Əsər haqqında maraqlı faktlar

137 20 19
                                    

Üçüncü fəsildə belə bir cümlə var.
" Bir psixoloqun bəlkə də ən üstün cəhəti və avantajı budur. İstədiyində insanları onun kimi düşünməyə sövq edə bilir "
Bu cümlə İlyasın manyak olduğuna və Mehmanova oyun oynadığına dair bir işarədir.

Romanda manyakın dilindən belə bir fikir səslənir. " İnsanın əzab çəkməsini, ölməsini və yaşamasını ancaq Tanrı müəyyən edə bilər. Və artıq mən də Tanrılıq səviyyəsindəyəm ". Bu məşhur silsilə qatil Ted Bundyə onun oxşar ifadəsi üçün kiçik göndərmə idi.

Dördüncü fəsilin ilk abzasının sonunda heç bir mənası olmasa da " Qızıl Yevgenika " yazılıb. Bu əsərin sonlarında meydana çıxan İlyasın ideologiyasına işarə idi.

Mehmanovla İlyasın birgə fəaliyyəti zamanı dəfələrlə İlyas manyakın etdiklərindən heyranlıqla danışır. Bu onun özünün təqdir edilmə ehtiyacından irəli gəlirdi ki, hansı ki, İlyasın öldüyü fəsildə bu açıqlanır.

Mehmanovun həyat və sevgi hekayəsi çox məşhur olan Azərbaycanın dövlətçiliyində böyük rol oynayan zabitin həyatından götürülüb. Müəyyən səbəblərə görə həmin şəxsin adını açıqlamaq istəmirəm.

Altıncı fəsildə manyakın monoloqunda nəzərdə tutulan şeytanlar məşhur korporasiya şirkətləridir. Bu ilk baxışdan gözəl görünən lakin insanları məhv etməyə yönəlmiş dünya idarəetmə sisteminə göndərmə idi. " Sevdiyiniz brendlərdən, markalardan, ofislərində işlədiyiniz müdürlərə qədər "

Əsər boyu adı tez - tez çəkilən Böyük Kölgələr Təşkilatı real həyatda Böyük Mason Lojasını təmsil edir. Kölgələr bölümündə bu təşkilatın işi barədə gizli işarələr tapa bilərsiniz.

" Həmişə kölgələr aşağılandı. Orta əsrlərdə də, indi də " cümləsində nəzərdə tutulan məna orta əsrlərdə kilsənin şeytan adlandıraraq elm adamlarını və İllüminatini amansız təqiblərə məruz qoymağıdı.

On birinci fəsildə belə bir cümlə işlədilib. " Hər kəs birilərini öldürər, amma hər kəs birilərini öldürdü deyə ölməz " Bu Oskar Uayldın məşhur " Hər kəs öldürər sevdiyini " şeirinin mənim tərəfimdən dəyişilmiş versiyası idi.

Bumeranq bölməsinin sonunda yazılan " Bumeranq hələ də davam edir " cümləsi İlyasın təmsil etdiyi həyatdakı insanın hələ də yaşadığına dair işarə idi.

İlyas Mehmanova zəng edərkən zəngin koordinatlarını fərqli göstərmək üçün İ proqramımdan istifadə etdiyini deyir. İ hərfi real proqramın adının baş hərfidir. Sadəcə bir az düşündükdən sonra qərara gəldim ki, ən yaxşısı proqramın adını açıq şəkildə qeyd etməməkdir.

Əsərdə olan psixiatr Fuad həkim adı, xarakteri və taleyi etibarı ilə real həyatda Psixi Sağlamlıq Mərkəzinin direktoru və şəxsən mənim çox hörmət etdiyim Fuad İsmayılovu təmsil edir.

İkinci bölmənin doqquzuncu fəsilində İlyas " indi böyük ekranda dayanan şəxs mənəm. Burda heç bir subliminal kadr yoxdur " deməklə əslində bütün hekayənin film olduğuna işarə edirdi. Həmçinin əsərin bəzi hissələri İlyasın, bəzi hissələri isə müəllifin dilindən təsvir edilməsi də buna işarə idi.

Obsesiya Donde viven las historias. Descúbrelo ahora