XXXI Hissə

55 7 2
                                    

   Pəncərəni açıb, əlimi çıxardım əsən küləklə birgə əlimi rəqs etdirməyə başladım.Gah sağa, gah sola, gah yuxarı, gah da aşağı.Bir musiqi mırıldanırdım amma hansı olduğunu tapa bilmirdim.Dişlərimi bir-birinə vuraraq ritmini tutmuşdum amma ağlıma gəlmirdi.Harda eşitmişdim?Nə vaxt? Hardan gəldi bu ağlıma gecə-gecə? Nəhlət şeytana!
Yerimə uzanıb gözümü yumdum, ayaqlarım eyni ritmi təkrar edirdi.Yuxuya getməyə çalışsamda beynimdə minlərlə melodiya fırlanırdı.Tın-tınn-tın-tı-tı-tıtın...
  Gözlərimi araladım və daha səhər açılmışdı.Necə dilimə dolanan melodya ilə yatmışdımsa, elə onla birgə oyanmışdım.İstəmsizcə onu mırıldanmağa, gah əlimlə, gah ayağımla ritim tutmağa davam edirdim.Evdən heç bir səs gəlmirdi, deyəsən tək idim.Mətbəxə keçdim orada boş idi, digər otaqlar kimi.Qonaq otağına keçdim əlimdə bir fincan çay,pencərənin yanına qoyulmuş divana oturdum.Həyətə baxa-baxa eyni melodya və mən.Küçədəki insanlar hardasa gözümdə bir klip ədasında idilər.Bir qadın tələsik yüyürür,bir yaşlı telefonla danışır,uşaqlar isə oyun oynayırdılar.
Fincanımı stola qoyanda təsadüfən gözüm, qonaq otağına tamam yad olan qəhvəyi rəngli şkafa ilişdi.Şüşəli qapağından içində vallar olduğu görünürdü.Mən retro mahnıları çox sevirdim, öz-özümə -Yəqin bunları götürüb dinləsəm, Natiqin acığına gəlməz.-deyə düşündüm amma tərəddüd içində idim, əlbəttə heç kəsin şəxsi əşyalarına toxunmaq xoş bir şey deyildi amma məni maraq götürmüşdü.
Valların adlarını oxudum.Çoxusu türk, xarici idi. " Zeki Mürəni "," Whitney Houston" bunlar tanıdıqlarım idi. Tanımadığım birini götürdüm, taxıb yenidən divana oturdum, bu musiqi hardasa mənə tanış gəlirdi.Gözlərimi yumdum Anarla iri bir zalda vals oynadığımızı xəyal etdim.Onun əynində tünd göy kostuyum, cibində şərab rəngi bir bəzək üçün olan, üç bucaq qatlanmış dəsmal. Eyni şərab rəngdə don geyinmişdim, saçlarım ənsəmdə topuz ,sadəcə gözümün üzərinə düşən bir-iki qıvrılmış saç tellərim.Ayağımda topuğu çox hündür olmayan, biləkdən bağlanılan ayaqqabılar.Anar bir əlini mənə uzadır,digər əli isə arxada belində saxlayır, mən isə əlimi əlinə qoyur və rəqsə başlayırdıq.İri və boş zalda gah sağa, gah sola, gah önə, gahda sağa hərəkət edirdik.Rəqs etdiyimiz musiqi elə gecədən bəri dilimə dolanan musiqi idi. Birdən mənim qüsurlu ürəyim daha tab gətirə bilmir və nəfəssiz qalıb,özümdən gedirdim amma Anarın qollarına.
  Dərindən nəfəs aldım.Sadəcə xəyal idi, niyə orda belə imkan vermədimki bir neçə saniyəlik xoşbəxt olum?Həkim nə deyirdi? "Xəstəliyi özünə düşman yox dost bil və onunla yaxşı rəftar et.Hər dəfə onu ağlına gətirib özünü dahada pis etmə!Sən, sənə lazəmsan Dəniz! "
Bəlkədə düz deyirdi, onu bu qədər düşünməsəm,vecimə almasam, bu qədər özümü sıxmasam incitməz məni.Bunu düşünəndə belə ağlıma gələn,çox fikirləşib, dəyər verib, daha çox maraqlandığıməz insanların, bizdən daha çox uzaqlaşması oldu.
Daha valları çıxardım,şkafı açıb yerinə qoyurdumki, qapı açıldı, anamla Natiq idi gələnlər.Natiq ilk mənə baxdı birdə şkafa, cəld yanıma gəldi, acıqlı bir səs tonu ilə dedi.
-Nə edirsən sən burda?!
-Mən, mən şey, bir az musiqi dinləmək...
-Xahiş edirəm, birdə mənim şəxsi əşyalarıma əl vuranda, mənə xəbər et!
-Üzür istəyirəm, haqlısan amma evdə deyildiniz...Bağışla həqiqətən...
İlk dəfə idi ki, Natiqi belə görürdüm, əslində haqlı idi, məndə istəmərəm kimsə mənim əşyalarıma məndən icazəsiz toxunsun.Korpeşman anama baxıb, başımı aşağı salıb otağıma getdim.
Bir-iki saat sonra,ayaqyoluna getmək üçün otağımdan çıxdım.Anam mətbəxdə yemək hazırlayırdı, qonaq otağının yanından keçəndə Natiqi şkafın yanında durub, içərisindən bir necə vərəqləri götürüb ən arxalara, gizlətdiyini gördüm.Demək ki, buna görə bu qədər reaksiya vermişdi, bizdən gizlətdiyi nələrsə var idi.Əvvəl öz-özümə çox film izlədiyimi və bunlarında beynimin uydurması olduğunu düşünsəmdə, daha sonra haqlı ola biləcəyimi və  bu işin yaxasını buraxmayacağımı bildirdim...

"Yağışdan sonrakı torpaq qoxusu"Where stories live. Discover now