17.Həqiqətlərlə üzləşmək

46 4 6
                                    

Fəriddən:

 Artıq 1 saata yaxındır ki, yol gedirik. Əgər səhv etmirəmsə, şəhərə tərəf yox, meşənin dərinliklərinə irəliləyirdi maşın.Doğrusu, atamın bu qədər tələsik iş səyahətinə çıxması, üstəlik, bizi meşənin heç vaxt getmədiyimiz qədər dərinliyinə aparması bir az qəribədi.
O, tez-tez maşının güzgülərində baxır, narahat halda meşəyə göz gəzdirirdi. Alnının qırağından axan təri silən əli titrəyirdi.Onu belə qorxuya salan və gecə vaxtı meşənin dərinliklərinə getməyə vadar edən şey nə ola bilərdi ki?

-"Ata, elə bil, həmişə getdiyimiz yerlər daha yaxın olurdu axı."
Atam baxışlarını arxa güzgüdən çəkmədən cavab verdi.

-"Bu dəfə fərqlidi.Yox, belə olmamalıydı, onlara söz vermişdim."

-"Ata, nə danışırsan?"

-"Çatırıq, Fərid, çatırıq.Az qalıb.Hər şeyin bitməsinə az qalıb."
Atamın nədən danışdığını başa düşmək çətin idi.Amma, onu nəyinsə narahat etdiyi aşkar görünürdü.
Təxminən, 5 dəqiqə də meşənin dərinliklərinə doğru irəlilədikdən sonra  atam maşını dayandırdı.

-"Yaxşı.İndi yavaş-yavaş düşün."
Atamı heç vaxt bu qədər narahat görməmişdim.Bu gün həmişəkindən daha çox diqqətliydi.Şübhəli davranırdı.
Birinci anamla mən maşından düşdük.Çantaları da baqajdan  çıxardıqdan sonra hərə öz çadırını qurdu.Hər ehtimala qarşı, içində qaçmaq üçün hazırladığım şeylər olan çantanı digərlərinin altında gizlətdim.
Birdən atamın səsini eşitdim; anamla məni səsləyirdi.Ayağa qalxıb çadırımdan çıxdım.Anam artıq yatmağa hazır vəziyətdə görünürdü və tez-tez əsnəyirdi.

-"Sizə vacib bir şey demək istəyirəm."-dedi atam.
O, bizim gözlərimizə mümkün qədər az baxırdı, çünki gözü meşənin dərinliklərinə zillənmişdi.

-"Mənim bu günə qədər sizdən gizlətməli olduğum şeylər olub.Bildiyiniz kimi, mən axtarışçıyam."

Anam dayana bilməyib atamın sözünü kəsdi.

-"Məncə də.Bunu artıq bilirik."-dedi.

-"Amma, bilmədiyiniz şeylər də var."

Artıq yuxulu olduğu üçün üzünü öz çadırına tərəf döndərib yatmağa gedən anam danışdı.

-"Nə deyəcəksənsə, sabah deyərsən.Mənim yuxum var."

-"Axı məni niyə başa düşmürsünüz?Bu, bəlkə də, həqiqətləri sizə demək üçün son şansımdı."

-"Ata, sən nə danışırsan?"

-"Mən sadəcə axtarışçı deyiləm."

Biraz ara verib, növbə ilə anamla mənim gözümün içinə baxdı və davam etdi.

-"Həm də ruh ovçusuyam."

Biz şoka düşmüş vəziyyətdə ona baxarkən, atam çox ciddi görünürdü. 

-"Ruh ovçusu?"-deyə anamla eyni anda soruşduq.

-"Hə, amma bu bir az fərqlidi."

-"Kinolardakı kimi?"

-"Sevinc, dəli olmusan?Bu ciddi məsələdi.Mən çox pis işlərə bulaşmışam.Oturun, danışım."

Üçümüz də hələ yanmaqda olan oçağın ətrafında oturduq və atam söhbətə başladı.

-"Mən əvvəllər axtarışlarımın nəticəsini kitab şəklində çap etdirirdim.Ancaq, satışa buraxmırdım.

Çünki, əldə etdiyim məlumatlar satışa buraxılmayacaq qədər önəmli və həqiqi idilər.

-"Axı ruhlar həqiqi deyillər.Sən, sadəcə, əfsanə yazırdın."-deyə anam söhbətə müdaxilə etdi.

-"Yox, yanılırsınız.Onlar var.Mən hər şeyi tapmışam.İndi də onların yerini satmışam.Pislərə.Mən nə etdiyimi bilmirəm.Sadəcə, onlar deyir, mən də edirəm."

