18.Onlar

23 8 0
                                    

Nə qədər yol getdiyimi bilmirəm. Bildiyim yək şey meşənin daha dərinliyinə getdiyim idi.Yorulana qədər irəlilədim.Bu qədər ağır çantaları daşımaq çətin idi.Torağın düzlüyünün itdiyini hiss etdim.Deyəsən, üzüaşağı gedirdim.Bir az da yol getdikdən sonra su səsi gəldi.
Zaman keçdikcə ağacların genişləndiyi-
ni hiss edirəm və qarşıdakı daş divarı görürəm.Yəni yol bitdi?Meşənin sonuna gəlmişəm?Bu ola bilməz axı.Təkcə ay işığı ilə ətrafı görə bilməyəcəkdim.Divar boyu hərəkət edərək məskunlaşmaq üçün uyğun yer tapmağa çalışdım.Su səsi də getdikcə yaxınlaşırdı.Artıq suya yaxın olduğumu bilirəm.Ancaq, belə qaranlıqda düzgün yeri tapa bilməyəcəkdim.Çantalarımı yerə buraxdım və birinin içindən böyük fənəri çıxardım.Fənəri işə salıb ətrafa nəzər saldım.Məndən təxminən 10 metr aralında bir şəlalə axırdı.İşığı bir az yuxarı saldıqda, uzun daş divarlarla əhatələnmiş bir yerdə olduğumu gördüm və dərk etdiyim şey sevinməyimə səbəb oldu.Hər zaman gəldiyim uçurumun aşağısındaydım. Lakin indi lazımınca sevinməyə belə taqətim yox idi.Çadırımı açıb qurdum və əşyalarımı içinə daşıdım.Səhər buranı yaxşı-yaxşı araşdırmalı idim.Yerimi rahatladım və sanki bir neçə il yatmamışam kimi dərin və gözəl bir yuxuya getdim.
  Səhər şəlalənin və quşların səsinə oyandım.Hələ də cibimdə olan telefonumda saata baxıram  və saatın 07:43 olduğunu görürəm.Çadırı olduğu kimi qoyub bayıra çıxıram.Hər yerdə rəngarəng çiçəklər, kəpənəklər, müxtəlif ölçüdə ağaclar var idi.Göydə uçan quşların səsinin fonunda şəlalənin də səsi gəlirdi.Görəsən, valideynlərim yoxluğumu hiss eləyiblər, ya hələ də hər şeydən xəbərsiz yuxudadılar?
İçində ərzaqlar olan yaşıl rəngli çantadan bir neçə paket peçenye və meyvə şirəsi çıxararaq tək başına yeməyə başladım.Yeməyimi yeyib qurtarandan sonra, buranı kəşfə çıxmağı qərara aldım.Hər tərəfdən gül iyi gəlirdi.Birdən həmin qızın uçuruma gələ biləcəyini düşündüm.Çadırı və əşyaları toplayıb hər zaman oturduğum yerin alt tərəflərində məskunlaşmaq qərarına gəldim.Hislərimə güvənərək üzüyuxarı olan yolu izləməyə başladım. Uçurumun divarının dibi ilə yuxarı qalxan bu yolun sonu mağaraya bənzəyən bir yerdə bitirdi.Yerdən, təxminən, 7-8 metr yuxarıda olardı. Buradan da yuxarıda həmişə oyurduğum yer var idi.Lakin, o qız uçuruma gəlsə belə, mənim olduğum yeri görə bilməzdi.
Əşyalarımı bir küncə qoydum.Çadırı da qurub, özüm üçün hazır vəziyyətə gətirdim.O an telefonuma zəng gəldi. Ekranda atamın zəng elədiyini gördüm.
Cavab verməməyi seçdim.Onun imkanları geniş idi və məni bir neçə saniyəlik telefon danışığı ilə tapa bilərdi.
Gələn zəngi rədd etdim.Daha sonra ağlıma evimizin qabağında ikən internetdən yüklədiyim proqramlar düşdü.Ruh naviqatoruna daxil olub, onu işə saldım.Ekrandakı dairənin içindəki xətt dairə boyu fırlanırdı.1 dəqiqəyə yaxın vaxt keçdikdən sonra xətt fırlanmağı dayandırdı cə dairənin içində bir neçə qırmızı nöqtə göründü. Bu nöqtələrin ətrafda olan ruhları işarə etdiyini təxmin etmək çətin deyildi.İşin ən qəribə tərəfi isə bu nöqtələrin dairənin mərkəzinə tərəf hərəkət etməsi idi.Qırmızı nöqtələr əgər ruhları işarə edirdisə, dairənin mərkəzindəki yaşıl npqtə mənim dayandığım yer olurdu və həmin ruhlar mənə tərəf gəlirdi?Bu proqram sıradan bir şirkət tərəfindən yazılmış olsaydı, saxta olduğuna inanardım.Amma, bunu atam hazırlamışdı və dünən dediklərinə görə, yazdıqları o qədər həqiqi imiş ki, hətta ruhlar belə bu məlumatların arxasınca düşmüşdü.
Qırmızı nöqtələr isə hələ də mənə tərəf sürətlə yaxınlaşırdı.İndi həmin ruhlar məni təqib edirdi?Bu necə ola bilərdi axı?Artıq məndən 3 metr aralıda görünən nöqtələr narahatlığıma səbəb olurdu.Lakin, gözlədiyimin əksinə, mağaraya qorxunc varlıqlar yox, sadəcə kiçik bir kağız parçası daxil oldu. Kağızın ardınca kiminsə gələ biləcəyini ehtimal edib, bir az gözlədim.Ancaq, gələn olmadı.Yavaş hərəkətlərlə mağaranın girişinə irəliləyib, yerdəki kağızı götürdüm.Kağızda:

