On birinci fəsil

147 20 18
                                    

O gün uşaq evində çaxnaşma idi. Hansısa universitetin tələbə qrupu humanitar yardım məqsədi ilə uşaq evinə gəlmişdilər. Tərbiyəçi etinasız halda tələbələrin uşaqlarla oynamağına baxır və düşünürdü ki, əgər onlar da bu uşaqların arasında bir ömür keçirsəydilər bu qədər şirin olmadıqlarını anlayardılar. Hamısı ağlağan, sısqa, travmalı və çoxusu tərbiyəsiz idilər. Birdən o diqqət etdi ki, uşaqlardan biri yoxdur. Fırlayıb qapıdan çıxarkən hara baxacağını bilirdi. Düşündüyü doğru çıxmışdı. Bu uşaq ayaqyolunda dizlərini qucaqlayıb için- için ağlayırdı.
- Sən neynirsən burda? - O səsini qaldırdı.
Uşaq tez gözlərini silib ayağa qalxdı.
- Heç nə - dedi.
- Gəl içəri. Mənim əsəblərimi pozma. - burdakı uşaqların əsəblərinin artıq necə pozulduğunu nəzərə almadan.
- Gəlmirəm, istəmirəm heç nə - uşaq qorxa- qorxa dedi.
Tərbiyəçinin əli havaya qalxarkən uşağın qara gözlərində məsum qorxu ifadəsi yarandı. Sonra şillə onun ağzından dəydi. Uşaq qışqırmağa başlayanda tərbiyəçi onu daha möhkəm vurdu. Uşağın gözlərindən sel kimi yaş axırdı.
- Siz nə edirsiniz? - Arxadan səs gəldi. Bir tələbə qız səsi eşidib gəlmişdi - o uşaqdı.
Tərbiyəçi nə edəcəyini bilmədən durarkən qız uşağı onun əlindən aldı. Uşaq hönkür-hönkür ağladıqca tələbə qız da onun qarşısında oturub onun göz yaşlarını silirdi.
- Ağlama. Sən yekə kişisən.
- Ağlamıram. Gözümə nəsə düşüb - uşaq məğrurca cavab verdi.
- Afərin - qız gülümsəyərək - sənin adın nədir?
- İl... İlyas.
İndi qapalı bir otaqda çarəsizcə ağlayan bu uşaq gələcəyin ən qəddar cinayətkarı olacaqdı.

- Xoş gördük İlyas - Mehmanov onun gözlərinə baxaraq dedi.
- Mehmanov - İlyas xırıldadı - ölümünəmi gəldin?
- Tapançanda güllən qalıb mənmi bilmirəm?  - Mehmanov kinayə ilə dedi.

