On birinci fəsil - Bumeranq

251 30 34
                                    

19- cu əsrin sonları. Qoca bir fermer çöllük ərazi ilə işə gedir.  Qarşısında bataqlıq var. O hər gün bu bataqlığın kənarından keçərək öz fermasına gedir. Lakin bu dəfə onun qarşısına fərqli bir mənzərə çıxır. Bataqlıqda yeniyetmə bir oğlan boğulurdu. O pencəyini çıxararaq yerə uzanır.
- Əlimdən tut - deyə yeniyetməyə qışqırır.
- Əlim çatmır - oğlan boğula- boğula qışqırır.
Fermerin gözləri kömək axtarır. Və budur. Yol kənarına atılıb qalmış əncir budağı. Qoca çubuğu götürərək yenidən oğlana sarı uzanır.
- Tut.
Artıq beş dəqiqə sonra oğlan xilas olunmuşdur. Fermerin qapısının qarşısında sabahı gün bahalı bir kareta dayanır. Başındakı şlyapasını açan centlmen zadəgan fermerin önünə keçir.
- Salam. Mən yaxınlıqdakı mülkün sahibiyəm. Dünən sizin xilas etdiyiniz oğlan mənim oğlum idi. Mən sizə təşəkkür etməyə gəldim. İstənilən arzunuzu yerinə yetirməyə hazıram.
- Mənə heç nə lazım deyil. Mən sadəcə nə etmək lazım idisə onu etdim.
- Mən heç kimə borclu qalmağı sevmirəm.
- Mən sadəcə insanlıq vəzifəmi yerinə yetirdim. Mənim də oğlum var. Ona görə sizi başa düşürəm.

Centlmen fikrə gedir. Daha sonra sonradan bütün dünyanı dəyişməyə səbəb olan təklifi edir.
- İcazə verin, sizin oğlunuzu himayə edim. Onu ən yaxşı universitetlərdə oxutdurum. Siz mənim oğluma həyat verdiniz , mən də sizin oğluna ən yaxşı təhsili verim.

- Aaa... Ola bilməz.... Ayağa qalxın... Ana...

Səsi eşidəndə İlyas gözlərini açdı. Ətraf alovlar içində idi. Özüdə daxil olmaqla bir neçə kişi yerdə uzanmışdı. Deyəsən huşu başında olan bir İlyas, birdəki yanan evə baxıb ağlayan yeniyetmə oğlan idi.
- Mənim anam ordaydı. Öldü, o öldü.
- Demək ki, şanslı insanmış. Biz cəhənnəmdəyik, o cənnətdə. - İlyas pıçıldadı.

Ağlayan yeniyetmənin adı Çingiz idi. Atası Qarabağ münaqişəsi zamanı itkin düşmüşdü. Özü 19 yaşına qədər həm işləyib anasına baxmış, həm də oxumuşdu.

Bir müddət sonra yerdə huşsuz vəziyyətdə yatan hər kəs oyanmışdı. Xoşbəxtlikdən qəbir başında olan heç kəs ölməmişdi. Deyəsən zədələnən də yox idi. Hər kəs içərisində yaxınlarının yandığı evə doğru qaçanda İlyas fikir verdi ki, Mehmanov qeyblərə qarışıb. İnsanlar ağlaya- ağlaya pencəkləri və gödəkçələri ilə yanan evi söndürməyə çslışırdılar. Amma artıq hər şey üçün çox gec idi. İlyasın gözləri baxdığı hər yerdə Mehmanovu axtarırdı. Bu an fikir verdi ki, başqalarının da nəzarəti altındadır. Rza və adını hələ öyrənə bilmədiyi sarışın qız ona baxaraq pıçıltı ilə nəsə danışırlar. Belə vəziyyətdə hər kəsin panikada olmağı lazım deyilmi?  Bu ikisi niyə bu qədər rahat və sirlidirlər. Asif yavaşca İlyasa yaxınlaşdı.
- Bir itkinimiz var.
- Fikir vermişəm. Mehmanov.
- Əslində mən Xəyaləni deyəcəkdim.

