22.Yox olmaq

44 4 3
                                    

12 il sonra...

Mən Fərid Kərimli.Həmin Fərid.Mən dəyişməmişəm, amma dəyişən çox şey var.Məsələn, artıq məktəbdə yox, universitetdə oxuyuram.Artıq atasının sevmədiyi Fərid yox, insanları sevməyən Fəridəm.Düzünü desəm, valideynlərimin səslərini belə unutmuşam.Xeyr, bu onları sevmədiyim üçün deyil.Sadəcə olaraq, hər hansı bir şeyi və ya birini unutmaq istəyəndə belə edirdim.Onları da itirəndən sonra arxalarından ağlamamış, yas saxlamamışdım.Otaqlarının qapısını kilidləmiş, onları xatırladan hər şeyi bir qutuya doldurub harasa qoymuşdum. Hara qoyduğum belə yadımda deyil. Bəlkə də, bu məni digər insanlardan ayıran fərqləndirən şeylərdən sadəcə biridir.Səhərlər yemək yerinə, kofe içirəm.Musiqiyə qulaq asmaq yerinə, özüm musiqi yaratmağı sevirəm.Dəniz görən hər kəsin ilk reaksiyası qaçaraq dənizə girmək olar.Mən isə baxıram, düşünürəm və hər dəfə daha da heyran qalıram.Dənizin səbrliliyinə heyran qalıram.
Mən dəyişməmişəm, amma həyat dəyişib.Artıq insanların kirli qəlblərini daha yaxşı görürəm, çünki o saf uşaq yoxdur daha qarşılarında.Balaca olanda insanların sadəcə mənə laqeyd davrandıqlarını düşünürdüm. Qohumları ziyarət edəndə süni "salam" dan sonra görünməz olurdum sanki. Amma, böyüdükcə onların hamıya qarşı elə laqeyd davrandıqlarını gördüm.Hər kəs sadəcə özünü fikirləşir.
Onları itirdikdən sonra 16 yaşıma qədər hər zamankı xidmətçimiz mənimlə qaldı.Onu tək yaşaya biləcəyimə görə razı sala bilməmişdim.Son 3 ildir ki, tək yaşayıram.Tanımadığım heç kimlə danışmamağa çalışıram.Universitetdən də ünsiyyətdə olduğum sadəcə 1 dostum var.Onun da atası bizim şirkətdə işləyirdi.Mən balaca olanda işlə əlaqədar olaraq atası ilə bir-iki dəfə bizə gəlmişdilər.Azər bəy şirkətdə atamın yeganə dostu olub.Əvvəlcədən də atam ona deyib ki, "mənə bir şey olsa, Fərid hazır olana qədər şirkəti sən idarə edərsən".18 yaşım tamam olan kimi məni çağırdılar, şirkətin başına keçməyimi istədilər.Məndən başqa uşaqları olmadığı üçün, ailəmin bütün sərvəti mənim adıma keçmişdi.Amma, şirkət idarə etmək kimi ciddi işlər mənlik deyildi.Ona görə də, Azər bəylə danışıb ondan şirkəti idarə etməsini istədim.O da razı oldu, ən azından bir neçə il məni idarə edə biləcəyini dedi.Azər bəy pis adam deyildi.Elə onun oğlu Səlim də pis uşaq deyildi.Atamın əvvəlcədən hazırlayıb Azər bəyə verdiyi sənədləri imzaladıq.Razılaşmaya görə, atamın bank hesabındakı pullar, şirkət və bəzi məlumatlar (məncə burada o, gizli məlumatları nəzərdə tuturdu) mənim olacaqdı, Azər bəy isə maaşını alacaqdı.Bir sözlə, şirkətin sahibi mən idim, lakin o ofisdə mən oturmurdum.
Şirkət məsələsini həll etdikdən sonra normal həyatıma geri döndüm.Evdən də universitet, ara-bir şirkətə və alış-veriş üçün çıxıram ancaq.O gündən sonra həmin adını anmaq istəmədiyim varlıqlar məndən əl çəkmişdilər.Mən indi yaşadığım həyatdan razıyam. Valideynlərimin olmamasına isə alışmışdım.Onlardan çox qayğı görsəydim, bəlkə də, onları unutmaq daha çətin olardı.
Telefonumun zəng səsinə oyandım.Bir müddət yatağımda telefonumu axtardıqdan sonra nəhayət tapdım və kimin zəng elədiyini öyrənmək üçün ekrana baxdım.Səlim zəng edirdi.Yuxulu səsimlə cavab verdim zənginə.

-"Alo?"

-"Sənin də sabahın xeyir, Fərid."

-"Sabahın xeyir, Səlim.Nə olub, yenə yuxunda məni görmüsən?"

-"Hə, yuxumda səni görmüşəm. Həmişəki kimi dərsə gecikəcəkdin.Mən də dedim, zəng eləyib oyadım."
Telefonu qulağımdan çəkib, ekrandakı saata baxdım.Düz deyirdi, bir az da yatsam, universitetə gecikəcəkdim.Mən isə, hələ də niyə saata divarda baxmaq əvəzinə, telefonda baxdığımı düşünürdüm.

-"Yaxşı elədin.Bu gün sənin maşınınla gedək."

-"Oldu.Hələlik."

-"Hələlik, Səlim."
Telefonu yenidən çarpayıya atdıqdan sonra ayağa qalxdım.Gecə yorğun olduğumdan, elə ev paltarlarımla yatmışdım.Geyim şkafımın qapısındakı güzgnün qarşısına gəldim və özümə baxdım.Yaraşıqlı idim.Güldüm bu düşüncəmə, özümü təriflədiyim üçün. Amma, doğrudan da, insanların "yaraşıqlı" deyə adlandırdıqları tiplərdən idim.Bu barədə atama oxşamışdım.Qəhvəyi rəngdə saçlarım və gözlərim var idi.Saçlarım həmişə dağınıq olurdu.Boyum da uzun idi.Üz cizgilərim sərt, sanki hər an qəzəblənəcəyəmmiş kimi idi.
Şkafı açdım və cins şalvarla qara rəngli qısaqol köynək geyindim.Telefonu götürüb cibimə qoydum və birinci mərtəbəyə endim.Qapının yanındakı şkafdan ağ idman ayaqqabılarımı götürüb geyindim.Divardakı güzgüdə son dəfə özümə baxdım.Onsuz da dağınıq olan saçlarımı əllərimlə bir az da dağıtdım.Şkafın üstündən evin açarı ilə qara rəngli çantamı götürüb evdən çıxdım və qapını açarla bağladım. Şəhərə çıxan yola tərəf irəliləməyə başladım.Dar avtomobil yolunun qırağına çatanda dayandım.Çox keçmədən Səlimin ağ rəngli avtomobili göründü və qarşımda dayandı.

You've reached the end of published parts.

⏰ Last updated: May 05, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Əlvida, həyatWhere stories live. Discover now