5.Bizimlə yaşayan biri var

101 12 4
                                    

Səhər gözəl quş səsləri ilə yox, evdən gələn qəribə səslərlə oyandım.Səslər.Evdən.Mən evdə təkəm.Yerimdən mümkün olduqca tez durub qapıya tərəf getdim.Amma dəstəyi açmağa macal tapmamış səslər kəsildi.Gözümü divardakı saata zilləyib bir müddət dayandım.Birdən yaxınlarda bir hərəkərlənmə oldu.İstər-istəməz qapının altına baxdım.Kimsə o biri tərəfdən mənim otağıma kağız itələyirdi.Bir neçə dəfə qatlanmış kağız yavaş-yavaş otağın içinə girirdi.Ən yaxşısı biraz gözləməkdir.Karidordakı hər nə idisə, indilərdə çıxıb gedərdi.

10-15 dəqiqə keçmiş olar.Məncə artıq orada olmazdı.Bir addım da atıb düz qapının yanına gəldim.Əyilib kağızı götürdüm və cəld çarpayıma qaçdım.Ayaqlarımı yığıb oturduqdan sonra arxaya söykəndim.Kağızın qatlarını açdım.İçində nə olduğu barədə heç bir fikrim yoxdu.Nəhayət açıb qurtardım.Kağızda"Bəlkə də məndən qorxursan.Qorxmaqda da haqlısan.Amma sənə zərər vermək fikrində deyiləm.Bir müddət sonra məni görəcəksən.Mən bilmirəm məni görməyinə peşman olacaqsan, yoxsa yox.Mətbəx üçün üzr istəyirəm.Yemək otağına keçərsən.Evdə rahat ol, qorxmağa ehtiyac yoxdu.Ananla atan gələnə qədər burada olmayacağam.Tək qalanda qorxduğunu bilirəm.Daha doğrusu hiss edirəm.Görüşənədək..." yazılmışdı.
Birincisi, yazı yaza bilirdi.İkincisi, yemək otağı və mətbəxdən söz açdı.Deməli, yemək də hazırlaya bilir.Bu faktlar onun insan olduğuna işarə edir.Ancaq uçmağını, görünməzliyini özümə izah edə bilmirəm.Bunları araşdırmaq üzrə beynimin bir küncünə yazdım və otağımdan çıxdım.Karidorda bir ucu mənim otağımı, digər ucu isə qonaq otağının qapısını göstərən qələm var idi.Hələ səhər olduğu üçün oraya qorxmadan, rahatlıqla girə bilərdim. Qapını açıb otağa daxil oldum.Pəncərənin açıq olmasından başqa bir dəyişiklik yox idi.Havalar istiləşsə də hələ zəif küləklər əsirdi.Buna görə də pərdə yüngülcə tərpənirdi.Yavaş hərəkətlərlə pəncərəyə doğru irəlilədim.Bu otağın pəncərəsindən görünən mənzərə mənim tez-tez getdiyim uçurumun yolu idi.Ancaq uçurum görünmürdü.Ağaclar uçurumun qabağını elə tutmuşdular ki, oradan keçmək çətin idi.Bu sıxlıqdan sonra ağaclar bitir, uçurum görünürdü.Qəribədir, hava çox küləkli olmadığı halda, ən uzaqdakı ağaclardan biri bərk tərpənirdi.Yanındakılara nisbətən bu qədər əsməsi normal deyildi.Onunla yanaşı olan ağaclar heç tərpənmirdi.Bunun səbəbini tapmaq üçün həmişəki düşünmə məkanıma gedə bilərdim.Amma duş qəbul etdikdən sonra.
Vanna otağında işim bitdikdən sonra yenidən otağımda idim.Rəngi çox açıq olmayan cins şalvar və ağ rəngli köynək geyindim.Saçlarımı qurudub açıq buraxdım.Telefonu da cibimə qoyduqdan sonra birinci mərtəbəyə düşdüm.Qapıya tərəf gedib evdən çıxmaq istəyirdim ki, yadıma yemək otağı düşdü.Tez sol tərəfə çevrildim və yemək otağına daxil oldum.
Bu dəqiqə tam olaraq şokda idim.Yemək masasının üstü cürbəcür ləzzətli yeməklərlə dolu idi.Qəribəsi isə, bunların ən sevdiyim yeməklər olması idi.Vanilli dondurma!Bax bunlara heç vaxt etiraz edə bilməzdim.Amma onları kimin hazırladığı haqqında heç bir fikrim yoxdu.Anamın evdə olmadığını bilirəm.Kim hazırlamışdısa bunları, mənim ən sevdiyim yeməklər olduğunu bilirdi.
Masa arxasına əyləşib doyana qədər hamısından yedim.Mətbəxin nə vəziyyətdə olduğunu təsəvvür etmək istəmirdim.Ağ idman ayaqqabılarımı da geyinib evdən çıxdım.Qapını açarla bağladıqdan sonra açarı cibimə qoydum.Yemək masasının və mətbəxin işinə gələndən sonra baxacaqdım.

Əlvida, həyatOnde histórias criam vida. Descubra agora