15.Mənim həyatım(Fəriddən)

44 6 0
                                    

Fəriddən:

Yasəmən qarşımda oturmuş, mənə yalvaran gözlərlə baxırdı.Ona həyatımı danışacağımı dedim, amma hələ də qərarsız idim.Birdən öyrəndiklərindən sonra mənimlə heç danışmadı?
Hər şeyi gözə alıb, içimə dərin bir nəfəs çəkdim və həmin günə qayıtdım.7 yaşındakı Fəridin xatirələrinə...

-"Bildiyin kimi, 7 yaşım var idi."-deyə sözə başladım.
Mən danışmağa başlayan kimi, yerini biraz da rahatlayıb, diqqətlə qulaq asmağa başladı.

12 il əvvəl...

Səhər gözümü həmişəki kimi mavi və ağ rəngli otağımda açdım.Ətrafa göz gəzdirdim.Hər şey göstərişli idi.Amma, biraz artıq göstərişli.Atamla anam hər şeyin, bütün həyatın puldan ibarət olduğunu düşünürlər.Halbu ki, bu cür gözəl, sakit təbiəti puldan üstün tutan uşaq, onların uşağı - mən idim.
Yenə də yeddi yaşındakı uşaq üçün həddindən artıq böyük olan şkafımdan cins kapri və mavi köynək götürüb, geyindim.İçəridə əl-üzümü yuduqdan sonra, saçlarımı da darayıb, otaqdan çıxdım.1 mərtəbə aşağı düşüb, birinci mərtəbədəki yemək otağına daxil oldum.

-"Salam."-onlarla danışmağı heç sevmirdim.

-"Salam."-anam salamı elə quru tərzdə verdi ki, verməsə ondan yaxşı idi.
Salamlaşma ilə qurtardığımıza sevinirdim ki, atam sözə başladı.

-"Dünənki qiymətlərin necə oldu?"
Dünən dərs ilinin son günü idi və illik qiymətlər açıqlanmışdı.

-"Hamısı beşdi.Bir dənə dördüm çıxdı."
Atam "dörd" sözünü eşidən kimi, əlindəki çəngəlin arxası ilə stola vurdu.
Anam diksinərkən, mən atama nifrətlə baxırdım.

-"Sənə deməmişdim ki, bircə dənə də dörd olmasın?!İndi insanlar nə deyəcək?Məşhur əfsanə axtarışçısının oğlu dərs ilini dördlə bitirib?!"

-"Mən dərs ilini dördlə qurtarmamışam.
Sadəcə, bir 4 almışam."

-"Tez çıx otağına!Gözümə də görünmə bu gün!"

-"Baş üstə!"
Hirslə otağıma qalxdım.Aldığım bir 4-ə görə, məni bu qədər danlamağa haqqı yox idi.
Pənçərəni açdım və aşağı tullandım.
Bunun üçün uzun müddət məşq etmişdim.Əvvəl pəncərəyə yaxın bir ağacın budağına, oradan da yerə oturaq vəziyyətdə düşə bilirdim.
Sağ tərəfə döndüm və əllərimi cibimə qoyub, yavaş-yavaş gəzməyə başladım.Dümdüz gedirdim.Həmişə darıxanda getdiyim uçuruma gedəcəkdim.Rahat düşünə bildiyim tək yer ora idi.
Hər dəfə uçuruma gedəndə qabağından keçdiyim böyük evə baxdım.Hərdən üçüncü mərtəbədəki pəncərələrin birindən balaca qız baxdırdı.O məni görmədən pəncərəsinin altındakı ağacın arxasında gizlənirdim.Yalnız içəri girib, pəncərəsini örtəndən sonra, yoluma davam edirdim.
Bu dəfə pəncərədə görünmürdü.
Biraz da gedib uçuruma çatdım. Uçurumun qırağında oturub, ayaqlarımı boşluğa tərəf sallatdım və düşünməyə başladım.
Valideynlərim məni qətiyyən istəmirdilər.Onların istədiyi tək şey mənim də puldan asılı olaraq yaşayıb, soyadlarını ucaltmağım idi.Mən isə azadlığı seçmişdim.Bir dəfə oxuduğum kitabda azadlıq haqqında oxumuşdum. Hərə bir cür öz azadlığını tapırmış.O an gözüm meşəliyə, ucu-bucağı görünməyən dağlara və üfüqə sataşdı.
Mən azadlıq anlayışını istədiyim yerdə istədiyim şeyi etmək, hər zaman rahat olmaq, mənə zövq verən işləri görmək kimi qəbul etmişdim.Məsələn, ailəm mənim italyan dili öyrənməyimi istəsələr də, mən gitarada ifa etməyi seçmişdim.6 yaşımdan gitaranı həvəslə çalıram.Çünki, mən istəyirəm.
Məncə, insan özünü azad hiss etdikdə, varlı olmasa da yaşaya bilər.Ailəm isə bunu başa düşmürdülər.Buralardan qaçıb getsəm, yaxşı olardı.Amma, bunun üçün risk etmək lazım idi.Yəqin ki, atam yoxa çıxdığımı görən kimi, ən yaxşı polisləri meşəyə gətirəcəkdi.
Ayağa durub ağaclara tərəf gedim. Buralarda meyvə ağacları da var idi.Ac olanda yeyirdim.
İndi də 2 alma götürüb, yerimə qayıtdım.Bir neçə dəqiqə sonra artıq almalar mədəmdə idi.
Gözümü uzaqlara zilləyib evdən qaçmaq barəsində düşünürdüm ki, arxadan addım səsləri gəldi.Səslər zəif və yüngül olduğundan gələnin uşaq olduğunu təxmin etdim.Ailəm deyildisə, qorxusu yox idi.
Buralarda, adətən, uşaq olmurdu, 5 ildə bir dəfə tətilə gələnlərdən başqa.
Kimin gəldiyi mənə çox maraqlı id. Amma, hər kim idisə, arxamda dayanıb məni izləyirdi.Yavaş-yavaş keçib sağ tərəfimdə oturdu.Eyni ilə mənim oturduğum kimi, ayaqlarını ayaqlarını da aşağıya sallatmışdı.Bunu bilərəkdən, yoxsa adəti olduğu üçün etdiyini bilmirdim.

