Mən İlyas. Tanrının yer üzərindəki kölgəsi. Onun cəzası. Onun vuran əli. Tanrının ədalətinin yerdəki qılıncı. Uşaq vaxtı Tanrının mənə qarşı mərhəmətli olmadığını düşünürdüm. Taa ki, seçilmiş insan olduğumu anlayana qədər. Bu vaxta qədər isə bir neçə anama bənzəyən qızı öldürmüş və cəsədlərinə seksual təcavüz etmişdim. Onların parçalanan dəriləri və ətrafa yayılan qanları məni hədsiz ehtirasa gətirirdi. Mən özünün psixoloji mərkəzi olan uğurlu psixoloq idim. İşimi çox səliqə ilə görürdüm. Şübhə duyulacaq sonuncu insan mən idim. Özümdə bu qabiliyyəti kəşf edəndən sonra düşündüm ki, axmaq insanların bu dünyada yaşamağa haqları yoxdur. Məgər bütün pisliklərin səbəbi axmaqlıq deyilmi? Həyat mənə qarşı heç vaxt ədalətli olmamışdır. Mən niyə buna layiq olmayan insanlara mərhəmət etməliyəm? Və çeşidli işgəncələrlə axmaqlıqlarına şahid olduğum insanları öldürməyə başladım. İşgəncə mənim həzz almağım üçün idi. Qan qoxusu, onların bağırtısı, qırılan sümüyün səsi mənim ruhumu sakitləşdirirdi. Son zamanlar isə ortağım Cavidan mənə qarşı oyun oynamağa cəhd elədi. Mənim fahişə yanına getməyimi videoya çəkərək həyat yoldaşıma göstərəcəyi ilə şantaj edirdi. Əgər şirkəti bütünlüklə ona verməsəm videonu həyat yoldaşıma izlətdirəcəkmiş. Məni son söhbəti etmək üçün bir binanın damına çağırdı. Onu heç vaxt sevməmişdim, amma bu dərəcədə axmaq olduğunu bilmirdim. Bütün axmaqlar kimi onun da yaşamağa haqqı yox idi. Binadan ataraq onu öldürdüm.
Mehmanov danışmağa başlayır:
- Öz dilinlə mənə Obsesiv kompulsiv pozuntunu başa saldın. Qatilin siqaretlə bağlı tiki var idi. Qətl törətdiyi yerə ən yaxın zibilqabıdan qırmızı vinston siqaretinin filtrini tapırdıq.
- Dünyanı zibilləməyi sadəcə sevmirəm - mən deyirəm.
- Sən canisən.
- Mənim bu dünyada bir missiyam var. Mənim öz prinsiplərim var.
- O prinsiplər səni ələ verdi. Rza ilə burda siqaret çəkərkən zibilqabı axtarırdın. Elə onda Xuramanın öldüyü xəbəri gəldi. Amma mən sonra zibilqabına baxarkən orda sənin siqaretinin filtrini gördüm.
- Niyə zibil qabına baxdın ki? Deməli daha əvvəldən şübhələnmişdin məndən.
- Şübhələnməmişdim. Manyakın sən olduğunu bilirdim. Hər şey fakt toplamaq üçün idi. Vaxtı uzatmaq, səni səhərə qədər yanımda tutmaq istəyirdim. Lakin işlər əndazəsindən çox çıxdı.Cavidanı öldürmək mənə stress gətirmişdi. İlk dəfə tanıdığım bir insanı öldürmüşdüm. Stressdən yaxa qurtarmaq üçün anama çox bənzəyən həyat yoldaşımı şam yeməyinə dəvət elədim. Fikrim dağınıq idi. Ayseli şübhələndirməmək üçün ona homoseksual pasiyentim haqqında hekayəni uydurdum. Ayseli çox sevdiyimdən onu öldürmək həvəsimi içimdə boğa bilirdim. Restoranda olarkən mənə zəng gəldi. Bu Cavidanın qardaşı idi. Məni sözdə xəbərdar edirdi ki, guya polislər məndən şübhələnir. Restorandan çıxarkən onu onunla binaların arasında görüşdük. Sən demə o öz daxilində mənim qatil olduğumu yəqinləşdirib. Cavidan mənlə binanın damında görüşəcəyini ona deyibmiş. Məsələ sadə idi. O mənim üçün açıq - aşkar təhlükə idi. Sadəcə onun boynunu qırdım. O ölməmişdən əvvəl mənə polisləri bura çağırdığını demişdir. Cibimdən telefonu çıxarıb, xüsusi bir proqrama girirəm. Telefonum komputerimin serverinə serviz olunub. Bir neçə düyməni basaraq evdəki kompüterimi bir saatlıq aktiv və avtomatik rejimə keçirirəm. Nəticədə mən polis bölməsində olarkən bölməyə proqramlaşdırılmış zəng gəlir.
" Əl çəkin məni axtarmaqdan. Məni həbs edə bilməyəcəksiniz. Mən sizdən çox ağıllıyam. Hələ neçə - neçə yaşamaq haqqı olmayan insanları öldürəcəm. "İ proqramının köməkliyi ilə zəngin gəldiyi kordinatlar fərqli göstərilir. Bu sistemi iki il əvvəl ehtiyat tədbiri üçün qurmuşdum.
- Gəlib məni tapdın İlyas - Mehmanov danışır - belə bir təhlükəli oyunu niyə oynadın?
- Qabağıma çıxmağın Tanrının mənə sürprizi və hədiyyəsi idi. Sənin varlığından xəbərdar idim. Sən mənim anamın qatilinin nəvəsi idin. Qisasımı babandan ala bilməsəm də səndən alacaqdım. Bu oyunu sənin üçün oynadım. Nə qədər peşəkar olduğunu zənn etsən də əslində sənin uğurunun sirri mənim kimi bir düşməninin olmadığı idi. Sənin necə qabiliyyətsiz olduğunu sənə göstərmək gözəl hiss idi.
- Amma bacarmadın. Məni məğlub edə bilmədin.
- Bacarmadım? Düz burnunun dibində nə qədər adamı öldürdüm.
- Amma artıq ələ keçmisən.
İlyas gülümsədi.