10.Görünüş

68 9 4
                                    

Əvvəlcə məndən bir neçə metr uzaqda havanın bir hissəsi şəffaflaşdı.Getdikcə dah çox insana oxşayırdı.İnsan formasında olan bu ruhun nə burnu, nə gözü var idi.Amma orada olduğunu görə bilirdim.

-"Qoxma, qorxmasan daha aydın görərsən."

Gözlərimi yumub uşaqlığımı düşünməyə başladım.Həyatım boyu məni ən xoşbəxt edən şey, valideynlərimlə keçirdiyim xoş anlar idi.Bütün günü mənimlə marağlanardılar.Amma bu on altı yaşımdan sonra dəyişdi.
Düşüncələrimdən məni şəffaflığın rənglənməsi ayırdı.Biraz əvvəl şəffaf olan insan görünümlü şey, indi yavaş-yavaş dəri rənginə boyanırdı.
Daha xoşbəxt anlarımı düşündüm.On altı yaşımı qeyd etdiyimiz ad günüm.O mənim ən maraqlı ad günüm idi.Eyni zamanda da ən kədərli.Həmin gün valideynlərim məndən uzaqlaşmışdılar.
Artıq daha dəqiq görünürdü.Əynində tünd rəngli cins şalvar, qara qısaqol köynək var idi.Sərt üz cizgiləri var idi.Mənimki ki qəhvəyi saçları və gözləri var idi.Dağınıq saçları əsən zəif küləklə bir tərpənirdi.Təxminən mənim yaşımda olardı.Qara idman ayaqqabıları ilə elə bir-iki addım atmışdı ki, yenə yavaş-yavaş şəffaflaşdı.Sonra da tam gözdən itdi.Sadəcə yerdə əzilən otlardan mənə tərəf gəldiyini başa düşürdüm.

-"Başqa sualın var?"

Səsi uzaqdan gəlirdi.Beynimdə o qədər sual var ki, hansını soruşacağımı bilmirdim.

-"Adını deməklə başlaya bilərsən, məsələn.
Bir neçə saniyə gözlədim.Yavaş-yavaş addımladığı üçün hələ yolun yarısında idi.

-"Məni xatırlamadın?"

-"Üzr istəyirəm, amma bu mümkün deyil."

-"Niyə?"

-"Mən bir-iki qohumdan və məktəb yoldaşlarımdan başqa heç kimi tanımıram."

-"Tanıyırsan sən.Yadına sal."
Fikirləşirəm, amma onun kim olduğunu tapa biıəlmirəm.

-"Biraz kömək edə bilərsən?"

-"Hə, amma səni uçurmalı olacağam."

-"Yaxşı."
Yuxarı qalxdıq və düz getdik.Uçuruma tərəf gedirdik.Yəni məni oradan aşağı atacaqdı?

-"Niyə qorxursan?"
Deməli, hiss etmişdi.Doğrudanda qorxurdum.Amma ona inandığımı demişdim.İndi qorxmağın yeri deyildi.

-"Sakitləşdin.Nə olmuşdu?"
Ona həqiqəti deyə bilməzdim.Çünki, özüm də bilmirdim niyə qorxduğumu.

-"Heç nə, sadəcə birdən uçuruma yıxılarıq deyə düşündüm."

-"Ha ha ha ha..."
Gülürdü.Məncə düşüncəmdə gülməli olan heç nə yox idi.Nə olsun ki ruhdu?!O da yıxıla bilərdi.Bilərdi?
Uçurumun lap qırağına gəlmişdik.Biraz havada dayandıqdan sonra yavaş-yavaş aşağı endik.Bayaq qorxduğumu bildiyi üçün diqqətli idi.Amma biraz artıq diqqətli idi.
Məni uçurumun qırağına ayaqlarım aşağıya sallanmış şəkildə oturtdu.Yenə gələn zəif səslərdən sol tərəfimdə oturduğu hiss etdim.Burada nə ola bilərdi ki?!

-"Buraya niyə gəldik?"

-"Diqqətlə düşünməyini istəyirəm.Məni nə məktəbdə, nə qohumlarının evində, nə də başqa yerdə görmüsən."

-"Ruhların beyni olur?"

-"Hə, niyə olmur ki?!"

-"Əgər mən səni saydığın yerlərdə görməmişəmsə, deməli hem yerdə görməmişəm.Mənim oralardan başqa gediyom yer yoxdu.Meşənin ortasında yaşayan bir insan daha nə qədər yer görə bilər ki?!"

-"Adım Fəyiddi."

-"Səhv deyirsən, Fərid olar.Yoxsa "r" hərfini deyə bilmirsən?"

-"Əslində Fəriddi, amma sən balaca olanda mənə Fəyid deyirdin."
Mən onu görmədiyimi dedikcə, o əksini deməkdə israr edirdi.

-"Fəyidsən, Fəridsən, hər nəsən, mən səni görməmişəm axı?!"

-"Off, sənin nə zəif yaddaşın var imiş."

-"Yaxşı da, səni gördüyümə bu qədər əminsənsə, onda özün de ki, səni harada görmüşəm."

-"Elə burada, bu uçurumun qırağında.Eyni ilə belə oturmuşduq.Məm sol tərəfdə, sən sol tərəfdə."
Biraz düşündüm.Bu o idi.

-"Sən Fəyidsən.Həmin Fəyid."
Birdən hər şey yadıma düşdü və xatirələr bundan on iki il geriyə qayıtdı...

Dostlar, yeni hekayəyə başlamaq istəyirəm.Adı"Fotoqraf"dı. Əvvəlcədən deyim, fantastik deyil.) Hadisələr real həyatda baş verir.Fikirlərinizi öyrənmək istəyirəm.Paylaşım, ya paylaşmayım?
Bir də hekayəyə bu qədər insan baxır, amma çox az adam rəy bildirir.Pis də olsa, heç olmasa nəyi bəyənmədiyinizi yazın.Bunlar mənim üçün önəmlidi.Kitabımı oxuyanlara yenidən təşəkkür edirəm.)

Əlvida, həyatWhere stories live. Discover now