Onuncu fəsil - Təsadüf

338 31 44
                                    

Təsadüf nədir?  Bizim həyatımızda baş verən hadisələrin ardıcıllığını iki səbəblə izah etmək mümkündür. Biri görünməyən hilmətdi, digəri isə təsadüf. Sizə həqiqətdən bəhs edirəm. Təsadüf bütün zərurətlərin inkarımıdır, yoxsa zərurətlərin kəsişməsimi?  Bilmirik. Amma həyatımızı daim pisliyə doğru yönəldən biriləri var. Və uzun zamandır məni izləyirlər.

Onlar içəri girəndə qadınlardan biri cansız halda kresloda yığılmışdı.
- Özünü öldürüb. Zəhər içib - qadınlardan biri qışqırdı.
- Nə vaxt içdi?  Bayaqdan burdayıq. - digər qadın ona cavab verdi - bu şeytanın işidir. Hamımız öləcəyik.
- Siz niyə bizi qorumursunuz? - Birinci qadın Mehmanovun üstünə qışqırdı.
- Sakit ol Xəyalə - böyük ehtimalla onun əri olan kişi dedi.
- Sakit olmayacam. Burda oturub hər kəsin ölməyini gözləyəcəyik? Bir şey eləməlisiniz. Axı siz kişisiniz. İndi kişilik edib bizi qorumalısınız. Yoxsa hamımız öləcəyik. Hamımız.
- Polislər gələcək. - Mehmanov qızışan bu qadına qarşı çarəsizcə dedi.
- Polislər gələndə artıq gec olacaq - Xəyalə susmurdu.
- Düz deyir, hamımız öləcəyik. Aramızda uşaqlar var. Heç olmasa onları qoruyaq - başqa bir qarabuğdayı qız ağlaya-ağlaya dedi.

" Bircə bu çatışmırdı "- deyə İlyas fikirləşdi - " qadın isteriyası "

İsteriya fərqlənmək və diqqət çəkmək üçün edilən hərəkətlər toplusudu. Bu psixoloji pozğunluq zamanı insan aktiv emosional sıçrayış sərgiləyir və ətrafa panika yayır. İsteriya zamanı bəzən ürəkgetmə halları da olur ki, hansı ki, çox vaxt şüurlu şəkildə yerinə yetirilir. İsteriyanın xüsusi növü olan kütlə isteriyası ən çox narahat olunacaq vəziyyətlərdən biridir. Bu zaman kütlə daxilində bir nəfərin isterik hərəkətləri bütün topluma yayıla bilir. Burda kütlə psixologiyası da öz rolunu göstərir təbii ki. Ümumiyyətlə kütlə elə bir məfhumdur ki, burda insanın şüurlu və iradi hərəkəti mümkün olmur. Kütlə daxilində olan insan asanlıqla kütlənin təsiri altına düşür. Kütlə dağıdıcı fəaliyyətlə məşğul olarsa hər kəs bu axına qoşulub gedər. İnsan kütlə daxilində nəticələri düşünmür, çünki səhv olaraq kütlə tərkibində özünün anonim olduğunu düşünür. Kütlə isteriyası zamanı çox maraqlı bir fenomen izləyirik biz. Əgər həyəcanlı vəziyyətlərdə kütlədən bir nəfər huşunu itirsə digər insanlar da bir - bir huşlarını itirir. Və ya bir nəfər səs- küy salıb panika ya aqressiya sərgiləyirsə bu kütlənin digər üzvlərinə də sirayət edir.
İlyas bunu bildiyindən Xəyaləyə baxıb düşündü :
" Onu durdurmaq lazımdır "

- Polislərə xəbər eləyin. Gəlsinlər - Xəyalə isə susmaq bilmirdi.
- Mən xəbər eləmişəm - Mehmanov kömək üçün yalvararcasına İlyasa baxarkən dedi. Mehmanov da kütlə psixologiyasından və isteriyasından xəbəri olduğundan İlyasla qorxuları eyni idi - ən yaxın polis bölməsinə xəbər veriblər artıq. Bir azdan burda olacaqlar.
- Gecikirlər...
- Xəyalə xanım - İlyas qışqırdı.

Ortalığa sükut çökərkən İlyas sərt səs tonu ilə danışmağa başladı.
- Əgər sizə kömək etməyimizi istəyirsinizsə sakit olun və ətrafa həyəcan qatmayın. Onsuz da hamımız yetərincə gərginik.

Bu an isteriyanın ən pik nöqtəsini sərgiləməyə başladı Xəyalə. Üzünü tutaraq hönkür-hönkür ağlamağa başladı. Artıq buna icazə vermək olmazdı. Digər qadınlar da ağlamağa başlamışdı artıq. İlyas gözünün ucu ilə Xəyalənin ərinə baxıb irəli yeridir. Güclü bir zərbə ilə Xəyalənin üzünə şillə vurdu. Bir an içində bütün qrupun isteriyası sona çatdı. Ancaq Mehmanovun " İlyas" deyə səslənməsi və bir neçə qadının " hiy " səsi eşidildi.
- Sən nə edirsən? - Xəyalənin əri İlyasın üstünə getdi.
İlyas sakitcə kişinin düz gözlərinin içinə baxıb bu sözləri dedi :
- Səndən qorxmuram. Sakitcə dayan.

Obsesiya Hikayelerin yaşadığı yer. Şimdi keşfedin