8.Kino zalındakı kiçik kömək

82 16 3
                                    

Bir müddət boş-boş uzandım.Saat 9 olardı.Yatmaq istəmirəm.Biraz film izləsəm yaxşı olardı.
İkinci mərtəbəyə düşüb kino zalına daxil oldum.Filmlərin arasından komediya janrında olanlarından birini seçib qurğunu işə saldım.
Haradasa 1 saatdır ki filmi izləyirəm, ancaq heç bir dəfə də olsun gülməmişəm.Ağlımda ancaq oxuduğum kitablar var.Oxuduqlarıma görə, məni xilas edən bir ruh idi.Həyatımı qurtardığına görə yaxşı ruh sayılırdı?Onunla danışmağa cəhd etmişdim.Cavab verməmişdi.
Mən bunları düşünərkən birdən otaqda tək olmadığımı hiss etdim.Birdən arxa sıralarda hərəkətlilik oldu.Üzüm arxaya çevirib baxdım.Həmişəki kimi heç kəs yox idi.Sonra yanımdakı oturacaqdan səs gəldi.Sağ tərəfə baxmağa qorxurdum.Amma yenə də baxmalı olduğumu bilirdim.Əlimi oturacağa sürtdüm.Heç nə hiss etmirdim.Yox, burada nəsə var.Mənim üçün qoyduğu kağız.Onu əlimə götürüb oxumağa başladım:"Bu qədər gülməli filmə baxıb, gülmürsənsə, səni düşündürən bir şey var.Qorxduğunu hiss edirəm.Demişdim axı, məndən qorxmağa ehtiyac yoxdu.Çox düşündüyünə görə sənə biraz köməklik etmək istəyirəm.Oxuduğun kitablardakı mənəm."-bir dəqiqə, bura qədər hər şeyi başa düşdüm.Artıq onun pis yoxsa yaxşı olduğunu düşünürdüm ki, yazıların hələ bitmədiyini xatırladım və məni səbəbini bilmədən sevindirən o son cümləni oxudum:"Hələ ki adam öldürməmişəm.
Əlimdəki kağızla kino zalından çıxıb birbaşa üçüncü mərtəbəyə çıxdım.Öz otağıma girib çarpayıda oturdum.Onunla danışmağa çalışmalı idim.Qapı döyülürdü.Mənim otağımın qapısı olmadığına əmin idim.Çünki, səs uzaqdan gəlirdi.Aşağı düşüb qapını açdım.Heç kim yox idi.Ancaq yerdə kağız var idi.Üstündə"Evi səliqəyə sal.15 dəqiqəyə ananla atan gələcək.Səni boş yerə danlamasınlar." yazılmışdı.Buralarda gizlənib reaksiyamı izlədiyinə əminəm.
-"Sən haradan bilirsən ki?"-deyə sual verdim.Valideynlərimin 15 dəqiqə sonra evə gələcəyini necə bilirdi?
Qapının sağ tərəfində mənə tərəf dönük olan qələm gördüm.Onu tutan heç kim yox idi.Ancaq artıq qələmin onun əlində olduğunu bilirdim.Yavaş-yavaş mənə tərəf uçub qabağımda dayandı.Əlimdəki kağız mənim əlimdən çıxdı və qələmin yanına getdi.Bunu o edirdi, amma heyif ki görünmür.Qələmin kağızın arxasına bir şeylər yazdığını görürəm.Kağız yenidən əlimə yerləşdirib qələmlə bərabər uzaqlaşır.Mən də onun arxasınca qapıdan çıxdım və qələmin döndüyü sağ tərəf baxdım.Qələm havada uçurdu.Özü də uçuruma tərəf.Deməli, o da mənim kimi uçurumda vaxt keçirirdi.Qələm bir müddət havadan asılı qaldı.Görəsən nə düşünürdü? Qələm yavaş-yavaş yerə enir orada qalır.Onu qələmlə təqib edəcəyimi başa düşdü.Yox, indi hara getdiyini bilməyəcəkdim.Evə qayıdıb qapını örtdüm və kağıza nə yazdığına baxdım:"Onları sadəcə sən danlanmayasan deyə təqib etdim.Mətbəx yadından çıxmasın.Hələlik."
Ola bilməz, mətbəx tamamilə yadımdan çıxmışdı.Artıq 10 dəqiqəm qalıb.Tez otağıma gedib götürdüyüm kitabları kitabxanadakı jurnal masasının üstünə qoydum.Xitmətçi bu masadakı kitabları rəflərə yerləşdirirdi.Sonra yemək otağına gedib masadakı boşqabları mətbəxə daşıdım.Oradan danışmağa dəyməz.Hər tərəf tərəvəz, yağ ləkələri, tavalarla dolu idi.Bütün çirkli yerləri bir neçə dəfə sildim.Qazanları və boşqabları qabyuyan maşına qoydum.Elə mətbəxlə işim təzəcə bitmişdi ki qapının zəngi çalındı.Sözdə"valideynlərim" evə təşrif buyurmuşdu.Belə desəm də, onları çox istəyirdim.Nə də olsa onlardan başqa heç kimim yoxdu.Əllərimi yuyub mətbəxdən çıxdım.Qapının yanındakı dağılmış saçlarımı düzəltdikdən sonra qapını açdım.

