Beşinci fəsil

188 21 14
                                    

Ehtiyat üçün hər şeyi edin və sonra irəliləyin.
                    Qurani- Kərim, Nisa surəsi 75

Bombadan 12 saat əvvəl.
Biz kənd istiqamətində irəliləyirdik. Vaqif avtomobili idarə edə- edə yəqin ki, məndən necə yaxa qurtaracağını fikirləşirdi. Ondan daha cəsur olan Mahir mərdcə oturmuşdu, amma hiss olunurdu ki, o da qorxub. Aramızda qalsın, amma Mahirə qarşı simpatiyam var idi. Bunun üçün ona təsəlli verməyə çalışdım.
- Baxın mənim sizinlə heç bir problemim yoxdur. Sözümdən çıxmayacağınız təqdirdə söz verirəm ki, nə mən nə də bir başqası sizə ziyan verməyəcək.
- Sənə necə güvənək? - Vaqif onu rahatladacaq bir cavab almaq ümidi ilə soruşdu.
- Elədiyim hər bir şey Mehmanovdan intiqam almaq üçün idi. Babasının günahını ona ödətmək üçün.
- Madəm eləydi niyə bizim bütün kəndi öldürdün? 
- Bu planda elədiyim hər bir şey Mehmanovu küncə sıxışdırmaq üçün idi.
- Məni öldürə bilərsən - dedi Mahir - amma ailəm. Mən olmasam...
- Başa düşürəm Mahir - dedim - söz verirəm ki, sizə toxunmayacam.

Kəndə girəndə sanki fərqli bir atmosfer yarandı. Əməliyyat başlayırdı.
- Mahir - dedim - yolu başa sal. Tez zamanda Rzanın evinə çatmalıyıq.
Mahirin " sağa dön ", " sola dön " sədaları altında ən nəhayətində bir evin qarşısında dayandıq.
Mən maşından düşüb qapını döydüm. Qapını yaşlı bir xala açdı.
- Salam, buyurun - dedi.
- Salam xala zəhmət olmasa Rzanı çağıra bilərsiniz? 
- Rza evdə yoxdur. Nə məsələ idi ki? 
- Mən Rzanın dostuyam - dedim - Bakıdan gəlmişəm. Rza mənim haqqımda danışıb bəlkə də. Adım Vüsaldı.
- Vüsal?  Yox yadıma gəlmir. - O maşına boylanıb Vaqiflə Mahiri görüncə rahatladı - Necəsiniz? - Deyə onlara ünvanlandı.
- Çox sağolun Sənubər xala - Vaqif maşından düşərək dedi. Eyni vaxtda Mahir də çölə çıxdı.
- Gəlin keçin içəri - o mehribanlıqla bizi dəvət etdi - Rza da indi gələr.
- Sizə narahatlıq verməyək - mən mədəni tərəfimi işə saldım.
- Yox, nə narahatlıq?!  İçəri keç oğlum.
Mən içəri girərkən Vaqifdən soruşdum :
- Bu kimdir?
- Rzanın xalası - o pıçıldadı.
Sənubər xala bizi qonaq otağında əyləşdirib çay gətirməyə getdi:
- Xala, heç nə lazım deyil. Gəlin oturun - desəm də o mənə məhəl qoymadı.
- Heç, elə şey olar? - deyib getdi.
Çayları gətirərkən ayağa qalxıb nimçəni onun əlindən aldım. Böyük ehtimalla Vaqif və Mahir mənim mədəniyyətimə heyran qalmışdılar. Amma nə də olmasa mən illər boyu ali təhsilli və elit dairədə var olmuşdum.
- Eh oğlum - deyərək Sənubər xala sözə başladı - sənin kimi bir oğlum olsaydı bu qoca yaşımda əlimdən tutardı.
- Nə olub sizə - mən dedim - kifayət qədər sağlam və gümrahsınız.
O gülümsədi və telefonun dəstəyini qaldırdı.
- İndi Rzaya zəng vurub xəbər edim gəldiyinizi.
- Mənim adımı çəkməyin xahiş edirəm - dedim - ona sürpriz etmək istəyirəm.
Sənubər xala mənim xahişimi yerinə yetirib sadəcə " Vüsal və Mahir gəlib " dedi.
- Eh oğlum, başımıza gələnləri eşitdin?  - Sənubər xala qarşımızda oturarkən soruşdu.
- Yox, nə olub ki? 
- Üç ay əvvəl biri bütün kənd əhlini öldürüb aradan çıxdı. - diqqət edirəm ki, Mahir yerində narahat şəkildə tərpəndi - təfərrüatları tam bilmirəm.
Elə o an televizorda mənim haqqımda xəbər gedir. Əclaf Mehmanov şəklimi də verib televiziyalara. Sənubər xala gözlərini bərəldib ekrandakı manyakın şəklinə baxır. Dəhşət dolu gözlərini yenidən mənə tərəf çevirəndə mənim əlimdəki tapancanı görür. Nişangahımda Sənubər xala idi.
- Səsini çıxarma. - Mən əmr edirəm.
- Nə? - deyərək o yerə yıxılır
Biz üçümüz də stoldan qalxırıq. Sənubər xala sinəsini tutub qışqırır, titrəyir. Onun biləyindən tutub nəbzini yoxlayıram. Ürəyi sürətlə vurur. Sənubər xala paltarlarını çıxarmaq istəyir. Kənd yerində bir qadının bu hərəkəti etməsi nə şüurlu şəkildə, nə də isterik olaraq mümkün deyil.
- Bircə panik atak çatışmırdı - mən deyirəm.

Obsesiya Where stories live. Discover now