19.Sirlər

18 4 0
                                    

Bura çox qəribə yer idi.Ətrafda cürbəcür elektronik alətlər, şüşə şkaflarda saxlanılan və üz qabıqlarında qəribə şəkillər olan kitablar var idi.Mən sanki bir muzeyə düşmüşdüm.Uzun karidor boyu yavaş-yavaş hərəkət edərək heç bir şeyə toxunmamağa çalırıram. Texnalogiya ilə dolu bir otaqda idim.Hər şey elektron vəziyyətdə idi.Ən əsası isə bütün bu məlumatların həqiqi olduğunu bilməyim idi.Tez-tez atamın evə saatlarla, bəzən də günlərlə gəlmədiyi olur.Onun anamla danışığından, hansısa önəmli fakta sahib olmaq üçün minlərlə pul xərclədiyini eşidirdim.Deməli, atam pulu daha çox məlumat əldə etmək üçün çox sevirdi.
Divarda yanaşı vurulmuş qorxunc varlıqların şəkilləri var idi.Adi gözlə seçilə bilməyən, amma qırmızı qələmlə dairəyə alındığından görə bildiyim və nisbətən şəffaf olduğu üçün ruha bənzətdiyim, uzun qollu və qırmızı gözlü, parlaq boz, mavi və uzun olan bir çox varlıqlar var idi şəkillərdə.
Elə bil, bu otağın sonu yox idi.Hər tərəf ağ rəngdə olduğundan, başım qarışırdı və hara gedəcəyimi bilmirdim.Sağ və sol tərəfə gedən yollar olsa da, mən düz getməyi seçdim.
Təxminən, 15 dəqiqə getdikdən sonra yol bitdi və ağ, geniş bir divarla qarşılaşdım.Divar boş deyildi, şəffaf şüşə rəfin üstündə "arxiv" yazılmışdı. Bəzi şkafların üstündə kodlaşdırılmış kilid olsa da, çoxunda açar yeri görünürdü.Mənim isə əlimdə təkcə atamın cibindən saldığı bu açar var idi. Açarı, hər ehtimala qarşı, cibimə qoydum.Onu bu otaqda itirsəm, tapmaq bir neçə günümü alardı.
Birdən diqqətimi şkafın sol tərəfindəki kod cihazı çəkdi.Bunu aça bilməyim imkansız idi.Atamın öz adını şifrə olaraq qoya biləcəyini düşündüm. Cihazın üstündəki hərflərə toxumaraq,
"Akif" yazdım və "daxil et" işarəsinə basıb bir şey olmasını gözlədim.Ancaq, eşitdiyim səslə yerimdə hoppanmağım bir oldu.Haradan gəldiyini bilmədiyim bir kişi səsi "yanlış cəhd" deyə sözün əsl mənasında qışqırdı.

