7.Əfsanələr

91 8 1
                                    

Evə çatan kimi ikinci mərtəbəyə qalxdım.Karidorun sonundan sağdakı ikinci qapını açdım.Kitabxanaya gəlmişdim.
Bu otaq çox böyük idi.Otağın ortasında üz-üzə qoyulmuş iki L divan və aralarında jurnal masası var idi.Onların sağında isə kompüter masası var idi.Qalan hər yer hündür kitab rəfləri ilə dolu idi.
Kitabların sayı 1000-i ötdüyündən axtardığını tapmaq bəzən çətin olurdu.Ona görə də atam xüsusi proqram hazırlatmışdı.Axtardığın məlumatın açar sözlərini və ya kitabın adını yazdıqda, ekranda rəfin sırası, nömrəsi, kitabın olduğu yerə rahat getmək üçün yolun xəritəsi yazılır və beləliklə istənilən kitabın yeri tam dəqiqliklə göstərilir.
Mən də kompüter masasına yaxınlaşaraq proqramı açdım və açar sözlər yazmağa başladım:divardan keçə bilən, uçan, görünməz, yemək hazırlaya bilən, yazı yaza bilən, məxluq, varlıq.Məncə bu qədər söz bəsdi."Axtar" işarəsinə basıb gözlədim Meşəlik ərazi olmasına baxmayaraq, atamın sayəsində internet güclü işləyirdi.Amma indi nəsə olmuşdu.Bir neçə saniyə də gözlədikdən sonra ekranda bir neçə kitab adı yazılmağa başladı:"Görünməyən əfsanələr", "Görünməzlərin izi", "Ruhların varlığının sübutu", "Görünə bilməyən varlıqlar" kimi bir çox ad var idi.Yaddaşım güclü olduğundan ekrandakı xəritəyə bir neçə saniyə baxmaq kifayət etdi.Rəflərin qarşısına gəlib kitablardan daşıya bildiyim qədər yığdım.Qucağımdakı kitablarla girişə qayıtdım və əlimdəkiləri masanın üstünə qoydum.Kitabxanadan çıxdım, mətbəxə endim.Oradakı qəhvə maşınından kapuçino süzüb, yenidən kitabxanaya qayıtdım.Divana əyləşdim, və əlimə gələn ilk kitabı oxumağa başladım.
Artıq otağımdayam.Bir neçə saat ərzində kitabları oxuyub bitirmiş, mənə lazım olan məlumatları isə bir dəftərə köçürmüşdüm."Görünməyən əfsanələr" adlı kitabdan yazdıqlarım bunlar idi:
"Bizə görünməyən varlıqlar haqqında əfsanələr çoxdur.Lakin onlarla insanın ruh gördüyünü iddia etdiyi bəzi məkanlar var.Məntiqlə fikirləşsək, ruhlar dəli deyillər ki, insanların çox olduğu yerlərdə görünsünlər.Onlar tənhalığı sevir.Əgər sizə görünən və kömək edən ruh varsa, bilin ki, o, yaşadığı müddətdə yaxşı insan olub.Amma sizə uğursuzluq gətirən ruhla qarşılaşmısınızsa, deməli o, insan həyatında da həmişə pislik edən insan olub.
İnsanlara zərər verməyən, onlara kömək edən, hətta bəlkə də ölümdən xilas edən ruhların məqsədi pis ola bilməz.Meşəlik ərazilərdə rast gəlinən ruhların böyük qismi belə olur.Məqsədi dünyanı idarə etmək olan, əvvəlki həyatında ala bilmədiyi intiqamı almaq istəyən və başqa pis düşüncəli ruhlar isə daha çox insan olan yerlərdə məskunlaşır.Onlar çoxlu insan öldürüb onların ruhlarını öz ordularına qatmaq istəyirlər.
Zərərsiz ruhlar təsadüfən ölən insanlar olur.Pis ruhlar isə öz günahlarının ucbatından ölənlərdir.Əgər yaxşı ruhla qarşı-qarşıyasınızsa, onunla danışmağa cəhd edin.Onların dünyası haqqında məlumat toplamağa çalışın."
Bura qədər hər şey uyğun gəlirdi.Səhifəni çevirib başqa məlumatlara baxdım.Sıradakı məlumat "Görünə bilməyən varlıqlar" kitabından idi:
"Onlar bizə görünmək və görünməməyə qadirdir.Lakin bəziləri bizə rahatlıqla görünə bildiyi halda bəziləri görünə bilmir.Onlar əsasən yaxşı ruhlardı.
Ruhlarda qan olmadığından şəffaf olurlar.Pis ruhlar görünmək üçün öldürdükləri insanların ruhlarından enerji alırlar.Ancaq, yaxşı ruhlar adam öldürmədikləri üçün bir neçə saniyə görünsələr də, yenidən görünməz olurlar.Bütün ruhlar öz dünyalarında paltar geyinə, yemək yeyə bilər.İnsanın qorxusunu hiss edirlər.Yaxşı ruhlar insanların qorxusuzluğu ilə də görünə bilər.Ruhlara məxsus bacarıqlarından başqa, əvvəlki həyatlarındakı bacarıqlarından da istifadə edə bilərlər.Hətta yeni şeylər belə öyrənmələri mümkündür.Danışa bilirlər.Səsləri dəyişilmir.Uçmaq qabiliyyətinə malikdirlər.Çəkisiz olduqları üçün istənilən ağırlığı qaldıra bilərlər.Ruhlarla insanların qarşılaşması ehtimalı çox azdı.Amma əgər qarşılaşsanız, bu şansı yaxşı dəyərləndirin."
Ən azından artıq onun haqqında öyrəndiyim bir şey var idi.O bir ruh idi.

Əlvida, həyatWhere stories live. Discover now