13.Sürpriz

57 8 0
                                    

Səhər olduğunu üzümə düşən gün işığından anladım.Bu, həmişə mənə gözəl təsir bağışlayardı.İndi isə yatmaq istədiyimdən günəşə bir anlıq nifrət etdim.
Ayağa qalxdım və vanna otağına daxil oldum.Dünən gec yatdığım və yuxumu almadığım üçün gözlərim qızarmışdı.
Üzümü yuduqdan sonra yenidən otağıma qayıtdım və şkafın qarşısında dayanıb nə geyinəcəyimə qərar verməyə çalışdım.Ən sonunda narıncı rəngli dar şalvar, üstündə yaşıl xətlər olan sarı, enli bir köynək geyindim.Öz saçlarım düz idi.Ona görə də arada sıxılırdım.Bu günə qədər heç istifadə etmədiyim saç maşasını tapdım və güzgünün qarşısında əyləşdim.
İşim bitdikdən sonra hər rəngdə qol saatlarımın olduğu şkafdan yaşıl rəngli olanını seçdim və sol qoluma taxdım.
Artıq hazıram, günə başlamaq olar.
Anamla atamın yemək otağında olduğunu güman edirəm, çünki, səhər yeməyini atam da bizimlə yeyir.
Pilləkənlərlə aşağı enib yemək otağına daxil oldum və budur, onlar artıq yeməyə başlayıblar.

-"Sabahınız xeyir."-mən deyirəm və öz yerimə keçib mümkün olduğu qədər gülümsəməyə çalışıram.

-"Sənin də."

-"Sabahın xeyir, Yasəmən."

-"Necəsiniz?"-bu günə xoş başlamaq niyyətində idim.

-"Yaxşıyıq, qızım.Sən necəsən?"
Anam atamın da yerinə danışır.

-"Mən də yaxşıyam."
Adətən bazar günləri yediyim qaynadılmış yumurtanı yeməyə başladım.Bu gün uçurumun qırağına getməyəcəkdim.Ən azından bir neçə günlük.Ona görə də bu günə başqa plan hazırlamalı idim.

-"Ata?"

-"Hə, qızım?"
Bu atamın mənə "qızım" dediyi nadir hallardan biri idi və kefinin kök olduğunu anlamaq elə də çətin deyildi.

-"Bu gün ailəvi şəkildə nəsə edə bilərik?"

-"Misal üçün nə?"

-"Harasa gedə bilərik."

-"Yasəmən, çox yaxşı fikirləşmisən. Ancaq, bunu edə bilmərik.
Təbəssümüm bir anda soldu.Halbu ki mən, daha başqa şeylər düşünmüşdüm.
Şəhəri gəzməyə gedə bilərdik.Amma, atam bütün planlarımı pozmuşdu.Mən boşqabımdakı pendirlə qurdalanırdım ki, atam söhbətin istiqamətini məni sevindirəcək şəkildə dəyişdi.

-"Çünki, bu gün başqa yerə istirahətə gedirik."

-"Əla!Super!Ata, səndən yoxdu.Bəs hara?"-onlara yaxşı davranmağı qərara almışdm.Valideynlərim də mənə xoş davrandıqlarına görə, ehtiyyatımı əldən vermədən onlarla köhnə münasibətlərimizi geri qaytarmağa çalışacaqdım.Ya da, ən azından cəhd edəcəkdim.

-"Sürprizdi, deyə bilmərəm.Ora çatanda görərsən."

-"Yaxşı, neçə günlük gedirik?Özümlə geyinməyə necə şeylər götürüm?İsti olacaq, ya soyuq?Başqa ölkədi?Bəlkə muzeydi?"
Atamın səsi məni susdurmasa, ağlıma gələn bütün sualları verəcəkdim.

-"İki gecə, üç gün qalacağıq.Özünlə qalın geyimlər götür, ancaq buzlu dağlara da getmirik."
Anam davam etdi.

-"Qalın adyal, jaket, corab ola bilər.Amma, nazik geyin.Bir də, padvaldan öz çadırını götürməyi unutma.Düşərgə çantanı da hazırla.İçinə paketlənmiş yeməklər, fənər, su, jaket, nə istəyirsən qoy."

-"Çadırla nə edəcəyik ki?"
Atam cavab verdi.

-"Evdən səhər çıxmağı düşünmüşdüm, amma sən gec oyandığın üçün, axşamüstü getməyi qərara aldım.Əşyaları və çadırı maşına qoyacağıq.Dedim axı, sürprizdi, ora çatanda biləcəksən.İndi isə yeməyini bitir, get hazırlaş."

Əlvida, həyatWhere stories live. Discover now