6. İntihar(1)

134 19 54
                                    

   Qeyd 1: Mediadakı musiqilərlə qulaq assanız, sehirli bir təcrübə yaşayacaqsınız.

   Qeyd 2: Yeni bölümləri ən son oxucularıma ithaf edirəm.

Elvin, Jansetin ətraflarında müdafiə halqası yaratmağını izlədi. Zədanlar əllərindəki ildırım saçan əsaları ilə müdafiə qalxanına zərbələr endirməyə başladılar. İldırım zərbələri qalxana dəyərək qığılcımlar yaradır və yox olurdular.

-Janset, mən gedib onu xilas etməliyəm,- Elvin halqadan çıxıb oğlanı əsir tutan Zədanlara doğru qaçdı,-Sən onların başlarını qat-deyə qışqırdı.

-Diqqətli ol,-arxadan Jansetin səsini eşitdi.

Oğlanı tutan Zədanlar cəmi beş nəfərdən ibarət idi, odur ki, işi asan olacaqdı. Ona doğru gələn ildırım zərbələrini müdafiə qalxanı ilə dəf etdi. Ağsaçlı oğlan iri gözlərlə olanları izləyirdi.

-Sən də kömək etsən, yaxşı olar,-Elvin qışqırdı.

-Mən?-oğlan çaşqına dönmüşdü,-mən onlara qarşı nə edə bilərəm ki?

-Özünü xilas edəcək bir şey fikirləş! Ən azından qalxan yarat!-ovucları ilə ildırım zərbələrini dəf edərək qışqırdı. Görəsən bu "ildırımlar" ona dəysə idi, nə baş verərdi? Bilmək istəmirdi, xüsusi ilə də Kabuslarla yaşadığı son hadisədən sonra. Mümkün olan kimi Jansetdən soruşardı.

-Qalxanı necə yaradım?-oğlan vurnuxaraq qollarını xilas etməyə çalışırdı.

-Zibil!-Elvin, fikri qarışdıqda az qala üzünə gələcək zərbəni geri qaytarıb qışqırdı,-xəyal et sadəcə! Qalxan ordaymış kimi xəyal et!

Ağsaçlı oğlan qalxan yaratmaq məsələsini yalnış anlamışdı: bir anda sanki qış gəlmişdi, yer ağappaq qarla örtülmüş, havada görünməz qüvvə iləsallanan buz salxımları  onun qollarından tutan Zədanları ayaqlarından başlayaraq buza döndərmişdi. Zədanlar buzdan qalanın içində həbs olmuşdular.

   -Fikirləşdiyim tam bu deyildi, amma yaxşı iş bacardın,-Elvin gözlərini buza dönmüş Zədanlardan ayırıb əcaib quruluşlu sırsıralara  baxaraqdedi,-mənimkiləri də buza döndərə bilərsən?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-Fikirləşdiyim tam bu deyildi, amma yaxşı iş bacardın,-Elvin gözlərini buza dönmüş Zədanlardan ayırıb əcaib quruluşlu sırsıralara  baxaraqdedi,-mənimkiləri də buza döndərə bilərsən?

Oğlan sadəcə qaşlarını çatıb fikrini topladı və Elvinə hücum edən Zədanlar buzdan heykələ çevrildilər.

-Bunu necə bacardın?-Elvin oğlanın bacarığından təsirlənmişdi,-deyəsən, hər kəsin özünə görə xəyal qurmaq bacarığı var.

-Deyəsən, o xanıma da kömək lazımdır,-ağsaçlı oğlan barmağı ilə qalxanını saxlamağa çalışan Jansetə işarə etdi. Elə bu vaxt onun buza döndərdiyi Zədanlar da buzu çatladaraq xilas oldular.

Yuxular LabirintiWhere stories live. Discover now