Cəhd

101 4 3
                                    

Bir damcı canına yer tapmaz insan...
Qapıdan içəri girər-girməz,otağın o biri küncündə arxasını çevirib kitabları sıra ilə düzən Anarı gördüm.Bir göz qırpımında ona tərəf yüyürüb arxadan qollarımla ona sarılıb, əllərimi qarnında çarpazladım.
Heçnə demədi.Kim olduğumu soruşmadı.Niyə icazə belə istəmədən belə bir hərəkət etdiyimi soruşmadı.Gözlərim dolmuşdu amma ağlamırdım.Əlini əlimin üzərinə qoydu,hər zaman şəhadət barmağıma taxdığım ay, ulduz şəkilli üzüyümü əli ilə yoxladı,yavaşca gülümsünüb,qolları ilə qollarımı sıx tutub susdu.Bəlkədə beş dəqiqə elə qaldıq.Xoşbəxtlikdən ətrafda heç kəs yox idi.
Və nəhayət dilləndi...
-Dəniz,nə olub sənə?
Qollarımı nəzakətlə ayırıb məni yavaşca önünə çəkdi.Danışmağa başlayırdımki,nəhlətə gəlsin yenə göz yaşlarım yanağımdan süzüldü.
Nəfəsimi dərdim,əlimin tərsi ilə üz gözümü sildim.Mənə bir stəkan su verdi.
-Yaxşısan indi?
-Daha yaxşıyam. -deyib, gözlərimi qırpdım.
-Danış görüm.
-Bu gün,ilk dərs günüm idi.Bir görmə qüsurlu qıza dərs keçəcəkdim.İnan mənə mən belə zəif insan deyiləm, bilmirəm niyə bu qədər təsir etdi mənə, onun mənimlə əlaqə qurmaq istəməməsi.-deyib, ona bütün olanları danışdım.
Sakitcə gülümsədi, saçlarıma əlini uzatdı, yavaşca oxşadı,yanağıma kimi əlini sürüşdürdü, əlini yanağımda saxladı.
-Bu normal bir şeydir Dəniz.Məncə bunun sənin yaxşı, ya da pis bir müəllim olmağınla heç bir əlaqəsi yoxdur.
Saçlarımdan öpüb, məni özünə tərəf çəkib qucaqladı.Çox zəif səslə dillənə bildim.
-Anar...
-Sakit qal,bir müddət danışmayaq. -deyib dərindən nəfəs aldığını hiss etdim.
Dəqiqələri saysan on beş, iyirmi dəqiqə elə oturduq amma hiss etdiklərimi saysan on beş, iyirmi il.
  -Kitabda dediyim yerdə "Səni sevirəm" sözü yoxdur axı. -dedim bir nəfəstə.Gözlərimi yumub, başımı aşağı endirdim.Bu cəsarət haradan idi,bilmirdim.
-Sənin kitabında yoxdur bəlkə amma mənimkində var. -deyib gülümsəmə qondurdu yenə gözlərinə.
-Necə yəni? Başqa kitabdan oxumusan? Mən axı mənim kitabımdan bir cümlə istəmişdim.
-Səbirli ol Dəniz,tezliklə sənə hər şey aydın olacaq.
                            ***
Çantamın içindən açarımı tapıb, qapını açdım, ayaqqabılarımı əlimi belə vurmadan ayaqlarımın köməyi ilə çıxarıb eləcə qapının ağzına tulladım.Otağa girən kimi çantamı stolun üzərinə, özümü isə çarpayıya atdım.
Düşündükcə ağlıma gəlir, yeniyetmə kimi hərəkət etdiyimi düşünüb, həm gülür, həmdə özümə acıqlanırdım.Anar məni sevdiyini demişdi.Bunun başqa açıqlaması yox idi.Mə-ni Se-vir... Tez güzgünün qarşısına keçdim, gözlərimin içi gülürdü,əngəl ola bilmirdim.Qollarımı yana açdım, sonra özümü qucaqladım, eyni ilə Anar kimi.Sağ çiynim üstünə başımı çevirəndə, xəfifcə burnumu oxşayan o tanış qoxu, köynəyimi yumamağıma səbəb olmuşdu.
Görəsən mənim qoxumda onun üzərinə sinmişdi?İndi oda mənimi düşünür?Elə indicə telefonuma mesaj gəlsə kaş, sadəcə "necəsən? " desədə razıyam.Kinolarda həmişə belə olur, biri, birini düşünür və telefonu çalır amma təəssüfki biz kino çəkmirik.
Anarı bir kənara qoyum, sabah ikinci dərs günümdür, Qönçə üçün yeni və onun diqqətini cəlb edəcək bir şeylər tapmalıyam.
Məncə Qönçə məni sevmişdi, bəlkədə özümü aldadıram.
-Dəniz... Dəniz..
-Hə ana? Hiss etməmişəm gəldiyini.
-Otaqda öz-özünə danışıb, var-gəl edirsən? Nə olub?
-İşimlə əlaqəli, sabah üçün fikirləşirəm.
-Hər şey yaxşıdır?
-Deyil amma olacaq. -dedim, səsimdəki əminliyə özümdə təəccübləndim.
-Sən inansan bacararsan, bilirsəndə. -dedi və güldü anam.
-Anacan hamı inansa bacarar, bir işi bacarmağın yarısının inanmaq olduğunu sən öyrətmisən mənə. -deyib bir busə aldım yanağından anamın.
Səhər açıldı yola qoyuldum.Əllərim buz kəsmişdi, ağzım quruyurdu.Narahatçılıq məni gərgin etmişdi.Nəhayət gəlib çatdım. Yenə eyni nəzakətlə Qönçənin anası qapını açdı, məni içəri aldı.Dərs otağında, müəllimini gözləyən şagird kimi gözləyirdim. Qönçə gəldi, yenə çox gözəl idi,etdiyi fərqli nəsə yox idi amma işıq saçırdı sanki. Salamlaşdıq, əyləşməsinə kömək etmək istədim amma o buna ehtiyac olmadığını dedi.
Qönçəyə həyat hekayəmi danışmağa qərar vermişdim.
-Bu gün səninlə yenidən tanış olaq. -dedim.
Əvvəlcə duruxdu, sonra isə məni yetərincə tanıdığını dedi.
-Yetərincə tanımırsan. -dedim, razılaşdı.
Səhv edirdim bəlkə amma yaşadığım çətinlikləri ona danışsam,məni özünə yaxın görər deyə düşünürdüm.Əslində mənimdə ondan çox fərqli olmadığımı görsün istəyirdim.
Atamı itirməyimi danışdım,anamın başqa biri ilə ailə həyatı qurmağını,mənimdə normaldan fərqli olaraq qüsurlu bir uşaq olduğumu amma bununla belə şükür etdiyim bir həyatım olduğunu danışdım ona.
-Bu günkü dərsimiz bu qədər Qönçə. -dedim və qələmimin qapağını bağladım.
-Axı siz mənə Çiçəyim deyirdiniz. -dedi.
-Çiçəyim? -deyib, gülümsədim.
-Bəli, Dəniz müəllim, Çiçəyiniz.Sabah görüşərik-dedi...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 28, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

"Yağışdan sonrakı torpaq qoxusu"Where stories live. Discover now