-"Salam."
Danışmışdı.Ancaq, mən hələ də ona tərəf baxmamışdım.
Ona cavab vermək istəmirdim.Uşaqlar çox cansıxıcı olurlar.Heç nə veclərinə deyil.Mənim düşündüyüm səmimi bir ailəmin olması ikən, onlar top dalınca qaçmağı istəyirdilər.Bu, eyni ilə ailəmin pul dalınca qaçmasına bənzəyir.Heç vaxt gözləri doymur.Daha çox və daha çox pul istəyirlər həmişə.Məncə, pul dibsiz bir okeandı.Orada üzmək üçünsə, insanlıq lazımdı.İnsanlığın olmasa, batarsan.
Ancaq, bu uşaqda mıni çəkən nəsə var idi, sanki bərabər paylaşdığımız bir şey.
Həmişə isdiyim, amma nə olduğunu bilmədiyim arzu.Mən o istəyi ancaq hiss edirdim.Ya göydə uçan quşlara baxanda, ya meşədə gəzəndə, hərdən də yuxumda.Ən yaxşısı onunla danışmaq idi.Onu tanımaq istəyirdim.

-"Salam."-dedim.

-"Sən buyda neyniysən?"
Gülməkdən qarnım ağrımağa başlamışdı.Bu uşaq (gözucu gördüyüm qədəri ilə, yaşıdım idi) "r" hərfi yerinə "y" deyirdi.
Onun yaşını soruşdum, "6" dedi.Ona "balaca" dediyim üçün məndən küsmüş, qollarını qucaqlamışdı.Küsdüyünü bilirdim, çünki içimdə bir inciklik var idi və bunun o qızın hiss etdiyi inciklik olduğunu bilirdim.Evdə də tez-tez atamın qəzəbini, anamın mənə yazığı gəlməsini hiss edirdim.
Tərs idi, mən də tərs idim.Amma, tərsliyi tutanları da sakitləşdirməyi bilirdim.Əgər mövzunu onun bildiyi, mənim bilmədiyim yerlərə çəksəydim, mənimlə danışmağa həvəslənəcəkdi.

-"Yaxşı, sən bura niyə gəlmisən, balaca?"

-"Evin qabağında oynayırdım, azdım."
Onunla söhbət elədim biraz.Adı Yasəmən imiş.Evləri burdan çox da uzaq deyilmiş.Öz adımı ona deyəndə,
mənə "Fəyid" deyə müraciət etməyə başladı.

-"Fəyid, mənimlə dost olaysan?"
Dostu olmadığını öyrəndim.Çox xahiş etdiyi üçün, onunla dost olduğumu dedim.O qızdan daha vacib problemlərim var idi.Yanımdan getməsini istəyirdim, ona fikir vermirdim, amma bunu başa     düşmürdü.Yenə də, bir günlük də olsa, ona inana bilərdim.

-"Sən nə fikiyləşiysən?"

-"Bilmirəm.Heç uçmaq istəmisən?"
Bu sualı ona qeyri-ixtiyari olaraq vermişdim.

-"O qədəy istəmişəm ki.Bu mənə şeyi xatıyladıy..şeyi...ııı..."
Heç gözləmədən cümləni tamamladım.

-"Azadlığı."
Amma, cümləni tamamlayan təkcə mən deyildim.Eyni anda danışmışdıq.
Onu tanımağa qərar verdim.Bir uşağın niyə heç dostu olmazdı ki?Düzdü, mənim də dostum yox idi.Lakin, bu dünyada məndən bir ədəd daha ola bilərdi?
Bir müddət sonra üzümü ona çevirdim.
İsti şokalad rəngində gözləri və saçları var idi.
Söhbətin sonunda həmişə qabağından keçdiyim ağ rəngli evdə yaşadığını öyrəndim.Onunla dost olduğumu və onu evinə aparacağımı dedim.
Mən durmağa hazırlaşanda o həmin an ayağa durdu.Çox diqqətli idi və bu pis idi.Həmişə istifadə etdiyim yolla evə qayıtdıq.
Evlərinin qabağına çatanda sabah da gəlib-gəlməyəcəyimi soruşdu.

-"Bəlkə.Sağol."-dedim.

-"Sağol, Fəyid."-dedi və gülərək mənə əl yellədi.
Mən də gülüb, üzümü əks istiqamətdə çevirdim və sürətlə ordan uzaqlaşdım.

Əlvida, həyatDonde viven las historias. Descúbrelo ahora