərdən salat hazırlamışdı. İçəri girərkən ayaqqabısına ilişdiyimdən büdrədim və başını qaldırıb məni gördü. Çöl qapısından mətbəxə iki addımlıq yol olduğundan ayaqqabının mətbəx girişində olması təəccüblü deyildi.
- Səndən evdar qadın olmaz - dedim gülümsəyərək - səliqəsizlik baş alıb gedir.
- Gəl sən bu salatdan ye sonra danış. - O da zarafatca cavab verdi.
- Xeyri yoxdur, onsuz da sənlə evlənməyəcəm - zarafata ikimiz də güldük.
- İndi necəsən?
- Xatırlayıram. Mən yatandan yeni heç bir şey olmayıb ki?
- Yox, hər şey eynidir.
Artıq bu bir vərdiş halını aldığından hər şeyə diqqət edirəm. Qazın üstündə çaydan qaynayır, saatın əqrəbləri öz axışı ilə gedərək sanki mənim beynimdə səs çıxarır. Xəyalə üzümə baxaraq gülümsəyir, qapının kənarındakı tozu belə görürəm. Zibilqabından xiyarın qabığı sallanır.
- Yemək istəyirsən? - Xəyalə soruşur.
- Yaxşı olardı.
Xəyalə boşqab götürmək üçün ayağa qalxır.
- Sən necəsən bəs? - mən soruşuram.
- Hələki yaxşıyam. - Xəyalə şkafdan boşqab götürərkən cavab verir.
Mən elə o an tapançamı çıxarıram, hansı ki, Xəyalə çevriləndə onun alnına dayayıram.
- Nə edirsən sən?
- Sən kimsən?
- Xatırlamırsan yenə? - O soruşur.
- Xatırlayıram. Adın Xəyalədi. Valideynlərinin təkidi ilə evlənmisən. Həyatın boyu kənddə yaşamısan. Amma avtomobili tam bir peşəkar formula yarışçısı kimi idarə edirsən.
- İlyas...
- Başqa nələri də dərk etdiyimi deyimmi?
- Sənin ağlın qarışıb. Tam üç saatdı ki, yatırsan. Yatdığın müddətdə nə elədiyimi bilmirsən.
- Üç saat yox, sadəcə iki saat qırx beş dəqiqə yatmışam. Bu müddətdə sən evdən çıxmısan və mən oyanmadan evə qayıtmağa çatmaq üçün xeyli tələsmisən. Beləki evə çatar - çatmaz ayaqqabılarını tələsik çıxarıb səliqəsiz şəkildə atmısan. Mənim yatdığım müddətdə elədiklərinin göstəricisi olaraq salat hazırlayırsan amma göstərmək istədiyin mənaya görə çay indi qazın üstündə deyil, çoxdan qaynamış olmalı idi. Ayrıca xiyarın qabığını da bu şəkildə zibilqabıya dürtmək sırf həyəcanlı insanlara məxsusdur. Gözlərinin kənarında qırışların olmadan süni gülümsəməyin kimi. Yəni tək bilmədiyim şey mən yatarkən hara getdiyindir. 

Maşında üç nəfər idilər. Mehmanov, köməkçisi Fazil və Fuad həkim.
- Bağışlayın Fuad həkim, sizi də məşğul edirəm. Amma bir psixiatr olaraq köməyinizə ehtiyacım var.
- Narahat olmayın. Bu heyvanı əlimdən qaçırdığım üçün mən də özümü məsuliyyətli hiss edirəm.
- İndi mənə zəhmət olmasa izah edin. Bir psixopatın zəif cəhəti nədir?  Onu necə ələ keçirə bilərik.
- Bunun üçün əvvəlcə sizə onların beynini izah etməliyəm. Çünki onların beyninin quruluşu da fərqlidir.
- Necə yəni?
Fuad həkim izah etməyə başladı.
