Qayıdış

92 5 7
                                    

                           5il əvvəl.
Arazdan ayrıldığım 2 il oldu.Get-gedə ağrılarım azalmağa,ruhumun xəyanət kədərindən azad olmağa başladığını hiss edirəm.Aldığım hər nəfəsdə qabırğalarıma batan ağrının yerini, əməliyyatla götürülmüş bir orqanın yerinin boşluğunun verdiyi boşluq hissi almışdı.
  Seçdiyim fakültənin gözəlliyini, praktikalarda daha dərindən hiss etmişdim.Bu ağrılı illərimdə peşəm mənə məlhəm olmuşdu.
Fiziki və əqli cəhətdən qüsurlu uşaqlara dərs demək, onlara sadəcə "A,B,C","1+1" öyrətməkdən ibarət deyildi.Onların mənə verdikləri həyat eşqi ilə birgə, mən də onlara daha səbirli olmağı, həyatı sevməyi aşılamalı idim.Qüsurlu uşaqlar heçdə filmlərdə göründüyü kimi ünsiyyətcil, hər şey öyrənməyə həvəsli, ya da bir qüsurları var deyə super zəkalı deyildilər.Biri riyaziyyatı sevirdisə, bir digəri ana-dilini sevirdi, başqa biri həyat bilgisini və.s.
Əslində onlarla yaxınlıq qurmaqda bir o qədər asan deyildi.Mənlə otaqda tək qalanda ağlayanıda olurdu, üzünü yana çevirib cavab verməyənidə.Çiçəklərim mənə səbirli olmağı öyrətdilər.Hə, onlar mənim çiçəklərim idi.
"Ana" yazmağı öyrənən bir daun sindromlu çiçəyim var idi.Anası yazını görəndə, bir divara söykənib dolmuş gözləri ilə gülümsəyərək bizə baxırdı.O gün əslində xoşbəxt olmaq üçün əlimizdə nə qədər imkanlarımızın olduğunu bir daha dərk etmişdim.
Allaha çox şükür edirdim, hələ qarşıma könlünü ala bilmədiyim bir çiçək çıxmamışdı.Məsləkdaşlarım məndə şeytan tükü olduğunu deyirdilər, yada fərqli bir istedad idi bu. Çiçəklərimlə məşğul ola-ola Araza qarşı olan nifrətimi belə unutmuşdum.Arazı o qədər uzun müddət idi görmürdümki, səsini, yerişini,çay içərkən fincanı necə tutduğunu,saçlarını sağamı, yoxsa solamı daradığını unutmuşdum.Bunun kimi bir çox şeyi. Lakin mənə yalan dediyini əsla! Xalid Hüseyni, "Çərpələng uçuran" romanında -"Bu dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur...Yalan deyəndə sən başqasının həqiqət haqqını oğurlayırsan"-yazır.Həqiqətəndə elədir yalan ən bağışlanmaz səhvdir və xəyanət özüdə bir yalandır.
                           5il sonra.
  Bu gün əsil müəllim kimi fəaliyyətimin ilk günüdür.Təhsildən bir şagirdim olduğunu və adresini xəbər veriblər.Həyəcanlıyam...
  Son bir mərtəbə və nəhayət qapını döydüm.Bir qaraşın xanım açdı qapını, əynində ev geyimi və önlük var idi, saçlarını dağınıq bir rezinlə toplamışdı.
-Salam.Buyrun,  içəri keçin.Siz müəllim olmalısınız.Elədir? -deyib başdan aşağı geyimimi süzdü.
Axmaq ağlım heç müəllim kimi geyinməmişəm.Əlbətdə ciddiyə almazlar məni.
-Bəli mən Dəniz Kamandarova.-deyib qadının əlini sıxdım.
-Şad oldum Dəniz müəllim içəri buyrun.
Otağa girən kimi çalışma masası, səliqə ilə düzülmüş kitablarla dolu kitab rəfi diqqətimi çəkdi.Evdə çox əşya yox idi.
  Birdən otağın qapısı açıldı sarı saçları, mavi gözləri olan, gözünün altında yanaq tərəfində xalı olan bir qız girdi.Saçlarını ənsədən hörmüşdü, həqiqətən bir uşağa görə çox gözəl görünürdü.Səlis yeriyişi ilə gəlib stola oturdu əvvəlcə qüsurunu anlaya bilməmişdim, lakin oturub üzünü fərqli yönə çevirdi və anası onu mənə tərəf döndırdi.O zaman əslində görmə qüsurlu olduğunu anladım.
Anası bizi tək buraxıb otaqdan çıxdı.
-Salam çiçəyim.Necəsən? Mən Kamandarova Dəniz.Sənin müəllimin olacağam bu gündən.Əminəm ki, yaxşı anlaşıb dost ola bilərik.
-Salam.Sağ olun.Mənə adım Qönçədir deyə çiçəyim deməyinizə ehtiyyac yoxdur.Elə Qönçə desəniz kifayət edir.
-Qönçə...Adını elə indi öyrənirəm.Mən bütün şagirdlərimə çiçəyim deyirəm.
-Dərsə başlayaq? -Tam qətiyyətlə, qısa cümlələrlə danışırdı.
  Dərsdə özünü həvəssiz göstərsədə əslində marağının olduğunu hiss edirdim, niyə belə sərt olduğunu anlamırdım.Riyazi əmməllərdə istəmədən verdiyi cavablar məni heyrətləndirirdi.Sanki bildiyini bilim istəmirdi.Dərs boyu onun üzünə tamaşa edirdim.Necə deyərlər, oğlan olsam aşiq olardım...
Dərs bitdi Qönçə ilə sağollaşıb otaqdan çıxdım.Anası təlaşla yanıma yüyürüb, əllərini ovuşdura-ovuşdura danışmağa başladı.
-Necə kecdi? Sizə bir hörmətsizlik etmədi ki? Əslində o qədər aqresiv uşaq deyildi amma niyəsə müəllimləri ilə elədə anlaşa bilmir.Sizdən əvvəlki müəllimləridə onu yarı yolda qoyublar.İnanırsız,sevmədiyi müəllimin daha dərsə gəlməyəcəyini öyrənəndə, gecə otağında hönkürərək ağladığını eşitmişəm.Dəftərlərini cırdığını, kitablarını başqa otağa tulladığıbı görmüşəm.Nə istəyir inanın mənə bilmirəm.
Daha bir ananın acizliyi ilə üz-üzə idim.Bəlkədə ana olmaq arzumdan imtina edə bilərdim, bu dəqiqə.İnsanlarən kədərini göz bəbəklərində görüb, hiss etmək nədir çoxları bilməz.
Əvvəlcə içdən gülümsədim, ananın üzünə baxaraq.Bu ən gözəl müalicə yoludur.
-Mən onu buraxmayacam. Görünür Qönçənin güvənini zədələyiblər.Mən çalışıb bunu etməyəcəm.Yaxşı olacaq hər şey. Hələlik...
-Sağ olun müəllimə. Hələlik...
  Bütün yol boyu Qönçəni düşündüm,oxuduğum psixologiya kitabları bir-bir gözümün önündən keçirdi.Düşünə-düşünə yola davam edirdim.Ayaqlarım məni Anarın işlədiyi kitab evinə gətirmişdi...

"Yağışdan sonrakı torpaq qoxusu"Where stories live. Discover now