16.İş səyahəti

48 6 3
                                    

Fəriddən:

Evə daxil olub, yemək otağına keçdim.
Valideynlərim yəqin ki, artıq günorta yeməyini yeyirdilər.Karidorda sağ tərəfə dönüb, yemək otağına daxil oldum və yemək masasına yaxınlaşdım.

-"Salam.İndidən deyim, bir az gəzməyə çıxmışdım."

-"Eybi yoxdu, onsuz da bir neçə gün gəzməyə gedə bilməyəcəyksən."-dedi atam üzümə belə baxmadan.
Təəccüblənmişdim.

-"Niyə?"

-"Bir müddət meşədə qalacağıq, yeni kitabım üçün."

-"Yaxşı, onda siz gedin.Mən evdə qalaram."

-"Dedim ki, bizimlə gedirsən!"-atam səsini artırdı.

-"Lalə, sən hazırlaş.Həmişəki kimi 1 həftəlik gedirik."
Anamla isə, məndən fərqli olaraq, tam sakit tonla danışmışdı, sanki bir-iki saniyə bundan əvvəl qışqıran adam o deyilmiş kimi.
Ağlıma gələn fikirlə üzümə saxta bir gülmsəmə yerləşdirdim.

-"Düz deyirsən, ata, mən də gedirəm sizinlə.Üzr istəyirəm qarşı çıxdığım üçün.

-"Yeməyini ye, get hazırlaş.Nə götürməli olduğunu bilirsən."-deyə atamın yerinə cavab verdi anam.

-"Hə, bilirəm."-deyib, iştahla yeməyimə girişdim.
Nə də olsa, bu, evdəki son yeməyim idi.
Günorta yeməyi bitdikdən sonra, demək olar ki, qaça-qaça otağıma çıxdım.Cəld ən böyük səyahət çantamı götürüb, geyinmə otağına keçdim.
Evin bu qədər böyük olması, çoxlu otaqların olması lazımdız idi.Amma, atam bunu anlamırdı.
Mənə aid olan tərəfdəki şkafdan bir neçə geyim seçib çantaya qoydum. Əslində, hamısını götürmək fikrim var idi, ancaq hələ atamla anam da bu otağa girəcəkdilər və şkafımı boş görsələr, heç yaxşı olmayacaqdı.Bir bəhanə ilə son anda geri qayıda bilərdim.
Bu otaqla işim bitdikdən sonra öz otağıma qayıtdım.Kitabxanamızdan təzəlikcə götürdüyüm atamın kitablarından bir neçəsini çantama atdım.
Atamın işi ilə əlaqədar tez-tez meşəyə getdiyimiz üçün, lazımlı şeyləri bir şkafa yığmışdım.Ordan əl fənərləri, bir-iki çətir və birdəfəlik istifadə üçün çəngəl, boşqab və digər şeylər olan paketi götürdüm.İndi isə sıra mətbəxdə idi.Çantamı çarpayımın üstünə qoyub, qapını açdım.Birinci mərtəbəyə düşüb, yemək otağına nəzər saldım. Valideynlərim burda yox görünmürdü-
lər.Yəqin ki, otaqlarında yığışmaqla məşğul idilər.
Mətbəxə daxil olub, soyuducunu açdım.
Ancaq, özüm üçün yararlı nə götürəcəyimi bilmirdim.Bir neçə banka kola və qazsız su götürüb, soyuducunu bağladım.Yönəldiyim quru ərzaq şkafını açanda bir anlıq özümü boşluqda hiss etdim.Evdən qaçmaq fikrinin nə dərəcədə düz olduğunu bilmirdim. Bəlkə, bir də heç vaxt bu qədər rahat həyatım olmayacaqdı.Ağac budağı və ya çadır heç bir şəraitdə öz yumşaq çarpayımı əvəz etməyəcəkdi.Amma, mən bu həyatı da istəmirdim; yalnız puldan ibarət olan süni həyatı.Mən daha çox macəra istəyirdim.Yox, qərarımdan dönməyəcəkdim, üstəlik, məqsədimə bu qədər yaxınlaşmışkən.
Şkafdan hazır şorbalar, bir neçə paket makaron, duz filan götürdüm və onlara əlimdəkilərin arasında yer edib, mətbəxdən ayrıldım.
Otağıma qayıtdıqda əlimdəkiləri adətən yeməklər üçün ayırdığım çantaya yerləşdirdim.Qalan son işim üçün yenə böyük bir çanta çıxardım.Ona da selion döşək, yastıq, yorğan qoydum.Heç vaxt meşəyə getdikdə mənim çantalarımın sayı ikini keçməmişdi.Anamgilin şübhələnməsindən qorxurdum.Tünd qəhvəyi rəngli çantada sadəcə bir neçə geyim var idi.Yarısından çoxu boş olan bu çantanı evdən çıxanda dolduracaqdım.
Təxminən yarım saat son dəfə çarpayımda uzandıqdan sonra adapter və qulaqcığımı kürək çantamın cibinə, telefonumu isə şalvarımın cibinə qoydum.Bütün çantalarımı bir-bir, demək olar ki, sürüyə-sürüyə otağımdan çıxarıb birinci mərtəbədəki karidora qoydum.Pilləkənləri söhbət edə-edə düşən anamla atam mənə və divara söykədiyim çantalarıma təəccüblə baxdılar.Sonra isə anam gülərək yanıma gəldi və başımı sığalladı.

