6.Təqib

72 9 0
                                    

Sola dönüb gəzməyə başladım.Yavaş-yavaş ağaclar sıxlaşırdı.Birdən kiminsə məni izlədiyi hissinə qapıldım.Arxaya baxıram amma heç kimi görmürəm.Doğrudan da ürəyim sıxılırdı.Üzümü çevirib yolun tərsinə getməyə başladım.Bəzən uçuruma gedərkən yolda bunu məşq etdiyim üçün indi rahat irəliləyirdim.O anda gördüyüm şeyə inanmadım.Məni təqib edən hər nə idisə, artıq insan olmadığına tam əmin idim.Yerdəki torpaqda bir-birinin ardınca gələn addım izləri var idi.Onu görə bilmirdim, amma mən hərəkət etdikcə yaranan addım izləri dayanmırdı.Hər saniyə sağ və sol ayağını yerə qoyduğunu görürdüm.Bu dəqiqə edə biləcəyim yeganə şeyi edirəm.Üzümü çevirirəm və ən böyük sürətimlə qaçıram.Ağaclar sıx olsa da birazdan açıqlığa çıxacağımı bilirdim.Var gücümlə qaçırdım.Qaça-qaça sol tərəfə döndüm.Sonra sağ tərəfə.Düz getdim və yenə sol tərəfə döndüm.Həyəcanlı olduğumdan özümü itirmişdim və hara getdiyimi bilmirdim.Biraz da getdikdən sonra dayandım.Deyəsən azmışdım.Dizlərimi qucaqlayıb yerə oturdum.İndi evə necə qayıdacaqdım?
Gün batımı olduğundan hava qızarırdı.Saat yəqin ki 4-5 arası olar.Günortanın istisində meşədə azmışdım.Axşamacan evə qayıtmasam, qorxudan burada ölə bilərdim.Yoox, yenə?Uçurulurdum və bəli, yenə.Dümdüz yuxarı uçurduq.Hər yer yuxarıdan görünəcək qədər qalxdıq.Meşə ayaqlarımın altında idi.Başımı sola çevirdim.Uçurum görünmürdü.Sağa baxdım və budur, mənim özümü rahat hiss etdiyim tək yer-uçurum çox da uzaqda deyil.Birdən dayandı.Deyəsən məni evə, yoxsa uçuruma aparmalı olduğunu bilmirdi.Əslində, əvvəl ondan qorxub qaçmışdım.Amma indi doğrudan da fikrinin mənə zərər vermək olmadığını anladım və ilk dəfə onunla danışmağa cəsarət etdim.

-"Salam."-hələ də havada dayanmışdım.

-"Şey...ııı..sən nəsən?Ya da yox, bunları sonra soruşaram.Məni sağ tərəfdə görünən uçurumun qırağına apara eee... uçura bilərsən?"
Cavab gözləyirdim.O isə cavab vermək əvəzinə məni uçuruma tərəf apardı.Yavaş-yavaş uçurduq.Bu elə gözəl hiss idi ki, ifadə edə bilmirdim.Bizim yaratdığımız, bizə qarşı əsən külək insanı rahatladırdı.Nəhayət, mənim sevimli istirahət məkanıma çatdıq.

-"Çox sağol."-öz təşəkkürümü bildirib, çəmənliyə uzandım və düşünməyə başladım.
Atamla anam mən ağacdan yıxılanda məni xəstəxanaya apardılar.Amma evdə mənimlə qalmaqdansa hərəsi öz işinin dalınca getdi.Ən azından səhərə qədər mənimlə qalmalı deyildilər?Yox, axı onların da öz həyatı var.Mən isə böyük qızam, təbii ki başımın çarəsinə tək də baxa bilərəm.Onların düşündüyü ancaq budur.Bəs valideyn qayğısı?Onların mənə yaxşı davranmağı lazım deyil?Hər dəfə düşünürəm.Mənə nifrət etmələri üçün səbəb axtarmağa çalışıram.Amma tapmıram.Əsəbləşmədikcə insanları acılayan biri deyiləm.Dərslərimi normal oxuyuram.İndi də tətil olduğu üçün dərsləri bəhanə edə bilməzdilər.Dost adlandırdığım və ünsiyyətdə olduğum 3-4 nəfər də ancaq məni görəndə yada salırdılar.Yayda da görmədikləri üçün, daha 3 ay rahatam.Qohumlara qalanda, həm şəhərdən kənarda olduğumuz üçün, həm də çoxu yolu səhv salıb meşədə azdıqları üçün bizə gəlmirdilər.Elə biz də evdən heç yerə getmirdik.Ailəvi problemlərim düşünməklə həll olunmayacaqdı.
Bəs o şey?Məni niyə xilas etdi?Əgər o sürətlə yerə yıxılsam, başımdan bərk zədə ala, hətta ölə bilərdim.O məni uçurmaya da bilərdi.Evdə atamla olanları haradan bilirdi ki, mənim də ac olduğumu bilsin.Onda belə çıxır ki, məni neçə vaxtdır, təqib edir?Belə təsadüf ola bilməz ki, o həyətdə dayandığı yerdə, birdən yuxarı baxsın və pəncərədən yıxılmaq üzrə olan bir qız görsün.Yox, həmin gün otağıma da girə bilməzdi.Qapını kilidləmişdim axı.İçəri necə girdiyi haqqda heç bir fikrim yoxdu.Divarlardan keçə bilən varlıq?Uşaq deyiləm ki, belə şeylərə inanım.Amma, birdən həqiqət olar?
Ayağa durub bu dəfə daha diqqətlə evə tərəf irəlilədim.Bu işi elə-belə qoymaq olmaz.Araşdırmaq lazım olacaqdı.

Əlvida, həyatOpowieści tętniące życiem. Odkryj je teraz