Dünyanın yaradılış anında Şeytan cənnətdən qovularkən bəlli idi, insanlığın düşməni olacağı. O uzun illər öz Yaradanına sədaqətlə xidmət etmiş və daha sonra üsyan etmişdi. Qiyamətə qədər azad olacağı onun xidmətinin mükafatı idi. Məşhər isə üsyanının cəzası. Çünki Allah daha İblisi yaradarkən onun qürurundan və qəzəbindən xəbərdardı. Amma şeytan sadəcə o deyil. Şeytanlar hər yerdədirlər. Onlar bizim aramızda, ailəmizdə, dostlarımızda və içimizdə gizlənirlər. Şeytanı şeytan edən ən birinci amil qüruru və kibiridir. Elə bu üzdən artıq mən də şeytanam.
Dilin susduğu an gözlər danışar. Gözlər isə donubsa qarşıdakı mənzərə ya Cənnətdən daha gözəldi, ya da cəhənnəm belə adlandıra bilməyəcəyimiz qədər iyrəncdi.
Boz divarlardan asılan rəsm əsərləri xalis insan dərisinin üzərində çəkilmişdir. Divarda işgəncə zamanı sıçrayan qan damlalarının sarı- qırmızı ləkəsi görünürdü. Otağın tam mərkəzində yerə basdırılmış dik şəkildə duran şiş uclu ağaclar var idi. Və ən dəhşətlisi bu ağaclar hal- hazırda onların gözləri qarşısında çürüyən cəsədlərin ayaqları arasından girib ağızlarından çıxmışdı. Drakula işgəncəsi.
Macar qrafı olan Vlad Volvoda və ya tarixi ədəbiyyatdakı adı ilə desək qraf Drakula öz qəddarlığı və sadizmi ilə indiyə qədər heç kimin yaratmadığı qorxulu qaniçən obrazını yaratmışdır bəşəriyyətin tarixində. Elə bil həyat tərzi sürmüşdür ki, bəlkədə vampir ədəbiyyatının əsası məhz Drakulanın əsasında qoyulmuşdur. Təbii ki, qorxu filmləri və romanlarının göstərdiyi kimi vampir deyildi və günəş işığına çıxmaqla yaxud sarımsaq və xaçla da bir problemi yoxdur. Normal insan kimi güzgülər onu da əks etdirirdi. Onun atası və eyni zamanda Valaxiyanın hökmdarı olan || Vlad Osmanlı dövlətinin vassallığını qəbul edərək iki oğlunu da girov verir. Sonradan ||| Vlad və ya Drakula kimi tanıyacağımız bu oğlan Osmanlı sarayında yetişdirilir və döyüş təlimi görür. Daha sonralar türklər özlərinin yetişdirdikləri Vladın sərkərdəlik qabiliyyətinə heyran olacaqdılar. O Osmanlı işgəncələrindən olan payayakeçirməyə heyran qalır burda olarkən. Atası öləndən sonra hakimiyyətə keçən ||| Vlad Osmanlı dövlətinin vassallığını qəbul etsə də qısa zaman ərzində bu dövlətə qarşı döyüşlərə başlayır. Məğlubiyyətə uğrayandan sonra isə qardaşını taxta çıxardırlar. Macar dövləti ||| Vladı türklərlə əlbir olmaqda ittiham edib 10 il zindana salırlar. ||| Vlad Roma papasına yazdığı məktubla azadlığa çıxmağa nail olur. Çünki o katolik dinini qəbul etməyə söz vermişdi. Daha sonra o yenidən taxta çıxsa da bir il sonra döyüşlərin birində naməlum şəkildə öldürülür. Əslində, Vlad bir sərkərdə və kiçik bir dövlətin qısamüddətli rəhbəri kimi çoxdan tarixin yaddaşından silinib getməliydi.Bəs onu əbədiləşdirən, bədii əsər və kinofilmlərin qəhrəmanına çevirən nədir? Necə oldu ki, o,"Vampirlərin atası Drakula" titilunu qazandı? Məsələ burasındadır ki, Vlad türklərdən öyrəndiyi işgəncə metodunu o qədər çox istifadə etmişdir ki, ona " payayaoturdan" ləqəbi verilmişdir. Türklər bu gün də Fatih Sultan Mehmetin ən maraqlı düşməni olan Kazıklı Volvodanı unutmurlar. Paya-ağac və ya taxtadan yonulmuş,ucu biz, müxtəlif həndəsi fiqurlu edam ağacıdır.Paya insana öndən,arxadan və ya ağızdan keçirilir, sonra o torpağa sancılır.Dik dayanmış paya getdikcə insan bədəninin dərinliyinə nüfuz edərək, onu daxilən parçalayır və sonra hansısa nahiyyədən çıxır.Bu edam bəşəriyyətin ən vəhşi, ən amansız edamı hesab olunur. Payaya oturdulmuş insan 10 saatdan 2 gün müddətinə kimi can verirdi...
Vlad nəinki düşmənlərini, hətta öz müttəfiqlərini, rəiyyətini və yaxın ətrafını da bu edama məhkum edirdi.
Bir dəfə səbəbsiz-filansız öz ərazisində olan şəhərlərdən birinə hücum edərək 10 000 günahsız insanı vəhşicəsinə öldürdü, Yarıdan çoxunu isə şəhər ətrafına düzülmüş payalara keçirtdi.
Həttə məhbəsdə olanda da Vlad öz hobbisinə sadiq qalmışdı.O,zindanda siçan və quşları tutur, ya da gözətçilərdən satın alıb,başını əlləri ilə üzür, balaca payalara keçirir və saatlarla yazıq heyvanların can verməsinə tamaşa edirdi.
Növbəti dəfə qəbuluna gələn türk elçiləri papaqlarını onun hüzurunda çıxartmadılar.Vlad əmr etdi ki, papaqlar onların başına mıxlansın ki, bir də çıxartmağa ehtiyac olmasın.