21.Intiqam hissi

18 4 0
                                    

Ayaq biləyimin ağrısına oyandım. Deyəsən, zədələnmişdi, çünki ayağa qalxa bilmirdim və hər cəhdimdə daha çox ağrıyırdı.Ən son nə olmuşdu? Xatırlamağa çalışdım.Silah səsi, atamın qışqırığı və son sözləri.Mən isə ağacdan yerə yıxılmışdım.Onlar mənim valideynlərimi məndən almışdılar.İndi isə mənim ardımca gələcəkdilər. Asanlıqla görünə biləcəyim yerdə uzanıb qaldığımı gördüm.Ayağa qalxa bilmədiyim üçün, sürünərək ağacın iri gövdəsinin arxasına keçdim.Qəfildən atamın bədəni yerdən yüksəlməyə başladı.Təxminən, 2 metr qalxdıqdan sonra sürətlə meşənin dərinliklərinə tərəf getdi.Evdən çıxan anamın bədəni də havada uzanmış vəziyyətdə idi.Oqqnlar anamla atamı aparırdılar. Cəmi bir neçə saniyəyə artıq heç kimim qalmamışdı. Amma, mən də çox yaşamayacaqdım. Məni də öldürəcəkdilər.
Ağaca tutunaraq ayağa qalxdım.Həmin andaca başım gicəlləndi.Öz sığınacağım çox uzaqda idi, yaralı ayağımla oraya qədər gedib çıxa bilməzdim.Çantamda da tibbi şeylərdən yox idi.Ən yaxşısı, evimizə getmək idi.
Birtəhər özümü evə çatdırdım.Öz otağıma çıxıb vanna otağına daxil oldum.Oradakı şkafların hansındasa tənzif və anamın həmişə əlimdəki, qolumdakı qanayan yaralara tökdüyü dərman var idi.Bir-bir qapıları açıb-bağlayaraq mənə lazım olan şeyləri axtarmağa başladım.Nəhayət, birində axtardıqlarımı tapdım.Yaraya yapışdırılan bant, pambıq və tənzif götürüb otağıma qayıtdım və çarpayımda oturdum.Ayağımı uzadıb şalvarımın ətəyini bir az qaldırdım. Biləyimdə çox da böyük olmayan bir yara var idi və qan dayanmadan axırdı.
Dərmandan pambığa damcıladıb biləyimə toxundurdum.Yandırırdı, amma dözülməz deyildi ağrı.Yaranı yaxşı-yaxşı təmizlədikdən sonra üstünə bant yapışdırdım və tənziflə sarıyıb düyün vurdum.Bu, məni bir müddət idarə edə bilərdi.Ayağa qalxıb hər şeyi yerinə qoydum.Sonra yenidən çarpayıma qayıtdım və uzandım.Neçə vaxtdır ki, belə yumşaq yerdə yatmamışdım.Ona görə də, bir az burada uzanmaq qərarına gəldim. Gözlərimi yumdum və anamla atamı son görüşümü xatırlayaraq yuxuya getdim.
Evdən gələn sınıqlıq səsinə oyandım. Pəncərədən baxdıqda gecə olduğunu gördüm.Telefonum isə saatın 03:42 olduğunu göstərirdi.Ayağa qalxmaq istəyəndə ayağımdakı şiddətli ağrıyla yenidən yatağıma oturdum.Otaq qaranlıq olduğundan heç nə görmürdüm.Amma, sanki evdə kimsə gəzirdi.Anamın su içmək üçün oyandığını düşünüb, gözümü yumub yenidən yatmağa hazırlaşırdım ki, anamın artıq həyatda olmadığını xatırladım.
5 saniyə sonra artıq birinci mərtəbədə idim.Ayağımı hər yerə qpyanda hiss etdiyim sancını, işıqlar yanmadığı üçün tez-tez ilişdiyim pilləkəni, yıxılmamaq üçün tutunduğum divarları necə keçdiyimi bilmirəm.Evimizdə yad adam var idi və mən tək idim.

-"Hey, orada kim var?"
Evin qapısının açıq olduğunu gördüm.
Atamın dediyinə görə, onun iş yoldaşlarından və şirkətdəki işçilərdən heç biri bizim burada yaşadığımızı bilmirdi.Evə oğru girə biləcəyini ağlıma belə gətirə bilmirdim.Meşədə oğru nə gəzirdi?Tək-tük ev var idi.Birdən ağlıma həmin ruhlar gəldi.Ancaq, onlar ruhdurlar axı.Qapını açmadan da içəri girə bilərdilər.Açıq qapıya yaxınlaşdım. Yerdə ağ kağız parçası var idi.Əyilib kağızı yerdən götürdüm və yüksək səslə oxumağa başladım.

-"Ailəni məhv etdik.Sıra səndədir, Fərid Kərimli."
Bax bundan sonra onlardan nə qədər qorxduğumu hiss etdim.Mənim də sonum ailəminki kimi olacaq?Yox, buna icazə verə bilməzdim.Elə indi - onların məni də nə vaxtsa öldürəcəklərinə inandıqdan sonra (ailəmi gözümün qabağında öldürmüşdülər, bu iş sadəcə hədələməkdən çıxmışdı), özümə atamla anamın intiqamını alacağıma dair söz verdim.

Əlvida, həyatWhere stories live. Discover now