-"Salam, qızım."

-"Necəsən, Yasəmən?"

Oh, çox duyğulandım.Getdikləri 1 gün deyil, mənim üçün darıxmışdılar.

-"Necə olduğumu bilmək üçün dünən mənimlə qalmalı deyildiniz?"

-"Yenə başladın?"

-"Səninlə xoş danışmaq olmur ki?!"

-"Çox yaxşıyam.Siz narahat olmayın."

-"Sənin üçün yeni model mobil telefon almışam."-atam maddi cəhətdən mənə hər cür köməklik göstərməyə hazır idi.Ancaq mənəvi qayğını deyə bilmərəm.
Əllərində müxtəlif ölçülü alış-veriş çantaları var idi.Mənimlə danışa danışa çoxdan istirahət otağına keçmiş, çantaları divanlara yerləşdirirdilər.Mən də qapını örtüb onların yanına getdim.

-"Yasəmən, bu sənindi, bu da, bu paltar da sənindi."-anam mənə aid olan paketləri göstərirdi.Yenə də alış-verişinin yarısını mənə sərf etmişdi. Kənardan baxanlar bunun mükəmməl bir həyat olduğunu düşünə bilərlər.Anam alış-veriş xəstəsi, atam isə şirkət sahibidir.Ancaq mənim istədiyim bunlar deyil, məni sevmələridir.Onlar mənə sanki övladları kimi yox, sadəcə evlərində yaşayan bir qız kimi baxırlar.Mənimlə valideyn kimi danışmırlar, vaxt keçirmirlər, hər etdiyim şeyi sorğulayıb mütləq məni günahkar çıxarırlar.

-"Necədi, qızım?Xoşuna gəlir?
Anamın əlində tutduğu ağ və mavi rəngli paltara baxdım.Dizimin üstündə bitən şefon paltarın ətəyi bol idi.Yuxarısı isə dar modelli və qısaqol idi.Qəşəng paltardı, ancaq mən paltar geyinəcəyimi sanmıram.Daha çox rahatlığı sevdiyim üçün daha çox şalvar və şortikə üstünlük verirəm.Yenə də onu saxlayacaqdım.

-"Çox sağol, ana."

-"Dəyməz.Yasəmən, bizi bağışla.Atanın iclası var idi, mən isə ən sevimli markamın yeni kolleksiyasından bir-iki şey almalı idim.

-"Sizi başa düşürəm, ana.Mən otağıma çıxıram.Biraz dincəlməliyəm.

-"Gecən xeyrə."-atam mənə "gecən xeyrə" demişdi?!

-"Sizin də."

Cavabımı verib otağıma çıxdım.Kompüter masamın qabağındakı təkərli stulda oturdum və pəncərədən yarım ayı izləməyə başladım.Əlbəttə onlara yalan demişdim.Bu gecə uçurumun qırağına gedib, onunla danışmağa cəhd edəcəkdim.

Bu bölüm uzun oldu.)
Oxuyan hər kəsdən xahiş edirəm, vote işarəsinə basmağa tənbəllik etməyin.
Bir də kitabı bəyənənlər öz dostlarına da tövsiyyə etsə, əla olardı.)

Əlvida, həyatWhere stories live. Discover now