15 dəqiqə əvvəl
Mehmanov və komandası hadisə yerinə gəldi. Ətrafda yanan binalardan daha dəhşətli bir şey vardırsa oda əhalinin polislərə atəş açması idi. Mehmanov yolda olarkən ona bir şəkil göndərmişdilər. Bu yerli telekanalların birinin hadisə yerindən canlı reportaj edərkən düşən kadrdan bir görüntü idi. Şəkildə aparıcının arxasında düşən binanın damında iki qara siluet görsənirdi. " Bu İlyas ola bilər ". Mehmanovun komandası üsyançıları zəbt etməyə çalışarkən Mehmanov tapançasına sarılıb şəkildəki binaya doğru qaçdı. Ürəyində dua edirdi ki, damdakı o qara kölgə həqiqətən də İlyas olsun. Birdən kimsə ona atəş açdı. Güllənin çıxardığı tapançanın sahibi hər halda yaxşı bir nişançı olmayacaq ki, güllə Mehmanovdan yayınaraq divarı dəldi. Mehmanov zibil qabının arxasında gizlənərək atəş açdı və üsyançını yaraladı. Həmin insan ayağını tutub yerə yıxılarkən Mehmanov irəli qaçıb onun tapançasını götürdü. Ayrı vaxt olsaydı onu həbs etməyi bir dəqiqə belə sonraya saxlamazdı. Amma indi vaxt itirə bilməzdi. Üzünü çevirəndə göydən parlayan bir şey zibilqabının içinə düşdüyünü gördü. Mehmanov zibilqabına doğru gedərkən ümid etdiyi şeyin reallaşdığını gördü. Göydən düşən şey qırmızı Winston siqaretinin filtri idi. İlyasın siqareti və İlyassayağı atış.
- Hahha - Mehmanov gülümsədi - əlimə keçdin artıq. Sənə şans verməyəcəm.
Bir anlıq Mehmanov fikirləşdi ki, komandasına xəbər versin. Amma sonra nəsə fikirləşdiyindən özü tək içəri girdi. Bu zaman yuxarıda İlyas və Xəyalə söhbət edirdi.
- Bu millətin bu qədər vəhşi olacağını bilməzdim. Qısa bir zaman ərzində gör nə qədər partlayıcı maddə və silah tapıblar.
- Bəs sən nə bilirsən? - Xəyalə gülümsədi - bu millət yatmış divdi. Oyatmaq lazım idi. Səndə oyatmadın amma zombiləşdirdin.

Mehmanov binanın ən yuxarı mərtəbəsinə qalxdı. Artıq geriyə sadəcə qapağı qaldırmaq və dama çıxmaq qalırdı.
- Bu nə səsdi? - Xəyalə tapançasını çıxarıb geri çevrildi. Elə o an kimsə damın zəncirlənmiş qapağına atəş açdı. Xəyalə bütün güllələri qapağa boşaldarkən ümid etdi ki, güllələrdən heç olmasa biri naməlum qonağa tuş gəldi.
- Sən nə edirsən?  - İlyas qışqırdı və tapançanı Xəyalənin əlindən aldı. Bu dəfə bütün hesabı Mehmanov nəzərə aldığından Xəyalənin tapançasından çıxan güllələr onun durduğu yerdən keçmirdi. İlyas və Xəyalə gərgin vəziyyətdə qapağa doğru baxarkən qəfil qapaq açıldı və Mehmanov düz beş dəfə Xəyaləyə atəş açdı. Xəyalənin ilk öncə səsi çıxmadı. Sadəcə İlyasın gözlərinə baxarkən bir damla yaş kirpikləri arasından süzüldü. İlyas ilk dəfə nə edəcəyini bilmədən donub qalmışdı. Xəyalə əlini uzatdı İlyasa doğru. Amma yoldaşına toxuna bilmədən arxası üstə dəli bir fəryadla yerə düşdü. İlyas yuxarıdan aşağıya baxarkən onun altda dayanmış maşının üstündə necə cansızca uzandığını gördü. Tapançanı Mehmanova doğru uzadarkən həmişəki kimi içindəki kədəri gizlətmək üçün gülümsəyirdi. Mehmanov da öz silahına sarılıb qalibiyyətin verdiyi həzzlə gülümsəyirdi. İlyas bütün nifrətini qusmamaq üçün dişlərini sıxmışdı.
- Xoş gördük İlyas - Mehmanov onun gözlərinə baxaraq dedi.
- Mehmanov - İlyas xırıldadı - ölümünəmi gəldin?
- Tapançanda güllən qalıb mənmi bilmirəm?  - Mehmanov kinayə ilə dedi.
- Sənin də.
Mehmanov qəhrəmanca tapançanı yerə tulladı.
- Səni öldürmək üçün mənim silaha ehtiyacım yoxdur.
İlyas Mehmanovu hipnoz etmək barədə düşündü. Amma bu ruh halıyla diqqətini toplaya bilməyəcəyini bilirdi. O da tapançanı yerə tulladı.
- Gəl Mehmanov gəl. Ya sənə verər Allah, ya mənə.

Obsesiya Where stories live. Discover now