- Beynimizin daxilində amiqdala adlı dırnaq boyda bir yer var. Amiqdala kiçik olsa bizim həyatımızda çox böyük bir rol oynayır. İlkin qorxu istinkti, qərar verməyimiz, başqa insanlarla empatiya qurmağımız, kiməsə yazığımızın gəlməyi məhz amiqdala bölməsinin sayəsində mümkün olur. Amiqdala bizim şüurumuzdan kənarda, mexanizmini dərk etmədiyimiz prosesləri həyata keçirir. Buna qarşılıq alın payımız bizim şüurumuzu təşkil edir. Şüurla yerinə yetirdiyimiz hər şey alnımız sayəsində mümkün olur. Normal insanlarda amiqdala və alın payı arasında əlaqə olur ki, nəticədə də şüurla qeyri-şüuri proseslər tənzimlənir. Psixopatlarda bu əlaqə olmur və amiqdala bölməsi çox kiçik olur. Ona görə də onlar mərhəmət, empatiya kimi duyğulardan məhrum olurlar. Bizim üçün acanda yemək yemək nə qədər adi hadisədirsə onlar üçün ürəkləri istəyəndə adam öldürmək də o qədər adi hadisədir. Onlar cinayət törətməyin yaxşı iş olmadığını dərk edirlər amma bunun nəyinin pis olduğunu anlaya bilmirlər. Ted Bundy otuzdan çox qadını vəhşicəsinə öldürmüşdü. Amma yenə də məhkəmədə tez- tez dediyi bir ifadə var idi. " Bunu niyə bu qədər şişirdirsiniz anlamıram ". Manyakların ən təhlükəli tərəfi odur ki, normal insanlardan daha çox ağıllı olurlar. Çünki onlarda şüuru idarə edən alın payı yaxşı inkişaf edir. Məsələn Albert Fişin İQ dərəcəsi 138 idi. Zəif cəhətləri çox vaxt özgüvən olur. Bir müddət sonra o qədər özlərinə güvənirlər ki, diqqətsizlik edib yaxanı ələ verirlər.
- Amma hər şeydən göründüyü kimi İlyasda belə bir xüsusiyyət yoxdur. O çox diqqətlidi və daima ikinci bir planı var.
- Belə halda İlyasın məğlub edilməsi mümkünsüzdür.
- Biz onun üzünü şəhərin bütün kamera sisteminə göndərmişik. Kameralar nəinki onu hətta ona bənzər bir insanı da tutan kimi şəklini çəkib bizə yollayırlar. Və bu günə qədər kameralar ancaq onun bənzərlərinin şəklini çəkdilər. Əclaf harda gizlənir, necə gedir ki, kameralara düşmür. Mistikaya inansam deyərdim ki, o gözəgörünməz şeytandır.
- Əslində onun bir zəif nöqtəsi var. - Qəfil Fuad həkim dilləndi.
- Nə?
- İndi ağlıma gəldi. Kapqr sindromu. Yaddaşı itəndə ehtiyatsızlıq edib özünü ələ verə bilər. Amma psixoloq kimi bu halında öhdəsindən gələ bilərmi bilmirəm.
- Məncə oturub onun səhv etməsini gözləməkdənsə biz də yeni torlar tikməliyik. - Fazil dedi.
- Elə onun üçün də indi Seyidovun evinə gedirik - Mehmanov sükanı sağa döndərərkən dedi - bu Xəyalə məsələsini aydınlaşdıraq görək burdan nəsə çıxır?!
- Siz onu kənddə görmüşdünüzsə niyə sonradan araşdırmadınız ki? - Fazil sual verdi.
- Olanlardan sonra - Mehmanov güzgüdə öz maskalı sifətinə baxıb cavab verdi - tamamilə unutmuşdum.
- Rzanın dindirilməsi haqqında nə düşünürsünüz bəs?
- Rza deyir ki, Mahir və Vaqif də ona kömək edirdilər. Amma Vaqifi öldürüb İlyas. Mahirin axtarışı isə davam edir.
