11.Köhnə dost

83 13 2
                                    

12 il əvvəl...

Ağacların arası ilə qaçırdım.Gülürdüm, çünki sevinirdim.Qaçanda hər şey yadımdan çıxırdı.Dostumun olmamağı, məsələn.Amma anamla atam məni çox istəyirdilər.
Dar cığır ilə bir müddət getdikdən sonra bir uçurumun qırağında olduğumu anladım.Deyəsən azmışdım.Buraya ilk dəfə idi ki gəlirdim.Ətrafda heç kim görünmürdü.Əynimdəki ağ sarafan mən qaçdıqca küləklə bir əsirdi.Biraz da qaçdıqdan sonra dayandım.Uzaqda elə bil kimsə görünürdü.Yenə qaçdım.Bu uşaq idi.Uçurumun qırağında oturmuş, ayaqlarını da aşağı uzatmışdı.Gözünü uzaqlara zilləmişdi.Nə isə düşünürdü.Ona tərəf gedib sağ tərəfində oturdum və onun kimi ayaqlarımı aşağı sallatdım.Mənim gəldiyimi görməmişdi?!Düz yanında oturmuşdum.O isə heç nə hiss etmirdi?!

-"Salam."
Bir neçə dəqiqə keçdikdən sonra nəhayət ki cavab verdi.

-"Salam."

-"Sən buyda neyniysən?"-hə, o vaxt "r" hərfinin yerinə "y" deyirdim, amma 8 yaşımdan sonra düzəldi.

-"Ha ha ha ha..."
Gülürdü.O da mənimlə yaşıd idi, amma təmiz danışırdı.

-"Balaca, sənin neçə yaşın var?"

-"Altı.Sənin neçə yaşın vay ki mənə balaca deyiysən?"

-"Yeddi.Gördün ki məndən balacasan."
Qollarımı qucağımda birləşdirdim.Bu mənim "küsdüm" demək tərzim idi.

-"Küsdün, balaca?"
Cavab vermədim.Az, amma çox az tərsliyim var idi.Ya da biraz çox.

-"Yaxşı, sən bura niyə gəlmisən?"
Heç vaxt yaşıdlarımla bu qədər uzun müddətli danışmadığım üçün bu şansı qaçırmayacaqdım.

-"Evin qabağında oynayıydım, azdım."

-"Siz burda yaşayırsınız?"

-"Hə, bəs siz?"

-"Biz də.Evdən bura çox yol gəldin?"

-"Biyaz."

-"Onda tapmaq asan olacaq.Adın nədir?"

-"Yasəmən.Bəs sənin adın nədiy?"

-"Fərid."
Mənə cavab verirdi, ancaq mənə tərəf bir dəfə də baxmamışdı.Bəs mənimlə dost olmayacaqdı?

-"Fəyid, mənimlə dost olaysan?"

-"Niyə?Sənin dostun yoxdur ki ?!"

-"Yoxdu.Nolay, nolay, nolay."

-"Yaxşı."
Deyəsən heç mənimlə dost olmamışdı.Hələ də nəsə fikirləşirdi.

-"Sən nə fikiyləşiysən?"
Dizinin üstündə bitən cins kapri və mavi köynək geyinmişdi.İkimiz də ağ idman ayaqqabısında idik.Ağ və mavi mənim ən sevdiyim rənglər idi.

-"Bilmirəm.Heç uçmaq istəmisən?"

-"O qədəy istəmişəm ki.Bu mənə şeyi xatıyladıy.Şeyi, ıııı...

-"Azadlığı!"-ikimiz də eyni anda qışqırmışdıq.
Bir neçə dəqiqə ikimiz də uçurumun kənarında oturduq.Düşünürdük.Nə düşündüyümüzü bilmədən düşünürdük.Sanki o dəqiqələrdə ikimiz də həyata eyni gözlə baxırdıq.Eyni şeyi düşünürdük,eyni şeyi görürdük.Uçurumun kənarında oturaraq bizimlə üzbəüz olan meşəyə baxırdıq.İkimiz də eyni anı yaşayırdıq.
Buradan baxanda meşənin sonu görünmürdü.Elə bu anın da sonu görünmürdü.Bir söz desəm yaxşı olacaqdı.

-"Dedin ki siz də buyda yaşayıysınız.Amma deyəsən buyda gecələmək fikyin vay."
Evə getmək istəmirdi?Mən artıq darıxırdım.

-"Mən hər gün səhərdən axşama kimi burada oluram.Gecə ay çıxanda ağaclar görünmür; sanki boşluqdasan.Ay işığı artıq çətin görünən şəlalədə əks olunur və gələn su səsi ilə birlikdə ahənglik yaradır."-cümləsini bitirdikdən sonra uzun müddət mənə baxdı.
Yeddi yaşında bir uşaq üçün söz ehtiyyatı olduqca çox idi.

-"Sən bu il məktəbə gedəcəksən?"
Hələ iyul ayı idi və məktəblərə qəbul başlanmamışdı.

-"Mən artıq ikinci sinfə gedəcəyəm."

-"Böyükləy kimi danışıysan."

-"4 yaşımdan hazırlığa gedirəm və kitab oxumağı xoşlayıram."