-"Ata, sən onları görmüsən?"

Dərindən nəfəs aldı və başını aşağı-yuxarı tərpətdi.

-"Hə, görmüşəm.İndi isə onlar məni şantaj edirlər.

-"Nə ilə şantaj edirlər?"

-"Bu günə qədər topladığım bütün məlumatları və qeydləri yox edəcəklər.Təbii ki, əgər istədiklərini etməsəm."

-"Bəs səndən nə istəyirlər?"

Atam udqundu.Görünür, bunu söyləmək onun üçün o qədər də asan deyildi.

-"Onlar məndən birini öldürməyimi istəyirlər."

-"Akif, zarafat edirsən, düzdü?Ya da mən kabus görürəm."

-"Onlar bizə asanlıqla görünə bilirlər.Çünki, hər biri ən az 1 insan öldürüb.Özlərini pis adlandırırlar.

Yaxşılarla mübarizə aparmaq istəyirlər və mənim də onlara qoşulmağımı.Siz başa düşmürsünüz ki, həmin ruhların əlində necə böyük imkanlar var?Hətta ruhların aləminə görə məskunlaşdıqları sagə belə digər ruh qruplarınınkından daha böyükdü."

-"Sənə inana bilmirəm, Akif.Sən artıq ruhlarla danışırsan.Məncə, ən yaxın zamanda psixoloq yanına getsən, yaxşı olar."

-"Ata, adam öldürəcəksən?Bu dünyada gözün doymadı, gedib o biri dünyada da pul qazanmaq istəyirsən?"

Əsəbiləşmişdim.Dediklərinə hər nə qədər inanmasam belə, bunu pula və ya hansısa imkanlara görə etməməli idi.

-"Siz məni dəli edəcəksiniz!"

Atam ayağ durub var-gəl etməyə başladı.

-"Akif, məncə, sən artıq dəli olmusan."

-"Mənim adam öldürmək kimi bir niyyətim yoxdu.Onlar məni buna məcbur edirlər.Hamıdan yaxşı siz bilirsiniz ki, mən 'A.K.' şirkətinə nə qədər pul qoymuşam."

-"Axı bu heç nəyi dəyişmir.Sən heç nəyə görə adam öldürə bilməzsən!"

-"Ay Sevinc, mən canımı qoyduğum bu işi göz görə-görə necə əldən buraxım?"

-"Özün bil!Əgər rahatlaşacaqsansa, kimi istəyirsən, öldürə bilərsən!" 

Mən isə söhbətə mümkün qədər az qoşulmağa çalışır, lakin atamın dediklərinə inanırdım.Anam atamın ruhlarla danışdığına inanmasa da, mən internetdə gördüyüm və 'A.K.' şirkətinə məxsus olan ruh naviqatorundan sonra atamın nəsə şübhəli bir işlə məşğul olduğunu anlamışdım.

-"Ata, bəs onların dediyii etməyib, aradan çıxsan necə?"

-"Onların bu dəqiqə belə məni izləmək ehtimalları var."

-"Akif, onda bizi niyə bura gətirdin?"

-"Mən kimisə öldürsəm, onlar da məni öldürəcəklər.Yalnız bundan sonra onlar kimi ola bilərəm."

-"Sonra sənin şirkətinə və kitablarına heç nə etməyəcəklər?"

-"Yox, heç nə etməyəcəklər.Şirkəti isə sən idarə edəcəksən, Sevinc.Xəritələr, məlumatlar və sənə lazım olacaq digər şeylər kitabxanada var."

-"Olmaz!"

Nə etdiyimi bilmədən artıq ayağa qalxmışdım.

-"Anamı öz iyrənc əməllərinə alət edə bilməyəcəksən!O da sənin kimi olmayacaq!Sənin gözünü pul tutub, nə etdiyini bilmirsən!Mən yatmağa gedirəm!"

Cəld ayağa durdum və öz çadırıma getdim.Yerimi rahatlayıb yatmağa çalışdım, ancaq yata bilmirdim. Gah o tərəfə, gah bu tərəfə fırlanırdım.

Artıq 1 saat olar ki, oyağam.Ayağa qalxıb bütün çantalarımı çadırdan çıxardım.Ocaq sönmüş, atamla anam, yəqin ki, yatmışdı.Sönmüş ocağın yanındakı kibrit qutularını da götürüb cibimə qoydum.Son olaraq çadırımı da yığdıqdan sonra qaçmağa hazır idim.

Əlvida, həyatTempat cerita menjadi hidup. Temukan sekarang