9.Danışıq

83 12 2
                                    

Anamla atam heç vaxt mənim otağıma gəlməzdilər.Ona görə də rahat idim.Uçuruma gedib onunla danışmaq istəyirdim.Bildiyimə görə qorxunu hiss edirdi.Mümkün qədər ondan qorxmadığımı düşünməyə çalışdım.Onun da nə vaxtsa insan olduğunu, özü də məqsədinin insanları öldürmək yox, yaxşılıq etmək olduğunu düşündüm.Qorxumun keçdiyinə əmin olduqdan sonra onun otağımda olub-olmadığını yoxladım.

-"Buradasan?"-Kənardan yəqin ki dəli kimi görünürdüm.Öz-özünə danışan qız.Gülməli idi.
Cavab vermirdi.Səs gözləmirdim.Ən azından həmişə olduğu kimi kağızla danışa bilərdik.Amma doğrudan da burada deyildi.Otağımdan çıxıb üzbəüz qonaq otağına girdim.

-"Hey, buradasan?"
Yenə cavab yox idi.Biraz da gözlədim.Özümü biraz da məcbur edib qorxumu itirdikdən sonra ondan işarə gözlədim.

-"Bax qorxumun keçdiyinə əminəm.İndi buradasansa, mənə qulaq as.Sənə bir şey demək istəyirəm.Ya da sənin mənə bir şey deməyini istəyirəm.Səninlə danışıb kim və ya nə olduğunu öyrənmək istəyirəm."
Yenə də gözlədim.Birdən otağın sol tərəfində olan güzgü buxar oldu və barmaqla silinərək yazı yazıldı.

-"Bir dəfə də uçmağa hazırsan?"
Başımı razılıq mənasında aşağı-yuxarı tərpətdim və budur, mən havaya qalxıram.Otağın pəncərəsi açıldı və əvvəl başım, sonra da ayaqlarım çölə çıxdı.

-"Biraz da tez, huu huuuu..."-Hə,mən əllərimi açıb qışqırırdım.Nəticədə uçmaq hamıya qismət olmur.
Artıq uçurumun qırağında idik.Bura gecələr tam başqa olurdu.Əgər gündüz burada hiss etdiyim azadlıq idisə, gecələr tənhalıq və rahatlıq olurdu.Bir neçə dəqiqə çəmənlikdə uzanıb, ulduzlara baxdıqdan sonra başlamağı qərara aldım.

-"Sənin burada olmağını neçə hiss edə bilərəm?"
Sualımı yenicə vermişdim ki, sol tərəfimdə bir hərəkətlilik oldu.Yanımda oturmuşdu.

-"Yaxşı, başlayıram.Əvvəlcə səsini eşitmək istəyirəm.Mənimlə danış, qorxma.Yaxşı ruh olduğunu bilirəm və sənə inanıram.Söz verirəm, heç kimə səni tanıdığımı deməyəcəyəm."

-"Bəs mən sənə inana bilərəm?"
Eşitdiyim səslə yerimdə donub qalmışdım.Bu onun səsi idi?Bu dəqiqə bir ruhla danışırdım?

-"Sənsən?"

-"Hə, mənəm."-Cavabı gülərək vermişdi.Gülüşü...gözəl idi.

-"İnana bilərsən.Qulaq as, bəlkə sən heç yoxsan?Mən öz-özümə danışıram?"

-"Narahat olma, buradayam.İstəyirsənsə görünə də bilərəm."

-"Hə, zəhmət olmasa."
Güldüyünü eşidirdim.Mənə gülürdü.Qarşımdakı ruh da olsa, nəzakət qaydalarına riayət etməliydim.Bu arada, səsindən cavan olduğunu təxmin edirəm.
Çəmənlikdə kiminsə gəldiyini xəbər verən otların əzilmə səsi gəldi.Yerimdə durub oturduqdan sonra sol tərəfə baxdım.Yanbayan iki ayaq formasında əzilən otlar mənim yanımdan uzaqlaşırdı.Dörd-beş addım da uzaqlaşıb dayandı.

-"Yalnız bir neçə saniyə görünəcəksən?"

-"Hə."-Səsində həyəcan var idi.Mən də həyəcanlı idim.Əgər tez gözdən itəcəksə onu daha diqqətlə izləməliydim. Həyatda neçə dəfə bir ruhun görünməsinə şahid olacaqdım ki?!

Dostlar, hekayəyə olan rəylərinizi bildirsəniz yaxşı olar.Fikirləriniz mənim üçün önəmlidi.)

Əlvida, həyatWo Geschichten leben. Entdecke jetzt