"Fərid Kərimli, təxmin edirik ki, bizim nə olduğumuzu artıq bilirsiniz.Sizin atanız Akif Kərimlinin əlində onda olmamalı olan məlumatlar var.Üstəlik o, bizim yerimizi internetdən canlı olaraq yayıb.Bəlkə də insanları bizdən qoruyur deyə sevinir, ancaq əmin olun ki, onun bu sevinci uzun çəkməyəcək. Biz öz məqsədimizə nail olacağıq.Hər şeyin açarı sizdədir.Ya o qapını açıb hər şeyi bizə təslim edərək özünüzün və ailənizin xilas etmiş olarsınız, ya da atanız dəlixanada, siz isə torpağın altında oyanarsınız."- yazılmışdı.
Yarım saat əlimdə kağızla donmuş vəziyyətdə olanların şokunu yaşadım. Deməli, düz fikirləşmişəm, indi də mənim ardımca düşüblər.Bəs açarın məndə olduğunu haradan bilirlər? Üstəlik, o qapının açarı imiş.Yəqin ki, atam bütün məlumatları həmin otaqda saxlayır.Axı onlara necə inana bilərəm?
Əgər məlumatları onlara versəm, ailəmi rahat buraxarlar?Məncə, artıq biz lazımından çox bildiyimiz üçün bizi öldürə bilərlər.Atamın meşəyə onlardan qaçmaq üçün gəldiyini düşünsək, mənim qaçmağıma görə evə dönməz.Yəqin ki, hələ bir neçə gün də orada qalar.
Kürək çantama su, yenə bir paket peçenye, fənər və çadırımı büküb qoydum.Kağızı da telefonum olan cibimə qoydum və yola düzəldim.Lakin bir müddət sonra haradan gəldiyimi unutduğum üçün, uçurumun divarları boyu hərəkət etməyə başladım.Nəhayət, divarların yarısını fırlandıqdan sonra, yuxarı qalxan yol tapdım.Çox güman ki,  buradan gəlmişdim.
15 dəqiqə sonra, artıq meşədə idim.Evimizə tərəf getməyə başladım.
Evin qapısı açıq idi.İçəri girib, kitabxananın olduğu 2-ci mərtəbəyə qalxdım.Sağ tərəfdəki sonuncu qapını açıb otağa daxil oldum.Bir vaxtlar gördüyüm o qapının yerini xatırlamağa çalışdım.Atamın dediyinə görə, kitabxananın sonunda idi.Bəs kitabxananın sonu hara idi?Heç vaxt onun sonuna gedib çıxmamışam.Ora daha çox labirint kimi olduğundan, həmişə qorxmuşam.Həm mənim üçen ayrılmış rəf girişə yaxın olduğuna görə, ehtiyac da duymamışdım.
Ancaq, bu qapını tapmaq üçün, girişdəki xəritədən istifadə edə bilərdim.Giriş qspısının yanındakı divarda quraşdırılmış cihaza tərəf getdim.Ekranın sağındakı işə salma düyməsinə toxumub, açılmağını gözlədim.Bir neçə saniyəyə açılan ekranda kitabxananın xəritəsi var idi.Barmağımla ekrana toxumaraq rəfləri sürətlə aşağı ötürdükdən sonra, karidorlar bir-bir azalmağa başladı. Onlar bir-biri ilə kəsişir, sayları azalırdı.Ekranın görüntüsünü kiçildib ən uzun - bütün karidorların biləşərək gəlin ona çıxdığı nəhəng karidoru tapmağa çalışdım və budur, mərkəzdə olan karidor sonda 2 rəfin əhatəsində bitir.Ekrandakı surətin çıxmağını bildirən işarəyə toxundum və cihazın alt tərəfindən çıxan kağızı əlimlə tutdum; məni həmin qapıya aparacaq olan yolun xəritəsini.
Əlimdəki kağızla karidorları dönə-dönə irəliləyirdim.Nəhayət, 4-5 dəqiqə sonra geniş karidorun sonuna gəldim.2 böyük rəf görünürdü.Onların yanından keçib, hələ də divarla həmrəng olduğu üçün diqqəti cəlb etməyən qapıya yönəldim. Qapının dəstəyini burdum, ancaq açılmadı.Üstündə kod yığmaq üçün hər hansı bir yer də yox idi.Xəritə kağızını qatlayaraq boş olan sol cibimə qoydum.
Amma, əlimə soyuq bir şey dəydi.Onu çıxaranda açar olduğunu gördüm. Atamın düşürdüyü və mənim ona verməyi unutduğu açar.Açar...Hər şeyin açarı...Onu qapıdakı açar deşiyinə saldım və 2 dəfə sağa fırlatdım.Yenidən qapının dəstəyini burdum və qapını yavaşca araladım.

Oxuyub bəyənənlər, tənbəllik etməyin, vote verin.) Təşəkkürlər.

Əlvida, həyatWhere stories live. Discover now