12.Dost olaq?

74 11 2
                                    

-"Səhəri gün evinizə gəldim, ancaq heç kim yox idi.Bircə üçüncü mərtəbədə gördüyüm kölgədən başqa.O sən idin?"
Hər şey bir-bir yadıma düşürdü.O mənim uşaqlıq dostum idi; həmin Fəyid idi və 12 il sonra yenidən yanımda oturmuşdu.

-"Balaca, çox diqqətlisən."
İkimiz də güldük.Deməli o gün pəncərədəki o imiş.

-"Niyə qapını açmadın?"
Cavab vermirdi.Səsindən dərin bir köks ötürdüyünü anladım.

-"Elə lazım idi."-sərt səslə cavab vermişdi.Gülümsəməm yavaş-yavaş soldu.
Bir müddət ikimiz də susduq.Heç birimiz danışmırdı.Sükutu pozan mən oldum.

-"Hər gün uçuruma gəldim, amma səni görmədim.Bəs səhərdən axşama qədər orda olurdun?"

-"Bu günlük bu qədər sual yetər, balaca.İndi səni evinə ötürüm."

-"Özüm gedə bilərəm."

-"Hə, özüm get, sonra da ilk dəfə olduğu kimi meşənin ortasında evinizin yolunu az."

-"Yaxşı."-hələ ki güldüyümüz üçün, hər şey normal görünürdü.
İkimi də oturduğumuz yerdən durduq.
Yanımca gəldiyini təxmin edib üzümü meşəyə tərəf çevirdim və yeriməyə başladım.Bir, iki, üç, dörd, beş...Addımlarımın sayı artırdı, ancaq elə bil nəsə çatışmırdı.Yox, deyəsən gəlmirdi.Elə üzüm arxaya çevirməyə hazırlaşırdım ki, birdən havaya qalxdım.

-"Bax bu yerinə düşdü.Çox yorulmuşam."
Evə doğru ağacların üstü ilə uçuruq.Zəif əsən külək məni rahatadırır.Ağacların budaqlarına dəyməmək üçün arada biraz sola, arada sağa əyilirdik.Hərdən də ağaclara sürtünmə riskini gözə alaraq xeyli aşağı enirdik.

-"Sabah səni görə biləcəyəm?"

-"Ola bilər."
Eytiyyatla danışırdı.

-"Görünür səni düşündürən bir şey var."
Öz cümləsini ona demişdim.

-"Hə, var."

-"Tapdım?Doğrudan?Neçə vaxtdır ki sənin haqqında heç nə təxmin edə bilmirdim.Nə baş verib?"

-"Bunu sənə deyə bilmərəm."

-"Necə istəyirsən."
Bir neçə metr də getdikdən sonra evin qabağına çatmışdıq.Evdəkilər mənim uçaraq gəldiyimi görməsin deyə, ağacların sıx olduğu yerdə dayandıq.Yerdə atdığımız 5-6 addımdan sonra ağaclar azalır və ev aydın görünür.

-"Mən artıq gedim."

-"Yox, dayan."-getməyini istəmirdim.

-"Niyə?"
Ona demək istədiyim bir şey var idi.Bunu 12 il əvvəl unutduğumu düşünürdüm, amma elə deyilmiş.

-"Dost olaq?Yenidən, on iki il əvvəl olduğu kimi.Amma bu dəfə birgünlük yox, həmişəlik."

-"Sən məndən qorxmursan?"
Təəccüblənmişdim.Niyə elə düşünürdü ki?!

-"Səndən niyə qorxmalıyam?"

-"İstədiyim an səni öldürə bilərəm.Görünmədən, hiss etdirmədən.Lap yuxuda olduğun zaman olsa belə."

-"Bunu asanlıqla edə biləcəyini bilirəm.Amma məni öldürməyin üçün bir səbəb görmürəm."

-"Bizim dostluğumuz alınmaz, başa düşmürsən?Mən ruham, sən insan."
Artıq danışmağını istəmirdim.Ağlamağım gəlirdi və mənim ən son istədiyim şey onun yanında ağlamaq idi.

-"Bəs sən başa düşürsən?Mənim həyatım boyu heç dostum olmayıb; səndən başqa.Ömrüm boyu yalançı, bir-birinin üzünə gülüb arxasınca danışan saxta dostlardansa, uşaq olanda səninlə dost olduğumuz o bircə günü üstün tutaram.Uçurduğun üçün sağol.Ah, yadımdan çıxmışdı, axı sən artıq sağ deyilsən?!Görüşənədək..."-bir anlıq duruxdum-"Fəyid."
Bunu deyib qaçaraq evə daxil oldum.Anamla atam çoxdan yatmışdı.Hər yer qaranlıq və sakit idi.Çox səs çıxarmamağa diqqət edərək otağıma çıxdım.Pijamalarımı geyinib yatağıma girdim və yaxşı bacardığım yeganə şeyi etdim- düşündüm.
  İnsanların mənimlə dost olmaq istəməmələrinin səbəbi çox maraqlıdır.Onları acılamıram, pis davranmıram, əksinə, bacardığım qədər kömək etməyə çalışıram.Bəs niyə?Onlara nə ziyanım dəyir axı?Mən sadəcə onları tanımaq istəyirəm.
  Fərid isə mənimlə dost olmamağı üçün səbəbi olduğunu deyirdi.Mən isə hələ də o səbəbi tapa bilmirəm.Nə olsun ki o ruhdu, mən insan?!İstədiyim sadəcə biraz söhbət etmək, tənhalığımı bölüşməkdi.Məni yanıltdı.Halbu ki mən onu gördüyümə, onunla danışdığıma nə qədər sevinmişdim?!Onu özümə yaxın hiss etmişdim.Həm 12 il bundan əvvəl, həm də bu gün.Bizi birləşdirən görünməz bir qüvvə var idi, elə bil.
  Birdən düşüncələrimin arasından ayıldım və dirsəklərimdən dəstək alaraq qalxıb oturdum.O məni istədiyi zaman öldürə biləcəyini söyləmişdi.Düzdü, bunu edə bilərdi.İndi mən necə rahat yatacaqdım?

-"Burdasan?"-əslinə qalsa, kiçik mübahisəmizdən sonra bura gələcəyinə ümid etmirəm, amma yenə də əmin olmaq istəyirəm.
Təbii ki cavab gəlmir.Ancaq əvəzində mənə tərəf uçaraq bir vərəq gəlir.Pəncərə açıldı, vərəq otağa daxil oldu və pəncərə yenidən- sanki heç açılmamış kimi bağlandı.Vərəq çarpayımdan biraz uzaqda yerə düşdü.Onu pəncərədən otağa atıb getmişdi, deməli.Əyilib vərəqi yerdən götürdüm və oxumağa başladım:
"Məni səhv başa düşməyini istəmirəm.Sən qətiyyən dostluğa layiq olmamağını düşünməməlisən.Mən sadəcə necə dost olacağımız barədə narahatam.İnan ki, son zamanlar mənim də bir dosta ehtiyacım var.Bayaq dediklərimə görə üzr istəyirəm.Dost olaq?"
  Doğrudan da belə tez unudacağımı düşünürdü?Onunla hələ ki barışmaq fikrim yox idi.Küsməmişdim, hirslənmişdim və tərsliyim tutmuşdu.Bir müddət onu görmək istəmirdim.
Adyalı üstümə çəkmək istədim, amma hava çox isti idi.Ayağa qalxıb kondinsioneri işə saldım və yenidən yerimə qayıtdım.Artıq rahatlıqla yata bilərdim.

Əlvida, həyatWhere stories live. Discover now