-"Əla, Fərid.Deməli, səndə bir azca da olsun, iş səyahətlərinə maraq oyada bilmişik."
Yenə həmişəki saxta qayğı.Sadəcə istəklərini yerinə yetirəndə qazandığım bir neçə saniyəlik süni valideyn qayğısı.

-"Hə, ana.Düşündüm ki, sizə etiraz etməklə bir şey əldə etməyəcəyəm."

-"Lap yaxşı."
Atam çantaları maşına yerləşdirənə qədər biraz telefonumla oynadım.Meşədə olmağımıza baxmayaraq, burda internet yaxşı işləyirdi.Proqram yükləmə saytına daxil olub, yükləmək üçün proqram seçməyə başladım.Barmağımla səhifəni aşağı çəkdikdə gözümə atamın şirkətinin adı sataşdı.Atam bilinməyən şeylər - əsasən də, ruhlar haqqında araşdırmalar aparır, tapdığı məlumatları (hansı ki, atam fakt adlandırırdı) dəftərlərə qeyd edib, sonra çap etdirirdi.Ancaq, öz yazdığı kitabları satışa buraxmırdı. Atam həmişə öz dəyərli əlyazma və kitablarının kitabxanadakı şifrəli şkafda xüsusi nəzarət altında saxlandığını deyirdi.Mən isə, boş vaxtlarımda kitabxananı kifayət qədər gəzdiyim halda, orda heç bir xüsusi şkaf görməmişdim.Diqqət çəkən tək şey otağın lap sonunda olan, iri kitab rəflərinin arxasındakı qapı idi.Onu tapanda açmağa cəhd etsəm də, açılmamışdı.Heç mən də bu mövzunun üzərində çox dayanmamışdım.
Lakin, atamın kitablarla yanaşı, proqram da hazırladığını bilmirdim. Həmin proqrama daxil olub, nə haqqında olduğuna baxdım.Bu, ruh naviqatoru idi.Siyahının aşağısında daha bir neçə proqram var idi.Maraqlısı isə, bunların heç birinin bircə dəfə də olsun yüklənməmiş olması idi.2-3 proqramı telefonuma yüklədim.Gözücu maşın olan tərəfə baxdıqda atamın artıq son çantaları yerləşdirdiyini gördüm.Cəld hərəkətlə telefonu cibimə qoyub, onun yanına qaçdım.

-"Ata, gedirik?"

-"Hə, gedirik.Gözlə, bunları da baqaja qoyum, sonra."
Yerdə qalan çantalara baxdıqda özüm üçün boş saxladığım qəhvəyi rəngli çatanın da orda olduğunu gördüm.Tez tərpənmək lazım idi.Əyilib çantamı əlimə götürdüm.

-"Ata, sənə kömək edim."

-"Pis olmazdı."

-"Offf..."

-"Nə oldu, Fərid?"

-"Ayaqyoluna getməyi unutmuşam.5 dəqiqə gözləyin, gəlirəm."
Əlimdəki çanta ilə evə tərəf qaçdım.
Atam arxamca qışqırsa da, dayanmadım.Qaça-qaça pilləkənləri qalxıb, paltarlar olan otağa girdim.Şkafı açıb, bütün geyimlərimi çantama yığdım.Artıq anamla atam boş şkafı görəndə hər şey üçün gec olacaqdı.
Çantamı təzəcə bağlayırdım ki, anamın səsini eşitdim.

-"Fərid, hardasan?"
Cəld öz otağıma qaçıb vanna otağına girdim və qapını bağladım.

-"Otağımdayam.Sən çıx, ana, gəlirəm."
Bir müddət gözlədikdən sonra qapını örtüb bayıra çıxdım.Artıq atam da, anam da maşında idi.Tez baqajı açıb çantamı ora qoyduqdan sonra arxa qapını açmaq istəyirdim ki, yerdə parlayan bir şey gördüm.Açarı cibimə qoyub maşına mindim.Yəqin ki, atamın idi.Ona çadırlar qurulanda da qaytara bilərdim.

Bəyənənlər vote versin ki, hekayənin nə dərəcədə sevildiyini bilim.)




Əlvida, həyatNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