Biz həqiqətlərdən uzaq düşən bir insan toplusuyuq. Və həqiqətlərdən uzaqlaşan insanlar mütləqdir ki, həqiqəti söyləyənlərdən nifrət edərlər. Zamanında Corc Oruel elə də bunu deyirdi.
- Hər kəsi aldada bilərsən - dedim Vaqifə - məni deyil.
- Mənim günahım yoxdur.
- Yəni Xuramanı sən öldürməmisənmi?
- Əsla - onun qorxduğu bəlli idi - o özü zəhərləyib özünü öldürdü.
- Zəhəri ona kim verib?
- Mən verməmişəm.
- Bütün gecə onun yanında olmusan. Niyə?
- Mən ona dəstək olmaq istəyirdim.
- Vay, gözlərim yaşardı.
- İlyas... Mənim günahım yoxdur.
- Doğurdan? Bəs niyə indi haray qaldırmırsan?
- Mən... - O kifayət qədər yüksək səslə növbəti cümləni dedi - o cibimdən mənim ürək dərmanımı götürmüşdü. Yüksək dozda qəbul edərək özünü öldürüb.İnsanları idarə etmək, onlara istədiyini etdirmək və istədiyin sözləri onlardan almaq üçün sadəcə bir şeyi bacarmaq lazımdır. İnsanların hansı tipə məxsus olduğunu müəyyənləşdirmək. Psixologiyada bunun üçün kifayət qədər psixotiplər, temperament fərqləri və şəxsiyyət tipləri ayrılır. Şəxsiyyət tiplərinin ayırd edilməsində Alfred Adlerin tipologiyasının böyük yeri vardır. Adlerə görə şəxsiyyətin tipologiyası
Şəxsiyyətin tipologiyası ilə bağlı Adlerin bütün ideya və fikirləri sonralar eksperimental yolla öz təsdiqini tapmadı . Bununla belə, onun ictimai hissi şəxsiyyətin formalaşmasında fərdi xüsusiyətlərin rolu xüsusilə psixi inkişaf və davranışın rolu barədə nəzəri fikirləri psixologiya elminə böyük töhfədir. Adlerə görə sosial maraq kifayət qədər olmadıqda aşağıdakışəxsiyyət tipləri meydana çıxır(fəalləq səviyyəsindən asılı olaraq).
İctimai tip- bu özünəinamlı və inadkar, sosial marağı zəif və yaxud heç inkişaf etməmi insanlardır. Onlar fəaldırlar, lakin sosial planda deyil. Başqalarının xoşbəxtliyinə çox laqeyd münasibət bəsləyirlər və xarici aləm üzərində hökmranlıq yönəlişi onlar üçün xarakterikdir. Əsas həyati problemləri onlar düşmənçilik, antisosial şəkildə (qanun pozanlar, narkomanlar, cinayətkarlar və s ) həll edirlər.
Mənimsəyən tip- bu insanlar ətraf-mühitə qarşı tüfeyli münasibət bəsləyirlər və öz tələbatlarının çoxunu başqalarının hesabına ödəyirlər. Onlarda sosial maraq yodur və başqalarından mümkün qədər çox xeyir götürməyə çalışırlar.
Qaçan tip- onlarda sosial maraq kifayət qədər deyil, öz problemlərinin həlli üçün vacib olan lazımi fəallıq göstərmirlər. Onlar problemlərinin həllindən, çətinlik və uğursuzluq yarada biləcək bir şeydən qaçırlar.
Sosial cəhətdən yararlı tip- bu yetkin, kamil şəxsiyyətdir, yüksək səviyyəli sosial
maraq və fəallıqla xarakterizə olunan tipdir. Bu cür insanlar tam səmimi olaraq başqalarının qayğısına qalır, digərləri ilə ünsiyyətə və qarşılıqlı təsirə girməkdə maraqlıdırlar. O dərk edir ki, əsas həyati problemlərin – iş, sevgi, dostluq- həlli əməkdaşlıq, şəxsi cürət, məsuliyyət və digər insanların rifahı üçün çalışmaq istəyini tələb edir.Mən özüm ictimai tipə aid idim. Vaqifin isə artıq qaçan tip olduğunu müəyyənləşdirə bilmişdim. Ona görə ona kiçik hədə qorxu gəlməklə istədiyimi etdirə biləcəkdim.
- Məndən nə istəyirsən? - O soruşdu.Mehmanov gözlərini qaranlıq dünyasından açır və ətrafına boylanırdı. Şüuru tez-tez onu tərk edirdi. Özü isə olanları demək olar ki, dərk etmirdi. Hərdən gözlərini açanda dostu Samir Qarayevi görürdü. Onunla əsgərlikdə, universitetdə və işdə yoldaş olmuşdular. Həkimlər deyirdilər ki, Mehmanovun huşunu tez-tez itirməsi fizioloji səbəblərdən daha çox psixoloji səbəblərlə bağlıdır. Şüurun özünü qapatması güclü sarsıntıya qarşı beynin verdiyi müdafiə mexanizmi idi. Mehmanov növbəti dəfə gözlərini açanda özü də hiss etdi ki, sanki bu dəfə daha yaxşıdır.
- Nazim - dostu ona sarı əyildi. - Yaxşısan?
- Güzgü gətir.
- Nə?
- Özümü görmək istəyirəm. Onun mənə nə etdiyini görmək istəyirəm.
- Bəlkə lazım deyil. Hələki.... Gəl sənə...
- Samir- Mehmanov dostunun sözünü kəsdi - o vəhşi heyvanın nə etdiyini görmək istəyirəm.
Samir çarəsiz halda güzgünü Mehmanovun üzünə tutdu. Mehmanov özünün deformasiyaya uğramış, əzilmiş, qan çanağına dönmüş üzünü, daha doğrusu isə səliqəsiz dəri yığınını gördü.
- Başqa sağ qalan var? - O soruşdu.
- Təəssüf ki, yox. Hər kəs ölüb.
- Məndən necə xəbər tutdunuz?
- O gecə şöbəyə zəng gəldi. Bizə sizin olduğunuz ünvanı və baş verən hadisəni nəql etdilər. Bizdə ora təcili yardım maşını göndərdik. Səndən və bir neçə kənd əhlindən başqa hər kəs yanırdı.
- Bəs onu həbs elədiniz? Yoxsa qaçmışdı.
- Yox, kənd camaatı onu qaçmağa qoymayıb. Onu tuta bildik.
- Əla. Tez zamanda onunla üzbəüz danışmaq istəyirəm. Bütün öldürdüyü insanların hesabını verməlidir.
- Amma orda sizi niyə yandırdığını özü də bilmir. Sanki psixi...
- Bir dəqiqə. Siz kimi həbs eləmisiniz? Bizi yandıranı, yoxsa manyakı?
- Manyak?
- Lənət şeytana. Kənd sakinləri heç nə deməyib?
- Yox, nə deməliydilər ki? Biz ora gedərkən sadəcə Mahiri bizə təslim etdilər.
- Sizə zəng edənin kimliyini müəyyən edə bildiniz?
- Bunu niyə edək ki?
- Samir bu istintaqın müttəhimi digər gördüklərinə bənzəməz. O çox təhlükəlidir.