- Rza Xəyalə haqqında heç nə danışmamışdı amma. Sizcə niyə?
- Yəqin ki, Xəyalənin işin içində olduğunu bilmir. Ya da nədənsə qorxur.
- İlyasın şəxsiyyətinin unikal nöqtəsi odur ki, - Fuad həkim sözə başladı - Heç bir çərçivəyə sığmır. Özünü nə tam silsilə qatil kimi aparmır, nə də normal insan kimi. Bu ikisinin arasındadı. Və düşünürəm bunu yaradan onda olan Kapqr sindromudu.
- Dezavantajın avantaja çevrilməsi. - deyən Mehmanov maşını saxladı. - Çatdıq.
Onlar Seyidovun mənzili yerləşən binaya daxil oldular. Mehmanov 36 nömrəli qapını astaca döydü. Səs yoxdur. O qapını daha bərk döydü. Sonra daha bərk.
Qapı açılmır.
- Hiss edirəm ki, yeni bəla olacaq bu qapının arxasında - Fazil fikir yürütdü - nə gözəl evə getmişdim. Məni çağırıb...
- Qorxursan? - Mehmanov qapını bir də döyərkən soruşdu.
- Çox da yox - Fazil cavab verdi.
Mehmanov qapını yenə döyəndə qonşu qadın çıxdı.
- Səməd müəllim evdə yoxdur?  - Fuad həkim soruşdu.
- Evdə olmalıdır. Bayaq qonağı var idi hətta. Mən işdən gələrkən bir qadın çıxdı evdən.
- Qadın? - Mehmanov qorxuya düşdü - qara, dalğalı saçları var idi?
- Bəli.
- Çox sağolun. Gənclər - Mehmanov üzünü yoldaşlarına tutdu - Xəyalə bura gəlib. Çilingər çağırmalı olacağıq. Qapını qırmaq üçün.

Xəyalə alnına tapançanı dayamış İlyasın üzünə baxıb dedi :
- Sənə bəzi şeyləri danışmalıyam.
- Danış.
- Əvvəlcə tapançanı aşağı endir. Onsuz da istəsəm ikicə dəqiqəyə səni zərərsizləşdirə bilərəm.
- Doğurdan?  Bunu necə edərsən? - Mən kinayəli şəkildə soruşdum.
- Öz işimdə peşəkaram. Mən polisəm.
Bu sözdən sonra sifətimin rənginin dəyişməsini təsəvvür edə bilirdim.
- Nə?
- Bəlkə iki mədəni insan olaraq masaya oturaq və söhbət edək.
- Mənə xəyanət elədin? - Ehtiyatla kənara çəkilərək deyirəm.
- Yox. Mənə xəyanət etdilər.
Xəyalə danışmağa başladıqca həqiqətlər ortaya çıxır. Mən onun bütün bədən dilini diqqətlə izləyirəm ki, yalan danışdığı təqdirdə bunu bilim. Peşəkar psixoloq kimi onun doğruları danışdığını deyə bilərəm.
