XXVI Hissə

119 16 11
                                    

Oturub nə haqqında yaza bilərdim deyə düşünməyə başladım.
Düşünəndə Maria xalanın həyatı mənə maraqlı gəldi.
Ölkəsindən ayrı düşmüşdü, ailəsini itirmişdi, çox sevdiyi itlərinin ölümünü gözləri ilə görmüşdü.Yox,onun haqqında kitab yazacaq qədər məlumatım yox idi. Kimi o qədər tanıyırdım?Hə Nübar onun haqqında yaza bilərdim. Yox, oda olmaz sadə həyatı var Nübarın həm də rəfiqəmin həyatını başqaları ilə bölə bilmərəm. Axı o sirlərini mənə əmanət edib.
Öz təxəyülümdən istifadə edib nəsə yaza biləcəyimi düşünmürdüm, buna görədə ətrafımdakı kiminsə həyatından yazmalı idim.
-Dəniz gəl yemək hazırdır.
Saata baxdım iki saat idiki otaqda düşünürdüm, heç bir şey ağlıma gəlməmişdi.
-Nuş olsun.
-Sağ ol Dəniz.Necəsən?
-Yaxşıyam, siz?
-Məndə yaxşı.-dedi Natiq.
Anam süfrəyə yeməyi qoyub, əyləşdi.Hamı sakitcə yeməyini yeyirdi.
-Ana, hekayə yazmağı düşünmüsən heç?
-Yox, dil-ədəbiyyat oxusamda yazmağa həvəsim olmayıb.
-Mən cavan olanda maraq salmışdım, yazıb qazetlərə yazılarımı verirdim. -
Dedi Natiq, təəccübləndim.
-Həqiqətən? Nələrdən yazırdınız bəs?
-Yazılarım əsasən öz təxəyülüm olurdu, bəzən oxuduğum kitablardan təsirlənib yazırdım, bəzəndə ətrafımda gördüyüm həyatlardan.
-Mən yazmağı çox istəyirəm.
-Buki əladır.Nə haqqında?
-Hələ bilmirəm.
-Hardan maraq salmısan Dəniz?
-Heç ana elə-belə.
-Məncə sən öz həyatından yazmalısan.-Dedi Natiq.
-Öz? Axı mənim həyatım kimə maraqlı gələr?
-Niyədə yox? Bir azda özündən əlavələr etsən, çox gözəl alındırarsan məncə.
-Yoxlayacam, çox sağ ol.
Şıkafı açıb illərdir alıb yazmağa qıymadığım dəftərimi götürdüm.Yazmağa başladım, mən yazdıqca sanki qələm daha güclənirdi,ged-gedə cümlələr daha aydınlaşır,daha ecazkar hala gəlirdi.Anarı bu sayədə təkrar-təkrar görməyin illuziyasına qapılmışdım saata baxdım 03:00 idi, dəftərin sonuna gəlmişdim,lakin hekayəm hələ bitməmişdi.Kompyuteri götürüb bütün dəftəri başladım ona köçürməyə.Kompyutere köçürdükcə, göz yaşlarım yanağımdan süzülür, hıçqıraqla yazır bəzən ekranı görməkdə çətinlik çəkirdim.
Əslində indi anlıyırdım necə ağır günlər keçirdiyimi...
Nəhayət bitirdim,bitirdim amma bu hekayənin sonu yox idi.Ancaq mən öləndə sonu olacaqdı hekayənin.Ən sonuna "Ardı var"yazıb, yekunlaşdırdım.Saat 06:00.Anarın mailinə göndərdim. Əvvəlcə "Salam","Necəsən? ","Mənəm Dəniz",sonra isə adı olmayan hekayəmi.
Özümə inana bilmirdim bir gün icində yazdım və göndərdim.Dəli cəsarəti dedikləri bu olmalıdır.
İşığı yandırdım gözlərim acışırdı.Güzgünün önünə keçib özümə baxdım, gözlərimin altında mən ağlamışam deyə bağıran möhtəşəm torbalar var idi.
Pencərəni açdım dərindən soyuğu içimə çəkdim, sonra yerimə uzanıb yuxuya getdim.
-Dəniz,oyan saat 1di.-deyə çiynimə toxundu anam.
-Nə? 1?
İlk əlimi atıb telefonumu götürdüm mailimə baxdım, cavab yox idi.Telefonu yerinə qoyub ayağa qalxdım. Vanna otağına keçib əl-üzümü yudum.Mətbəxə keçəndə isə gözlənilən sual.
-Ağlamısan?
-Kinoya baxmışam, gec yatmışam.
-Nə kinosu?
-Kəpənəyin röyası.
-Sənə ağlamaq olmaz xanım qız. -deyib Natiqdə söhbətə qoşuldu.
-İstisnalar qaydaları pozmur. -deyib,çayımı bitirdim.
Artıq üç gün keçirdi amma mailimə cavab yox idi.Hər gün, hər saat baxırdım amma yox idi.Bəlkədə bəyənməyib, utanıb fikir bildirməyə deyə düşünürdüm, buna görə kitab evinə gedə bilmirdim.Əgər düşündüyüm kimidirsə özüm çox utanacaqdım.Bir həftə sonra cəsarətimi toplayıb kitab evinə getdim.Anar yox idi.Oradakı iş yoldaşlarından soruşdum.Heç gözləmədiyim cavabla qarşılaşdım.Nəfəsim daraldı,gözlərim doldu,ürəyimdə təkrar küt bir ağrı hiss etdim.Bir qurtum su içdim, sonra kitab evindən çıxıb iri addımlarla evə yollandım.

"Yağışdan sonrakı torpaq qoxusu"Where stories live. Discover now