2.Otaqdakı varlıq

137 15 3
                                    

Otağım böyükdür.Qapı ilə üzbəüz enli pəncərə, sağ tərəfdə birnəfərlik böyük çarpayı, qarşısında geyim şkafım, kompüter masam, sol tərəfdə isə vanna otağına giriş üçün qapı var.Ağ və mavi rənglərə üstünlük vermişəm.Bu rənglər mənə yalnız qaçdığımda və uçurumdan baxdığımda hiss etdiyim azadlığı xatırladır.
İçəri girib qapını örtdüm.Tək istədiyim biraz uzanmaq və dincəlmək idi.Mavi rəngli yorğanı görəndə təəccübləndim.Bu günə qədər bir təhər idarə etsəm də, artıq hava çox isti idi.May ayı bitmək üzrədir və xidmətçi yenə mənə nazik adyal verməyi unudub.Deyəsən, özüm götürməli olacağam.Başımı qaldırıb divardakı saata baxdım.Hələ 10-a qalırdı.Onsuz da belə tez yata bilməyəcəkdim.Bu gün səhərdən yemək yemədiyim üçün mətbəxə enməyə qərar verdim.Otağımdan çıxanda bayaq aralı olan qapıya baxdım.Mənim otağımla üzbəüz olduğundan istər-istəməz gözümə dəymişdi.Qəribədir ki, artıq bağlı deyildi.Bərk ac olduğumdan buna o qədər də fikir vermədim.Pilləkənlərlə aşağı düşdükdən sonra tam mətbəxə girmək üçün sağa dönəcəkdim ki, arxadan kimsə məni çağırdı:
-Yasəmən!-bu, atam idi.

-''Hə, ata''

-''Sən səhərdən haralardasan?''

-'Biraz gəzdim''-doğrudan da yorğun idim və bu söhbəti çox uzatmaq istəmirdim.

-''Nə səhər yemək yemisən, nə də günorta.İndi yeməyəcəksən?''

-''Mən soyuducudan bir şeylər götürərəm.Siz narahat olmuyun''-bunu deyib üzümü çevirdim.Amma elə 2 addım atmışdım ki, kimsə qolumu bərk tutdu.Məcburən arxaya çevriləndə atamın sərt üz ifadəsi ilə qarşılaşdım.Anam öz boşqabındakı yeməyi ləzzətlə yeyirdi.Demək mənim harda olduğum onu həmişəki kimi marağlandırmırdı.Atam isə mənə görə masadan qalxmışdı.Bax, burda, biraz inkişaf getmişdi.

-''Oooo..ata, mənə görə yemək masasından qalxmağa nə gərək var idi?''-deyə istehzalı şəkildə dilləndim.Normalda mən evə gecə yarısı belə gəlsəm''haradaydın?''deməyən atam indi bir anda mənimlə marağlanırdı.

-''Sən bu gün yemək yeməyəcəksən!Vəssalam.Keç otağına.Gözüm səni görməsin.Sabah mən işə gedərəm, sonra nə istəyirsən eliyərsən!

Əsəbi halda pilləkənlərə yönəldim.Onsuz da mən evdə olanda nə məni görürlər, nə də sayırlar.Onlar üçün fərqi yoxdur ki, mən hardayam.Niyə indi belə edirlər axı?!

Deyinə-deyinə üçüncü mərtəbəyə çatmışdım.Karidorda gedərkən birdən ayaq saxladım.Ağlıma haradansa tapmalı olduğum nazik adyal gəldi.Elə haradan tapa biləcəyimi düşünürdüm ki, həmin qonaq otağının qapısının biraz aralandığını, sonra tam bağlandığını gördüm.Bu kifayət idi.Həm niyə belə olduğunu öyrənmək üçün, həm də oradakı çarpayının adyalını götürmək üçün o otağa girəcəkdim.Yaxşı ki, işığın yandırıb-söndürmə düyməsinin düz qapının yanında olduğunu bilirdim.Yavaş-yavaş qapıya yaxınlaşdım.Dəstəyi tutub dayandım.İçəri girib-girməməkdə qərarsız idim.Amma orada ən çoxu, nə ola bilərdi ki?!  

Əlvida, həyatDonde viven las historias. Descúbrelo ahora