İllər əvvəl Xəyalə uşaq evindən çıxandan sonra təhsilini davam etdirmək üçün sənədlərini polis akademiyasına verir. Polis işləyərkən o qədər peşəkarlaşır ki, onun rəisi düşünür ki, artıq onu gizli əməliyyatlarda istifadə etmək olar. Bir gün Seyidov onu çağıraraq, yeni vəzifəsini ona başa salır. Kəndə getməli, ordakı bir adamla evlənməli idi. Seyidov Vaqifin narkotik qaçaqmalçılığı ilə məşğul olduğundan şübhələnir və bu mafiyanın kökünü qazımaq agent Xəyalə Qurbanovanın yeni vəzifəsi idi. Xəyalə üçün kənddə saxta ailə hazırlanır və Xəyalə nəhayət ki, Vaqifin diqqətini cəlb edərək onunla evlənməyi bacarır. Bu müddət ərzində Xəyalənin " valideynləri " də Vaqifin valideynləri ilə müəyyən işarəli şəkildə danışırlar. Evlənəndən sonra artıq sistem məqsədinə çatmışdır. Lakin bir ay sonra planda nəzərə alınmamış bir dəyişiklik baş verir. Xəyalənin qaynatası ona təcavüz etməyə çalışır. Xəyalə onu öldürür. Seyidov yeni hadisəni eşidib özünü kəndə çatdırır. Bu hadisədən sonra artıq Vaqif Xəyaləyə güvənə bilməzdi. Həm də Xəyalənin müvəffəqiyyətli olacağı təqdirdə belə iş aşkara çıxarsa qanun qarşısında Xəyalə və cinayəti gizlətdiyi üçün Seyidov məsuliyyət daşıyırdı. Əməliyyat gizli və Seyidovun şəxsi təşəbbüsü ilə aparıldığından bu cinayətə heç cür bəhanə ilə haqq qazandırmaq olmazdı. Xəyalə həbs edilməli və ya ən yaxşı halda polis sistemindən töhmətlə uzaqlaşdırmalı idi. İstintaq rəisi Mehmanov kimi vicdanlı bir insan olduğundan başqa çarə qalmırdı. Amma Xəyalə gözlənilməz gediş edərək Seyidovu aldığı rüşvətləri üzə çıxarmaqla şantaj edir. Seyidov çarəsiz vəziyyətdə Xəyalənin ölüm xəbərini yayır, Xəyalə isə məcbur şəkildə bu kənddə, Vaqifin yoldaşı kimi yaşamağa məhkum olur. Elə o dövrdə mənlə tanış olur və daha sonra əsəbi şəkildə qaynanasını da öldürür. İllər ərzində Xəyalənin Seyidov və Mehmanov timsalında bütün polislərə nifrət dalğası böyüyür. Daha sonralar mənim savaşımı öyrəndiyində bunun üçün heç kimə heç nə demir. Çünki özü mənim ən böyük dəstəkçim idi. Bu gün isə intiqamını almaq üçün evdən çıxır.

Çilingər gəldiyində qapını qırmaq üçün hansısa sənədləri tələb edirdi.
- Mən polisəm - Mehmanov vəsiqəsini göstərərək dedi - içəridəki adam təhlükədə ola bilər. Qapını qırmalısan.
- Bunun üçün rəsmi əmriniz var?
- Səni polisin işinə mane olmağa görə içəri basmağa hüququm var. Tez qapını qır - Mehmanov sərt şəkildə əmr etdi.

Çilingər başını bulayıb işə başladı. On dəqiqə sonra onlar içəri doluşdular. Seyidovun hələ soyumamış bədəni cansız halda yerə sərilmişdi. Sinəsinə sancılan üç güllə böyük ehtimalla səsboğuculu tapançadan çıxmışdı.
- Zibilə qalsın - Mehmanov söyüş söydü.
Fuad həkim üzünü çevirərkən Fazil tualetə qaçıb qusdu. Mehmanov hər ehtimala qarşı Seyidovun nəbzini yoxladı. Göz bəbəklərini araladı. Fazil tualetdən qayıdarkən sifəti qızarmışdı.
- Fazil sən çölə çıx.
- Yaxşı olar - deyib Fazil mənzildən çıxdı.
- Bu oğlan hələ çox zəifdir - Mehmanov dedi.
- Cavandır - Fuad həkim rəy bildirdi.
Eyni zamanda isə Fazil çölə çıxıb telefonunu açaraq numarativ nömrəni yığır. Xəttin o biri başındakı şəxs telefonu götürəndə Fazil deyir :
- Cəsəd tapıldı. Tezliklə küçə kameraları ilə səni izləyib yerinizi tapacaqlar yəqin ki. Qaç ordan, Xəyalə.

Obsesiya Where stories live. Discover now