Bumeranq sonsuz döngüdü. Bir çıxarı olmayan. Bumeranq həyatımızı ələ keçirib. Ondan yaxa qurtarmaq olmur. Çünki atdığımız hər daş axır - əvvəl başımıza düşəcək. Bundan qaçış yoxdur. Həyat illaki hər şeyin əvəzini çıxacaq. Hər əməlimizə qarşı daha artıq əvəzi. Hər damla qana iki damla qan. Beləcə həyat hər kəsi öldürər. Çünki insanlar da təbiəti öldürərlər. Amma biz o qədər qəddar deyilik. Yəni hər kəs birilərini öldürər, amma hər kəs birilərini öldürdü deyə ölməz.

- Hər kəs buraya yığışsın - İlyas qəfil qışqırdı. - Artıq baş verənləri dəyişdirə bilmərik. Amma baş verənlərin qarşısını ala bilərik. Ona görə hər kəs bura yığışsın və mənə qulaq assın.

Kütlənin dirənci qırılmışdı. Hər biri artıq faciə ilə üzləşmişdir. Hər kəs qorxurdu. Ona görə də hər kəs İlyasın əmr tonu ilə dediklərinə əməl elədi. Özünün Tanrıya və həyata olan aqressiyası ilə seçilən Rza, onunla söhbət edən sarışın qız, gizlilik qoxuyan Vaqif, kinli Asif, gənc emosional qız olan Məsumə, ağsaqqal Hafiz dayı, üzündən qəzəb yağan başqa bir kişi və ondan heç ayrılmayan xanımı, əri partlayışda ölən orta yaşlı qadın və onun 20 yaşındakı oğlu, valideynlərinin hər ikisinin hələ həyatda olması ilə şanslı hesab edilə biləcək bacı və qardaş, anasını az öncə partlayışda itirən yeniyetmə oğlan İlyasın ətrafına yığıldı. Bütün gözlərdən kədər və qorxu yağırdı.
- Bu gün biz əsl soyqırımla üz-üzə qalmışıq. Bir kənddən sadəcə burda olan 13 nəfər sağ qalıb. İçimizdən iki nəfər isə sonuncu hadisədən sonra itkin düşüb. Mehmanov və Xəyalə. Və ən dəhşətlisi də odur ki, qatil aramızdadı. Onu bura öz aranızda siz gətirmisiniz. Ona görə də xahiş edirəm heç kim etiraz etmədən cibindəkiləri töksün.
- Birinci Tanrı öz beynindəki planı töksün ortaya. Görək məqsədi nədir?! Niyə bu insanların əzab çəkməsinə icazə verir. - Rza birinci nəfəsdən etiraz etdi.
- Küfr etmə Rza - Asif qışqırdı. - Tanrını sən kimsən ki, qınayırsan. O olmasa dünya pisliklərlə dolub daşar.
- İndi guya necədir ki? - Sarışın qız ironiya ilə cavab verdi.
- Siz hamınız yolunuzu azmısınız Fidan.
- Sakit olun - İlyas qışqırdı - xahiş edirəm hər kəs cibindəkiləri töksün.
- Siz kimsiniz? - Məsumə cavab verdi bu dəfə - siz kimsiniz ki, bizi istintaq edirsiniz. Polislər gəlsin, hər şeyi onlar aydınlaşdırar.
- Daha artıq fəlakətin olmasına imkan yaratmadan özümüz bu işin üstünə düşməliyik. Siz belə eləməklə aranızdakı qatili gizlədirsiniz.
- Mən bir dəli həkiminə hesab verən deyiləm - yeniyetmə oğlan da qışqırdı.
- Həm də nə bilirik - bu dəfə səs Vaqifdən gəldi - bəlkə elə qatil siz özünüzsünüz.
- Mən kömək etmək istəyirəm. Mənim həyat yoldaşım bu dəqiqə onun əlindədir - İlyas səbrinin son damlası ilə qışqırdı - bilmirəm, bəlkə də o ölüb. Amma bir şeyi bilirəm. Nəsə etmək lazımdır.

Obsesiya Where stories live. Discover now