XXIII Hissə

148 13 2
                                    

Gözlərimi açanada qolumda iynə bir xəstəxana otağlnda idim.Stulda oturan anam təlaşla ayağa qalxıb yanıma gəldi.Heç bir şey xatırlamırdım.Otağıma gedərkən ürəyimə iynə kimi batan ağrıdan başqa.Anam hər şeyi danışdıqdan sonra anladım hər şeyi.Ürəyimin ağrısına dözməyib dərmanımı udmuşdum amma o əsəb və təlaşla səhv dərman udmuşdum buda ürəyimi həddindən artıq zəiflətmişdi,ürəyim gedib yerə yıxılmışdım.
Anamın üzündəki qorxunu hiss edirdim,danışmağa hərəkətim yox idi, ürəyimin döyündüyünü hiss etmirdim belə.
Birdən qapı açıldı gələn Natiq idi, əlində bir dəstə çobanyastığı var idi.
Qəribədirki qapı döyüləndə gələnin Anar olmasını istədim.Qəribəlik orasındadırki Anarın mənim haqqımda bildiyi tək şey adım idi.
-Salam dostum.
-Salam.
-Əla görünürsən.
-Məndə deyirəm yaxşıyam, anam inanmır.
-Ay Yasəmən niyə sıxırsan dostumu? Hə Dəniz necədir,sevirsən çobanyastığını? -deyib əlindəki gülləri mənə uzatdı.
-Sizə bir sirr verim cənab,mənim qızım bütün ağ gülləri sevir. Deyib mənə tərəf baxdı anam.
Arazdan sonra ilk dəfə idiki kimsə mənə gül verirdi.Gül almağın verdiyi xoşbəxtliyi belə unutmuşdum.Çoban yastığının  birini əlimə alıb ləçəklərini oxşamağa başladım.Anamgil hiss etmədən uşaqlıqdada etdiyim kimi sevir-sevmir edirdim, ləçəklərini qoparmadan.Uşaqkən hamı çobanyastığını yolaraq bu falı edirdisə,mən ilk ləçəyi ağlımda saxlayıb son ləçəyə kimi sayırdım.Sevgi işlərini ağlım kəsmirdi deyə,rəfiqələrim oğlan adları, biri qonşunun oğlu,biri uzaq qohumu, biri məktəbdən tanışını ürəklərində tutub yolanda,mən bir dəfə anamı yoxlayırdım,bir dəfə atamı.Mənim üçün sevgi ailədən ibarət idi.Bu dəfədə Natiqi yoxladım.Atamın yerinə qoyduğumdan deyil, sadəcə ona alışmağa çalışırdım.
"Sevir" çıxmışdı…
  Xəstəxanadan çıxıb evə gəlmişdik.Anam mənim üçün yaşıl rəngdə bir don və qara rəngdə ayaqabı almışdı.Onların nigahında bunları geyinməyimi istəyirdi.Ən azından toy olmayacaqdı.Bir iki saatlıq bir nigaha səbr ede bilərdim.Anamla razılaşdım, getmək istəməsəmdə anamın yanında olmalı idim.
Və o gün gəlib çatdı.Donumu geyindim,saçlarımı açıq buraxdım, xəfifcə makiyaj etdim.Aynanın önündə dayandım,özümə baxaraq Arazın yanındakı o sarışın qızı xatırladım,öz-özümə -Istəyəndə qadın kimi görünməyi bacarıram: dedim. Kimə nə sübut etməyə çalışırdım bilmirəm...
Anamın otağının yanına gəldim, qapını döydüm.Həyəcanlı idim.. Içəridən,
-Gəl: səsi eşidildi.
Qapını açıb, əvvəlcə başımı içəri saldım,anamı başdan ayağa süzüb içəri keçdim.Əllərimi sinəmdə çarpazlayıb,sonuncu işlərini təlaşla edən anama baxırdım.
Ağ rəngdə kostuyum geyinmişdi, saçlarını arxada sadə yığmışdı,pencəyinin yaxasında xırda çiçəkli yaxagülü vardı,ayağında ağ kiçik dabanlı,ucu yumru olan ayaqqabıları vardı.Olduqca sadə və bir o qədərdə gözəl görünürdü.
Anamla, atamın heç bir dənədə olsun toy şəkillərini görməmişdim.Əminəm o vaxtlarda anam çox gözəl idi,dövrünün barmaq göstərilən ən gözəl gəlini.
-Qızım, çox gözəl görünürsən.
-Məni kölgədə qoydun artıq: deyib güldüm, anama tərəf gedib onu qucaqladım.Başqa birini istəməsəmdə anamın yanında,bu gün onu incitməməyə qərarlı idim.
Qapı iki dəfə tıqqıltıdan sonra açıldı.Gələn Natiq idi.Gözlərinin içi parıldadı anamı görən kimi,nəzərlərini anamın üzərindən çəkib mənə baxaraq:
-O xanımlar çox gözəl görsənirsiniz. -dedi.
Bilmirəm niyə Natiqin baxışlarından narahat olub paltarımı düzəltmə ehtiyacı duydum.
Bir imza ilə həyatımız dəyişdi…

"Yağışdan sonrakı torpaq qoxusu"Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