4.Evdə tək

113 14 4
                                    

Gözümü açanda hər yer ağ idi.Yox, ağ deyilmiş.Getdikcə rənglər yerinə gəlirdi.Bütün diqqətimi topladım və gözümü bərk-bərk yumub açaraq ətrafa nəzər yetirməyə çalışdım.Anamla atam otağın küncündəki divanda oturmuşdu.Bura xəstəxana olmalı idi.Oyandığımı görən kimi ikisi də yanıma gəldi.Atam biraz mənə baxıb otaqdan çıxdı.Anam isə nəsə deməyə hazırlaşırdı.Mən bura necə gəlmişdim axı?!Hə, meyvə dərmək istəyəndə uçmuşdum.Daha doğrusu kimsə və ya nəsə məni uçurmuşdu.Bu mövzunu daha sonra düşünməli idim.Yəqin ki yıxılandan sonra ürəyim getmişdi.Mənə nə olduğunu öyrənsəm yaxşı olacaqdı.

-''Mənə nə olub?''

-''Biz səndən soruşmalıyıq ki, sənə nə olub.Dəli olmusan, Yasəmən?Niyə pəncərədən tullanmısan?''

-''Ac idim, dedim bəlkə alma dərə bilərəm.Amma ayağım sürüşdü, yıxıldım.''-onlara həqiqəti demək fikrim yox idi.Yoxsa məni dəlixanaya aparardılar.

-''Mən atanın tərəfindəyəm.Heç axır vaxtlar bizimlə vaxt keçirmirsən.Bir yerdə süfrəyə belə oturmuruq.Başa düşürəm, tək qalmaq xoşuna gəlir.Amma sən belə etdikcə bir-birimizdən uzaqlaşırıq.''

-''Əksinə siz məndən uzaqlaşırsınız.Əgər mən səhər və günorta yemək yeməmişəmsə, axşam məni ac saxlamaq düzgün deyildi.''

-''Bunu sonra danışarıq, Yasəmən.''

Qapı açıldı və atamla həkim içəri daxil oldu.Həkim mənimlə danışmağa başladı.

-''Yasəmən xanım, özünüzü necə hiss edirsiniz?''-Hələ 18 yaşım var və mənə "xanım" deyilməyini xoşlamıram.

-"Özümü çoz yaxşı hiss edirəm.Artıq evə gedə bilərəm?"

-"Bəli, birazdan çıxa biləcəksiniz.Rüfət bəy, zəhmət olmasa mənimlə ödəmə şöbəsinə gəlin.Ödəmələri həll edək."

-"Yaxşı.Onda biz gedək, Günel, siz də gələrsiniz."-Anam başıyla razılıq verdi və ayağa qalxdıq.

Artıq evdə idim.Yolda atama şirkətdən zəng gəlmiş, anam isə endirim kompaniyasına görə hansısa ölkəyə təcili səyahətə getməli olmuşdu.Əgər anam uzaq ölkəyə getdisə, oradan alış-veriş etməmiş, şəhəri gəzməmiş qayıtmazdı.Atam da yəqin ki, şirkətdən birbaşa hansısa ölkəyə gedib yeni proyektləri olan yaşayış kompleksi üçün uyğun ərazi axtaracaq.Belə çıxır ki, bir neçə gün tək qalacağam.Saata baxanda artıq gec olduğunu gördüm.2-yə işləyirdi.İndi yata bilərdim.
Öz otağıma çıxanda həmin qonaq otağına baxmamağa çalışdım.Bu axşam olanlardan sonra, üstəlik mən evdə tək ikən yeni bir aksiyon istəmirdim.
Otağıma girən kimi rahat pijamalarımı geyindim.Yerimə uzandım, ancaq qorxurdum.Birdən yenə həmin şey təkrarlanar?Uçmağa başlasam necə olar?Məni uçurdan nə idi?Sualların ardı-arası kəsilmirdi.Ən yaxşısı yatmaq idi.Amma nəsə yata bilmirdim.Yastığımı düzəltmək üçün qaldıranda gördüyüm şey məni heyrətə gətirdi.Yastığımın altında yamyaşıl alma var!Onu mənim qoymadığıma əminəm.Valideynlərimin isə alma söhbətindən qətiyyən xəbəri yox idi.Bunu yalnız ikimiz bilirdik.Mən və məni xilas edən o şey.Onun nə olduğunu hələ də bilmirdim.İnsan olmadığı aşkardır.Normal insan nə uçmağı bacarardı, nə də örünməz ola bilərdi.Bəlkə də mən yanılıram.Onun istəyi məni xilas etmək yox, xilas edəndən sonra öldürmək idi?!
Almadan bir dişlək alıb yatağımın yanındakı şkafa qoydum.Bu gün neçənci dəfə idi ki, yatmaq istəyib, yata bilmirdim.Nəhayət ki, bu dəfə başımı heç yerə vurmadığımdan əmin olaraq, şirin bir yuxuya getdim.




Əlvida, həyatWhere stories live. Discover now