-"Nə yaxşı, mən də 4 yaşımdan hazıylığa gediyəm.Kitabxanamızda mənim üçün ayyılmış kiçik yəf də vay.Tez-tez oyda atamla kitab oxuyuyuq."

-"Eviniz ağ rəngdədir?"
Bu sualı verməklə məni dinləmədiyini bildirmişdi.

-"Hə, ağ və qəhvəyi."

-"Dur gedək, balaca.Səni evinə aparım."

-"Sən bizim evimizi haydan tanıyıysan?"

-"Bura gəlmək üçün sizin evin qabağından keçirəm.Həmişə mənə maraqlı idi ki, orada kim yaşayır.Görəsən mənimlə dost olar?"

-"Sənin də dostun yoxdu?"

-"Yox idi.Amma indi biri var."

-"Kimdi o?"

-"Sənsən.?"

-"Deməli biz dost olduq?"

-"Hə.Dur gedək.Daha gecdir."

-"Oldu."
İkimiz də ayağa durduq və o öndə, mən arxada meşədə irəlilədik.Evə dönüş yolunu yadımda saxladım.Hər gün bura gəlirdisə, onun dostu olaraq mən də gələcəkdim.Söhbət edə bilərdik.
Evimizi görə bilirdim.Yenidən evə qayıtmışdım.

-Çox sağol, sən olmasan meşədə öləcəkdim."

-"Dəyməz."

-"Sabah da uçuyuma gələcəksən?"

-"Bəlkə.Sağol."

-"Sağol, Fəyid."-gülüb əl yellədikdən sonra düz gedib uzaqlaşdı."
Evə girdikdən sonra anamla atama meşəd biraz dərinə getdiyimi, axşam düşəndə gələn səslərdən qorxub bir ağaca çıxdığımı və orada yatıb qaldığımı demişdim.
Duş qəbul etdikdən sonra yatağıma girdim.Çox yuxum var idi.Əgər sabah orada olsa, yenə düşünə bilərdik.Bu çox maraqlı idi.
Elə bunları düşünərək də yuxuya gedim.
Səhər hava işıqlı idi.Günəş parlayırdı.Geyinmək, yemək yemək, bir-iki ev tapşırığı kimi şeyləri tez həll edib çölə çıxdım.Uçuruma gedəcəkdim.
Onun məni evə gətirdiyi yolla geri qayıtdım.Amma orada deyildi.Həminki yerdə biraz otrub onu gözləməyə qərar verdim.Amma saatlar keçsə də gəlməmişdi.Ayağa qalxıb onu çağırmağa başladım.

-"Fəyid!Fəyiiid!Haydasaaan?"
Artıq məktəvə getmək yaşım çatmışdı və mənim "r" hərfi yerinə "y" deməyim yaxşı çıxmırdı.Yaxşı ki, sadəcə danışanda "y" deyirdim.Fikirləşəndə "r" deyə bilirdim.Amma danışanda alınmırdı.

-"Hey, kimsə vay?"
Cavab gəlmirdi.Həmin gün gecəyə kimi orada oturub onu gözlədim.Gəlmədi.
Ondan sonrakı gün və sonrakı gün.Həftələrlə ora getdim.Bu artıq vərdiş halını almışdı.Bir müddət sonra uçuruma nə üçün getdiyimi unutdum.Orada oturub düşünürdüm.
O məni satmışdı.Dostum olduğunu demişdi, ancaq gəlməmişdi.
Evimizin qabağından sola döndüm və düz getdim.Getdim, getdim, uzun müddət yol getdim.Nəhayət bir ev görmüşdüm.Bizim evimizdən böyük olardı.Evə biraz daha yaxınlaşdım.Bura onun qaldığı ev olmalı idi.

-"Evdə kimsə vay?"
Birdən kiminsə məni izlədiyini hiss etdim və başımı yuxarı qaldırdım.Dördüncü mərtəbədən mənə kimsə baxırdı.Amma mənim ona baxdığımı görən kimi cəld pəncərənin pərdəsini örtdü.Orada kiminsə olduğuna əmin idim.Qapının qulpundan tutub açmağa çalışdım.Bütün cəhdlərim boşuna idi, qapı bağlanmışdı.
O gündən sonra o evə getmədim.Lakin mən evə qayıdanda belə arxadan kiminsə gözünün üstümdə olduğunu hiss etmişdim.Olsun, mən yenə də hər gün uçurumun kənarına getməyə davam etdim.Artıq orada təskinlik tapırdım.Həmin yerdə məni sakitləşdirən nəsə var idi.O gedəndən bu uçurumla dostlaşmışdım.Bəli, qazandığım yeganə dostumu itirmişdim.O mənim birgünlük dostum olmuşdu...
Onu bir daha görmədim.Amma əminəm ki, hər kəsin yalnız bir dəfə gördüyü insanı bu qədər doğma hiss etmək şansı olmur.O getmişdi, ancaq uçurumda özündən bir parça buraxmışdı.Hər külək əsəndə yanımda məni dinləməyə hazır bir dost hiss edirdim.Dostumu unutsam da, bu uçurumu heç vaxt unutmayacaqdım...

Xahiş edirəm, oxuyanlar öz dostlarına tövsiyyə etsin ki, oxuyucularımız artsın.)O biri kitabıma da baxsanız sevinərəm.)

Əlvida, həyatWhere stories live. Discover now