1.Mənim həyatım

221 20 4
                                    

Ətrafı meşə ilə örtülmüş evdən çıxıram.Kənd sayılmaz, sadəcə meşəlikdir.Biraz irəlilədikdən sonra dağların başında olduğunu görürsən.Oradan aşağı baxmağa çox adam cürət etməz.Amma mən buna alışmışam.Görünən mənzərə məni valeh edir:
Getdikcə alçalan dağ və qayalar, sağ tərəfdən axan şəlalə, çəmənliklərdə bitən bir neçə növ gül və hər tərəfdə olan ağaclar...
Mənim olduğum uçurum dairəvi şəkildədir.Ortadakı boşluq isə metrlərlə aşağıdadır.Hər gün bura gəlib eyni mənzərəni seyr edirəm.Düşünürəm.Yaşamağım üçün məntiqli səbəb axtarmağa çalışıram.Amma heç nə tapmıram.Dostlarım?Yox, onlara dost belə demək olmaz.Ən kiçik problemdə məni satarlar.Ailəm?Onların vecinə belə deyiləm.Özüm?Danışmağa dəyməz.Mən nə üçün yaşayıram?Alimlər hər gün onlarla mənasız suala cavab axtarırlar.Bəs görəsən bu suala da cavab taparlar?
Əvvəllər daha normal həyatım var idi.Ailəm də mənə yaxşı davranırdı.Amma vaxt keçdikcə hər şey dəyişdi.Hamı səbəbsiz yerə məndən uzağlaşmağa başladı.Düzü, özümü çox lazımsız hesab edirəm.
Uzandığım çəmənlikdən durdum.Hava qaralmağa başlayır.Evə getsəm yaxşı olar.Yoxsa sözdə ''valideynlərim'' mənim üçün narahat olar.
Ağacların arası ilə yavaş-yavaş gedirəm.Uçurumla evimizin arasındakı məsafə təxminən 40 dəqiqə olardı.
Evimiz üçmərtəbəli, böyük və müasir dizayn edilib.Ağ və qəhvəyi rənglə boyandığından hər mövsümdə gözəl görünürdü.
Birinci mərtəbədə sol tərəfdə mətbəx və istirahət otağı, sağ tərəfdə isə ümumi vanna otağı və yemək otağı var.Karidorun sonunda üst mərtəbələrə və padvala getmək üçün pilləkənlər var.İkinci mərtəbənin sol tərəfində anamın və atamın yataq otağı, 1 qonaq otağı, sağ tərəfdə isə kiçik kino zalı və kitabxana var.Üçüncü mərtəbədə karidorun sol tərəfində 2 qonaq otağı, sağ tərəfində mənim otağım və 1 qonaq otağı var.Padvalda isə artıq istifadə etmədiyimiz mebellər, köhnə əşyalar və s.var.
Evə girib valideynlərimin gözünə görünmədən pilləkənlərə yönəldim.Səhər tezdən evdən çıxmışdım və nə evdəkiləri görmüşdüm, nə də bir şey yemişdim.Otağımın olduğu üçüncü mərtəbəyə çatanda həmişəki kimi sakitçilik idi.Aşağıdakı səslər buradan, buradakı səslər isə aşağıdan eşidilmirdi.Həm də üçüncü mərtəbədə yaşayan bir tək mən idim.
Karidorda gedərkən sol tərəfdəki ikinci qapının aralı olduğunu gördüm.Halbuki, qonaq otağlarının qapıları aylarla bağlı qalırdı.Xitmətçinin otağa yığışdırmaq üçün girə biləcəyini düşünüb, öz otağımın qapısını açdım.

Bu hekayədə bölümlər bir az qısa olacaq.)
Digər kitabım "Təqibçi"yə də nəzər salsanız, sevinərəm.)

Əlvida, həyatWhere stories live. Discover now