-"Özün bilirsənsə, sən aç kodu."-deyə cavab verdim cihaza.
Birdən ağlıma telefonuma yüklədiyim proqramlar gəldi.Telefonun menyusuna daxil olub yüklədiklərimə baxdım."Ruh naviqatoru", "Kod sındırıcı", və hələ nə olduğunu blmədiyim "Gizli sahə detektoru" var idi.İndi ehtiyacım olansa "Kod sındırıcı"-dır.Proqrama daxil olub "başla" işarəsinə toxundum.Ekranda bir kamera açıldı və mənim ayaqlarımı göstərdi.Yox, bu sadəcə telefonu üzüaşağı tutduğum üçün idi. Telefonumu kod cihazının üstünə tutub, "axtar" yazısına basdım.Ekran əvvəl ağardı, sonra bir yazı göründü. "........................." yazısından baş açmasam da, onu olduğu kimi cihaza köçürdüm.Şüşə soldan-sağa sürüşərək açıldı və içindəki rəflər irəli gəldi. Burada üzərində müxtəlif yazılar və şəkillər olan kitablar, sənədlər, qutular var idi. Nu gördüklərim çox maraqlı idi, ancaq mən bu qədər şeylə nə edəcəyimi bilmirdim.Bunları həmin ruhlara təslim edə bilməzdim, çox dəyərli idilər. Ağlıma o ruhların məni indi izləyə biləcəyi gəldi.Naviqatoru işə saldım. Ruhlar bu otaqda deyil, kitabxanadan buraya girişi olan qapının yanında idilər.Məni gözləyirdilər öldürmək üçün?Buradan sağ-salamat çıxmaq üçün bir yol tapmaq lazım idi.Yəqin ki, atam bu otağa tez-tez gəlirdi.Ancaq, mən onun kitabxanaya çox nadir hallarda mənsiz girdiyini görmüşəm. Belə çıxır ki, bura başqa giriş də var. Sola dönüb, axırdan birinci karidora tərəf getdim.Sonra sağa, yenə sola və sola.Getdikicə şkaflar gözdən itir, ancaq divardakı şəkillər yoxa çıxmırdı. Qorxmağa başlayırdım artıq bu şəkillərdən.Artıq divarların əhatəsindəki bu dar karidorda ürəyim sıxılırdı.Nəhayət, uzaqda bir ağ qapı göründü.Karidorun sonunacan gedib, qapının qabağında dayandım. Çıxmazdan əvvəl ruhların hələ də orada olub-olmadığını yoxlamaq istədim və düşündüyüm kimi, hələ də mənim buraya gəldiyim qapıdan çıxmağımı gözləyirdilər.
Ağ qapını açaraq oradan uzaqlaşdım.
Texnalogiya ilə dolu bu otağı gördükdən sonra, gəldiyim qapının avtomatik kilidləndiyini düşünərək ətrafa nəzər saldım.Demək, atam evin arxa tərəfinə bunun üçün xeyli əlavə ağac əkdirmişdi.Mənim çıxdığım qapı içəridən ağ olsa da, arxa tərəfi tünd yaşıl rəngdə idi.Həmçinin, atamın gizli otağı evin arxa hissəsindən uzanırdı, on da yaşıl rəngdə idi.Heç vaxt evimizin arxasında belə bir divar sezməmişdim, deməli, atam onu gizlətməyi bacarmışdı.
Telefonda hələ də həmin qapının qarşısında olduqlarını görürəm.Əm yaxşısı burada gözləmək idi.
Yarım saat keçdi və nəhayət, qırmızı nöqtələr yerlərini dəyişməyə başladı, amma bir anda da yox oldular.Qaça-qaça otağımla üzbəüz olan musiqi otağına daxil oldum.Bu otaq, demək olar ki, sırf mənim üçün hazırlanmışdı.
Böyük otağın ortasında royal, kənardakı divarda isə bir neçə ədəd gitara asılmışdı.Otağın sol tərəfi tamamilə künc divarı ilə tutulmuşdu.Onunla üzbəüz isə masa var idi və üzərində not dəftərləri ilə digər ləvazimatlar.Tez-tez evə müəllimlər gəlib mənə musiqi dərsləri keçirdilər.Bu, atamla razılaşdığım yeganə məsələ idi.
Yavaş hərəkətlərlə ən sevimli gitaramı götürüb, divanda əyləşdim və ağlıma gələn ilk akkordları çalmağa başladım.
Bu musiqi mənə uçmağı xatırladırdı.Hə, elə bil uçurdum.
Ayağa qalxdım və masadakı dəftərlərdən birinə akkordları qeyd etdim.Yenidən öz otağıma qayıtdım və pəncərədən baxmağa başladım.O qız yadıma düşdü, uçuruma gələn.Onu bir dəfə görmüşdüm, amma yenə görmək istəyirdim.Hər gün uçurumda olacağımı demişdim, amma axır günlər getmirdim.

-"Evdə kimsə vay?"-deyə səs gəldi birdən.
Bu, mütləq Yasəmən olmalıydı.Əgər məni pəncərədə görsə, pis olacaqdı. Ruhların onu da təqib etməsini istəmirəm.Mən evlə bərabər hər şeydən qaçırdım.Birgünlük gözəl xatirələrdən belə.
Tez pəncərəni örtüb pərdəni çəkdim. Orada idi.Məndən sadəcə bir neçə metr aşağıda dayanıb otağımın pəncərəsinə baxırdı.Qıraqda dayandım və pərdənin bir tərəfini aralayıb ona baxdım.Pərt olmuş halda geri qayıdırdı.
Musiqi otağından gitaramı götürüb öz çexoluna qoydum.Dəftərimlə bir-iki karandaşımı da kürək çantama yerləşdirdikdən sonra gitatamla bərabır otaqdan çıxdım.Qapını açıb evdən çıxmaq istəyəndə qapının bağlı olduğunu gördüm.Halbu ki, mən bağladığımı xatırlamırdım.Qapının yanındakı şkafın üstündən evin açarını götürdüm və qapını açıb açarı yerinə qoydum.Evdən çıxarkən qapını bağlamayacaqdım, mən gələndə açıq deyildi çünki.
Buradan həmişəlik getmirdim, bəlkə də nə vaxtsa qayıdardım.Amma, indi yox, bütün işləri yoluna qoyandan sonra.

Vote verməyi və dostlarınızla bölüşməyi unutmayın.) Təşəkkürlər.)

Əlvida, həyatDonde viven las historias. Descúbrelo ahora